Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1500/2023 12.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/1, mənzil 47-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərtib etdiyi 12 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 10:00 radələrində Lənkəran şəhəri. T.İsmayılov küçəsində, Lənkəran ŞRPŞ-nin inzibati binasının qarşı tərəfindən heç bir əsaslı səbəb olmdan ucadan nalayiq nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis polis mayoru X8 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilmir. Belə ki, o, usta fəaliyyəti ilə məşğul olur. 12 sentyabr 2023-cü il tarixdə gecə saat 01 radələrində Səxavət adlı şəxs onun həyat yoldaşı Gülşəni öz maşını ilə hara isə aparmışdır. O, sonradan bilmişdir ki, həyat yoldaşı Gülşən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. 12 sentyabr 2023-cü il tarixdə gecə saat 10 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə getmiş, həyat yoldaşı ilə maraqlanmışdır. Polis əməkdaşlarının cavabı onu qane etməmişdir. Bu zaman o, polis əməkdaşlarına bildirmişdir ki, Lənkəran Rayon Prokurorluğuna gedərək polis barəsində prokurorluğa şikayət edəcəkdir. O, prokurorluğa gedərkən polis əməkdaşı ona yaxınlaşaraq onun rəis müavininin otağına aparmışlar. Üzərində ülgüc olmuşdur və polis əməkdaşlarına bildirmişdir ki, ülgüclə özünü doğrayacaq. Məhkəmədən onun barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin PPX-nin polis nəfəri X11 izahatında bildirdi ki, 12 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində 1 nömrəli postda xidmət edərkən saat təxminən 10:20 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin buraxılış məntəqəsində xidmətdə olarkən əvvəllər tanımadığı bir nəfər şəxs ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri ilə ucadan söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozduğunu görmüş, həmin postda xidmətdə olan digər polis əməkdaşları ilə birlikdə həmin şəxsə yaxınlaşaraq onu nizam intizama dəvət etmişdir. Həmin şəxs qərəzli şəkildə öz qanuna zidd hərəkətlərini davam etdirərək ictimayətin diqqətini özünə cəlb etmişdir. Polis əməkdaşları özlərini ona təqdim edərək, hərəkətlərinə son qoymasını ondan tələb etmişlər. O, isə bunlara məhəl qoymadıqda onu Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə gətirmişlər. Məlum olmuşdur ki, həmin şəxs Lənkəran rayonu, Sütəmordov kənd sakini Şəxsdur. Şəxs qeyd etdiyi hərəkətləri edərkən ucadan ünvansız olaraq nalayiq söyüşlər söymüşdür. Ətrafda olan mülki vətəndaşlar da onun bu hərəkətləri barədə polis əməkdaşlarına yaxınlaşaraq öz narazılıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X9, X10, X2 və X6 da izahatlarında X5 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədilər. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-dən Lənkəran Raon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, polis əməkdaşları X11, X9, X10, X2 və X1 şəhəri, T. İsmayılov küçəsində yerləşən Lənkəran ŞRPŞ-nin inzibati binasının bir saylı buraxılış məntəqəsində xx.xx.2023-cü il tarixdə saat 08:00-dan 20:00dək posdaçı kimi ictimai asayışı qorunması üçün xidmətə cəlb olunmuşlar. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 12 sentyabr 2023-cü il saat 17.50-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1500/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1500/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver