Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1501/2023 13.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, inzibati qərar qəbul etmiş orqanın nümayəndəsi: Lənkəran rayon prokurorunun köməkçisi X4, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Göyşaban kənd orta məktəbində müəllimə işləyən, Lənkəran rayonu, Göyşaban kəndində kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Məhkəmənin icraatına 13 sentyabr 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Rayon Prokurorluğunun müstəntiqi X5 26 avqust 2023-cü il tarixli qərarından və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs 26 iyul 2023cü il tarixdə, saat 15 radələrində Lənkəran rayonu, Göyşaban kəndində Zərərçəkmiş şəxs hər iki bazu nahiyəsini tutaraq sıxmaqla ona xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran rayon prokuroru tərəfindən müvafiq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 26 avqust 2023-cü il tarixli qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş orqanın nümayəndəsi X4 izahatında bildirdi ki, Şəxs qərarda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında Lənkəran rayon prokuroru tərəfindən müvafiq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 26 avqust 2023-cü il tarixdə qərar qəbul olunmuşdur. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. 25 iyul 2023-cü il tarixdə evdə olarkən Zərərçəkmiş şəxs onlara gələrək onun qızı Bahar haqqında şikayət etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, qızı Bahar onun əri olan Ruslan adlı oğlan ilə instaqram sosial şəbəkəsində müxtəlif məzmunlarda yazışmış, həmçinin onunla şəkil çəkmiş və müxtəlif yerlərdə görüşmüşdür. Zərərçəkmiş şəxs uca səslə onların həyətində səs-küy salmış, daha sonra isə onun üzərinə cumaraq onu itələyib yerə yıxmışdır. 26 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yenidən onlara gələrək onun ərinə qızı X1 foto şəklini göstərərək qızı Bahar haqqında müxtəlif əxlaqsız sözlər deməyə başlamışdır. O, bunu gördükdən sonra Aysunun yanına gələrək onu həyətdən çölə çıxarmaq üçün əlindən tutmuş və ona həyətdən çıxmasını bildirmişdir. O, mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməmişdir. Onun əməlində heç bir inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində heç bir inzibati xəta tərkibin olmadığını nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, O, Ruslan adlı şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yəni sadəcə dini kəbin qaydasında yaşayır. Bir müddət əvvəl Ruslan ilə X3 adında şəxsin əlaqədə olduqlarını, müxtəlif yerlərdə görüşdüklərini və Baharın Ruslana müxtəlif foto şəkillər göndərdiyini öyrənmişdir. Ruslandan Baharın harada yaşadığını öyrəndikdən sonra Göyşaban kəndinə gedərək onların küçələrinin yaxınlığında fəaliyyət göstərən bər-bərdən Baharın hansı evdə yaşadığını öyrənmişdir. Bahargilə gedərək anası Gülnar ilə danışıb qızı Bahar barədə şikayət etmiş və Bahara ərindən uzaq durmasını deməsini xahiş etmişdir. Lakin Gülnar və Bahar onu evlərindən qovmuşlar. Ona görə də yenidən 26 iyul 2023-cü il tarixdə onlara getmiş və fikirləşmişdir ki, Baharın atası ilə danışsın və bəlkə Baharın atası qızı Baharın əri Ruslandan uzaqlaşmasına köək edə bilər. Baharın atası Abbası küçə qapısının qarşısında görüb ona yaxınlaşaraq qızının əri Ruslana göndərdiyi fotoşəkilləri ona göstərmişdir. Həmin vaxt Baharın anası Gülnar, Baharın özü və evlərində olan digər şəxslər evdən çıxaraq onun üzərinə gəlmişlər. Şəxs onun üzərinə cumaraq başından və bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamışlar. Bundan sonra isə həyətdən çıxaraq oradan uzaqlaşmışdır. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etdi İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Rayon Prokurorluğunun müstəntiqi X5 26 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 27 iyul 2023-cü il tarixli, 747 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - hər iki bazu nahiyəsində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddət müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi zərərçəkmiş şəxsin izahatı, məhkəmə tibb ekspertiza rəyi və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1501/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1501/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver