Məhkəmə qərarları › İş №3(049)-148/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-148/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-148/2024 12.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, protokol tərtib etmiş Lənkəran ŞRPŞ-nin İRB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində bacısı Zərərçəkmiş şəxs döyərək sağ əl-qol, sağ bud və bədənin müxtəlif bədən nahiyyələrinə zərbələr endirdiyinə görə barəsində Lənkəran rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-cı maddəsi ilə inzibati qaydada MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyib izahatında göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs döyməmiş, ona əl qaldırmamışdır. Əlavə olaraq bildirmişdir ki, tətqiqat zamanı verdiyi ifadəsini təsdiq və barəsində yüngül cəza çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qardaşı Şəxs spirtli içki təsiri altında evə gələrək onu nalayiq söyüşlərlə təhqir etmiş və daha sonra aralarında baş verən mübahisə zamanı yumruq və təpiklə onun sağ əl-qol, sağ bud və bədənin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. O, kömək üçün digər qardaşı Sarvanı çağırmış və onunla birlikdə Lənkəran ŞRPŞ-yə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədən Mirzərzaya həbslə bağlı cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X5 qardaşı Mirzərzanın onunla və bacısı Hüsniyyə ilə münasibətinin oldmadığını, həmin gün bacısının ona zəng edərək evə çağırdığını bildirdi. O evə çatdıqda Mirzərzanın Hüsniyyə ilə dava etdiyini görmüş və bacısını ordan götürərək şikayət etmək üçün polis idarəsinə gətirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş polis sahə rəisi X4 protokolda yazılanları uyğun izahat vermişdir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs tərəfindən döyülməsi barədə zərəçəkmiş şəxsin məlumatı əsasında araşdırılması aparılmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 20 noyabr 2023-cü il tarixli 1158 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənini üzrəində sağ said, sağ bud nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törəmişlər, müddətli müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərə vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi qərarından görünür ki, xəta törədən şəxs poisdən qəsdən yayındığı ünün onun barəsində açılmış inzibati icraat xx.xx.2023-cü il tarixdə dayandırılmış və inzibati xəta törədənin yeri müəyyənləşdikdən sonra xx.xx.2024-cü il tarixdə inzibati icraat yendən təzələnmisdir. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Şəxs ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsindən heç bir növ sosial müavinət və pensiya almır. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun bu xətanı törətməsində təqsiri zərərçəkmiş şəxsin və şahid izahatı, özünün tətəhqiqat zamanı verdiyi ifadəsi, inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 fevral 2024-cü il, saat 17:00-dən hesablansın. Həbsin sonu 27 fevral 2024-cü il tarix, saat 17:00 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar