Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1502/2023 13.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran şəhəri, H.Aslanov xiyabanı 1, 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Göyşaban kənd sakini Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirdiyinə görə Şəxs barəsində Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Taryel Ələkbərov tərəfindən İXM-nin 157-ci maddəsi ilə 26 avqust 2023-cü il tarixli, 11ix-23 №-li inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 2023-cü ilin iyul ayının ortalarında sevgili kimi münasibətdə olduğu Ruslan adlı oğlanın mobil telefonunda vatsap proqramında onun Bahar adlı bir qızla səmimi formada mesajlaşdıqlarını görmüşdür. Ruslan Bahar adlı qızla sevgili kimi münasibət saxladığını inkar etsə də o, buna inanmamış və Baharın özü ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı Bahar Ruslanla olan münasibətini inkar etsə də, o inanmamış və Baharın özü ilə görüşüb söhbət etmək istəmişdir. Söhbət zamanı Bahar Ruslanla olan münasibətini inkar etmiş, o da Baharla söhbəti uzatmayıb sakit formadasöhbəti bitirmişdir. Lakin bundan bir neçə gün sonra Ruslanın Baharla görüşməsi barədə məlumat almışdır. Bahar zəng edib, ona yalan danışdığını, Rulanal münasibətinin olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Ruslan sərxoş olduğu zaman özü də bilmədən Baharla yaşadığı evdə görüşdüyünü bildirmişdir. O da bundan əsəbiləşərək səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində “instaqram” sosial şəbəkəsində özüə məxsus məxsus səhifədə Baharın müxtəlif oğlanlarla görüşüb əxlaqsız etməsi barədə statuslar paylaşmışdır.xx.xx.2023-cü il tarixdə Baharın əxlaqsız etməsi və onun sevgilisİ ilə münasibətlərinin olmasını Baharın atasına bildirmək üçün sonuncunun yaşadığı evə getmiş, burada olarkən baharın anası Zərərçəkmiş şəxs onun çiyin və qol nahiyəsini cırmaqlamış, Bahar isə sağ ayağına təpilə zərbə vurmuşdur. O, vəziyyətin gərginləşdiyini görüb avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Əməlində hər hansı inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 2023-cü ilin iyul ayının ortalarında Lənkəran şəhər sakini Şəxs sevgili kimi münasibət saxladığı Ruslan adlı oğlanın mobil telefonda qızı Baharla olan mesajlaşmalarını gördükdən sonra qızı Baharla əlaqə saxlayıb onları ayırdığını iddia etməyə başladı. Aysun bu səbəbdən qızı Baharın ünvanına əxlaqsız sözlər deyib, onun barəsində instaqram və tiktok sosial şəbəkəsində barəsində rüsvayedici məlumatlar paylaşacağını bildirid. X1 Ruslanla sevgili kimi münasibət saxlamadığını izah etməyə çalışsa da heç bir əhəmiyyəti olmadı və Aysun hərəkətlərinə davam etdi. 25 iyul 2023-cü il tarixdə saat 11 radələrində Göyşaban kəndində yaşadığı evin həyətində şüşə bankaları bağladığı zaman Şəxs həyətinə daxil olub ona yaxınlaşıb Gülnarın o olduğu barədə soruşduğu şəxsin o olduğunu dedikdən sonra o qızı Baharın nələr etməsindən xəbəri olub-olmadığını soruşaraq qızının barəsində əxlaqsız sözlər deməyə başladı. O Aysunun həyətində qışqıraraq qızı barəsində nalayiq sözlər demısini görüb, onun əlindən tutaraq ona sakitləşməsini evə girib sakitcə söhbət edib məsələni aydınlaşdırmağı təklif edib. Həmin vaxt evində olan bacısı Sevanə də səsə çölə çıxdı. O Aysunun əlindən tutub onu sakitləşdirməyə çalışdığı zaman o qışqırıb ona aqressiv şəkildə evinəgəlmədiyini deyib əli ilə onu arxaya itələyərək yerə yıxdı. Nəticədə o yerə yıxıldıqda sol əli yerdə şüşə su bankasına dyəərək əlindən xəsarət alıb. Aysun onu itələyib yerə yıxdıqdan sonra küçəyə çıxdı və keçədə qızışqırıb qızı Baharın onun əri ilə sevgili kimi münasibət saxladığını, onun ailə həyatına müdaxilə etdiyini iddia edib qızının ünvanına əxlaqsız sözlər deməyə başladı. Aysun onun əri Abbas barəsində də təhqir edici sözlər deyib onu həbs etdirəcəyini dedi. Aysun bir müddət qızı Baharın barəsində əxlaqsız sözlər dedikdən sonra küçələrindən çıxıb getdi. Aysun çıxıb getdikdən qısa müddət sonra İnstaqram sosial şəbəkəsində özünə məxsus “aisunmirzaevaa” adlı səhifədə qızı Bahar barədə rüsvayedici əxlaqsız sözlər yazıb paylaşımlar etməyə başladı. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri Taryel Ələkbərov tərəfindən 26 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Lənkəran rayonlararası zona mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 740 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol said nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti təkcə zərərçəkmiş şəxsin döyülməsini deyil, zorakı həkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirmədə də ifadə olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri 26 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1502/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1502/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver