Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1484/2023 07.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Əşlə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-ci il tarixdə saat 01:00 radələrində Lənkəran rayonu Əşlə kəndində yaşayan Şəxs polisin ünvanına nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 06 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.20223-cü il tarixdə Lənkəran ŞRPŞ-nin Növbətçi hissəsinə Əşlə kəndində Şəxs qonşuları Qədir və Nemət adlı şəxslər tərəfindən döyülməsi məlumatını almışdır. Hadisə yerinə gələn polis əməkdaşları Şəxslə əlaqə saxlayıb ünvanı dəqiqləşdirməyə calışarkən o polisin ünvanına qarşı təhqiramiz ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları tərəfindən şəxsin ünvanı müəyyən edildikdən sonra ona yaxınlaşıb baş verənlər barədə soruşulanda, o yenidən uca səslə nalayiq söyüşlər söyməyə davam etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs Lənkəran ŞRPŞ-yə gətirilərkən, Lənkəran Narkoloji dispanserində müayinədən keçirilmiş və sonuncunun ağır dərəcədə sərxoş olduğu müəyyən olunmuşdur. O, polis şöbəsinə saat 03:30-da gətirilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Lənkəran rayonu Əşlə kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 01:00 radələrində kəntdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq barəsində şikayət olduğu üçün onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, həmin gün içkili olduğu üçün əsəbiləşərək polis əməkdaşlarının ünvanına söyüşlər söymüş və polis şöbəsin getməkdən imtina etmişdir. Lakin polis əməkdaşları onu saat 03:30 radələrində şöbəyə gətirmiş və orada ondan izahat almışlar. Hal-hazırda tutduğu əməldən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X4 bildirdi ki, Lənkəran ŞRPŞ-növbətçi hissənin sürücüsü vəzifəsində işləyir. xx.xx.2023-ci tarixdə daxil olmuş məlumatla bağlı Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Murad Adilzadə və əməliyyat müvəkkili Fuad Rzazadə ilə Əşlə kəndinə gəlmişlər. Hadisə yerinə çatanda Şəxs sərxoş halda onlara hörmətsizlik edərək nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs polis şöbəsinə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 07:00-da inzibati qaydada tutulmuşdur. Lənkəran Narkoloji xəstəxanasının xx.xx.2023-cü il tarixli, 000528 saylı protokolundan görünür ki, Şəxs “orta dərəcəli sərxoşluq” diaqnozu qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 01:00 radələrində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə daxil olan məlumatı dəqiqləşdirmək üçün Lənkəran rayonu, Əşlə kəndinə yollanan polis əməkdaşları, hadisə yerinə çatdıqda Şəxs tərəfindən ucadan nalayiq ifadələrə məruz qalmışlar. Nəticədə polisin qanuni tələbinə qəsdən tabe olmamaqla, polisin xidməti iş ahənginin pozulmasına səbəb olan hərəkətlərə yol verən Şəxs əvvəlcə müayinə edilmək üçün Lənkəran Narkoloji dispanserinə, daha sonra Lənkəran ŞRPŞ-yə gətirilərək barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 sentyabr 2023-cü il tarixdən saat 03:30-dan hesablansın. Həbsin sonu 13 sentyabr 2023-cü il tarixdən saat 03:30-dan hesab edilsin Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(049)-1484/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1484/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver