Məhkəmə qərarları › İş №3(049)-1499/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1499/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1499/2023 21.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, protokol tərtib edən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X2 iştirakları ilə, xx xxxxxx 1988-cu il tarixdə Lerik rayonu, Piran kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Lerik rayonu, Piran kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx ) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X3 izahatında bildirdi ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs inzibati protokolda qeyd edilən inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməsi videogörüntü ilə də tam təsdiq olunur, həmin videogörüntü tərəfindən məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs barəsində sürücülük hüququndan məhrum etmə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə “2107 minik marklı” ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qrumba kəndinndə hərəkətdə olarkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onda alkoqol sərxoşluğu aaşkar olunsa da, o, bununla razılaşmamış və özü Lənkəran Şəhər Narkoloji Xəstəxanasına gedərək sərxoş olmadığına dair sənəd əldə etmişdir ki, həmin sənədi də məhkəməyə təqdim etmişdir. Ona təqdim edilmiş videogörüntüdə olan şəxs özüdür. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, alkotesterin nəticəsi barədə qəbzdən görünür ki, müayinə zamanı Şəxs 0.50 % alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 96/2-27331/23 nömrəli arayışdan görünür ki, Şəxs İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, 10 sentyabr 2023-cü il tarixdə Şəxs YPX əməkdaşı Afiq Qurbanov tərəfindən saxlanılmış, saxlanılan zaman Şəxs alkotesterden keçməsi xahiş edilərkən sonuncu axşam pivə içdiyini bildirmiş və həmin vaxt onun alkoqol sərxoşluğunda olması müəyyən edilmişdir. Məhkəmədə tərəflərin iştirakı ilə araşdırılmış Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 10 sentyabr 2023-cü il tarixli, 00051 saylı protokoldan görünür ki, Şəxs həmin gün, saat 11.15-də alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs tərəfindən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutuımuş inzibati xətanı törətməsi iş üzrə xx.xx.2023-cü il tarixli, alkotesterin nəticəsi barədə qəbzdən, videogörüntü ilə tam təsdiq edirlir. Məhkəmə, Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 10 sentyabr 2023-cü il tarixli, 00051 saylı protokolunun subyektiv əsasla əldə edilməsinə əsasən hesab edir ki, həmin protokol iş üzrə sübut qismində qəbul edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 10 sentyabr 2023-cü il tarixdə “2107 minik marklı” ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Bununla da, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32 və 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırma növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar