Məhkəmə qərarları › İş №3(049)-1486/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1486/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1486/2023 08.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – Lənkəran 1-ci sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-cü maddəsininn tələbinin pozulması ilə əlaqədar Lənkəran ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM : Lənkəran Rayon Məhkəməsinə Lənkəran 1-ci sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-cü maddəsininn tələbinin pozulması ilə əlaqədar Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP 565369 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokolu nəzərdən keçirərərək hesab edirəm ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş Lənkəran ŞRPŞ-nə geri qaytarılmalıdır. İlk əvvəl qeyd etməliyəm ki, protokol pörosessual müddət pozulmaqla məhkəməyə təqdim edilmişdir. Belə ki, İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati materialdan görünür ki, inzibati protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Həmin protokol xx.xx.2023-cü il tarixədək məhkəməyə təqdim edilməli olduğu halda, 08 gün gecikdirilməklə, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Qeyd etməliyəm ki, qərar qüvvəsinə malik olmayan protokollardan şikayət verilmir. Buna görə də şikayət vermək üçün 10 günlük müddətin gözlənilməsinə zərurət yoxdur. Bundan əlavə həmin protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 100.1.4, 100.1.7, 100.1.10 və 100.3-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Lakin qeyd olunan protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Lakin qeyd olunan protokolda Lənkəran 1-ci sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin nümayəndəsinin izahatı alınmamış və ya onun həmin izahatı verməkdən imtina etməsinə dair protokolda “qeyd” edilməmişdir. İXM-nin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Digər zəruri məlumat dedikdə, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin məhz Lənkəran 1-ci sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin istifadəsində olmasını təsdiqləyən məlumat əlavə edilməmişdir. Halbuki İXM-nin 347-ci maddəsi ilə məsuliyyəth üquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə yaranır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin inzibati materialda inzibati xəta haqqında protokolun surətinin Lənkəran 1-ci sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə verildiyini təsdiqləyən sənəd mövcud deyildir. Halbuki, İXM-nin 57.1-ci maddəsinə əsasən isə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir... Qeyd olunan Məcəllənin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. İXM-nin 57.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə protokol İXM-nin tələblərinə müvafiq olaraq düzgün tərtib edilmədiyindən və işə baxılarkən tamamlamaq mümkün olmadığından Lənkəran ŞRPŞ-nəin xx.xx.2023-cü il tarixli, İXP 565369 saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Lənkəran 1-ci sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-cü maddəsininn tələbinin pozulması ilə əlaqədar Lənkəran ŞRPŞ-in xx.xx.2023-cü il tarixli, İXP 565369 saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş Lənkəran ŞRPŞ-nəə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar