Məhkəmə qərarları › İş №3(049)-150/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-150/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-150/2025 19.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Lənkəran Şəhər- Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, onun bir neçə inzibati cəriməsi olduğu üçün ödəməyə imkanı yoxdur. Məhkəmədən qanunamuvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə EQ 23945713 saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və o, 50 (əlli) manat miqdarında cərimə edilmiş, eyni zamanda qeyd olunan cərimənin ödənilməsinin müddəti, yeri, qaydası və vaxtında ödənilməməsinin məsuliyyəti Şəxsına bildirilmişdir. Məhkəmə işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati qaydada 50 (əlli) manat məbləğində cərimə pulunu 3 (üç) ay müddətində ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs əməli işdə toplanmış sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə inzibati qaydada tənbeh edilməlidir. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, törətdiyi inzibati xətaya görə Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128, 129 və 127-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayəti və ya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar