Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1513/2023 11.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, inzibati protokol tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin nümayəndəsi X4 və barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istehsalahatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortasını təmin etmədiyinə görə X6 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin barəsində İXM-nin 469.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-957/2023 №-li qərarı ilə, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsi İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5000 manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan qərardan Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-208/2023 №li, xx.xx.2023-cü il tarixli qərarı ilə, şikayət təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-957/2023 №-li qərarı ləğv edilərək, iş materialları şikayətə yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati material Lənkəran Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında iş üzrə özlərini təqsirli bilməyib, göstərmişdir ki, 2020-ci ildən həmin müəssisədə rəis işləyir. Müəssisələrinin 500 000 manat borcları vardır. Buna görə də onların bankdakı hesabları bağlanmışdır. Özlərindən asıllı olmayan səbəblərdən işçiləri icbari sığortalaya bilməmişlər. Qeyd olunan problemlə bağlı lazımi qurumlara müraciətlər etmişdir. Lakin onlar da ona köməklik göstərə bilməmişlər. Təqsirli olmadıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin nümayəndəsi X4 tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun çıxış edərək, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində qanunla müəyyən edilmiş məblədə cərimə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, istehsalatda bədbəxt hadisənin baş veribverməməsindən asıllı olmayaraq işcilərin icbari sığorta olmaması İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət yaradır. Məhkəmə qeyd edir ki, mübahisələndirlməyən hal ondan ibarətdir ki, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsi tərəfindən onun işçisi ilə əmək müqaviləsi bağlanmış, lakin işçinin istehsalahatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4.0.1-ci maddəsinə görə bu Qanuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. İXM-nin 469.2-ci maddəsinə əsasən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin əməlində İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərkibi yoxdur. Belə ki, materiala əlavə edilmiş “Bank Respublika ASC “Lənkəran filialının xx.xx.2023-cü il tarixli 716 saylı arayışından görünür ki, "xxxx"-nin Bank Respublika ASC “Lənkəran” filialında olan AZ37BRE********************1 saylı hüquqi şəxs hesabında mütəmadi olaraq vergi və DSMF sərəncamlar olur. Hal-hazırda hesabda vergi və DSMF sərəncamı olduğu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsi və Mərkəzi Bankın “Nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” təlimatına əsasən hesab bloklanmış, daxil olan vəsaitlər vergi və DSMF sərəncamların icrasına, əmək haqqı və aliment aliment ödənilməsinə yönəldirilir. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısınına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 saylı arayışdan görünür ki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə aparılan təhlillər zamanı Lənkəran Rayon icra Hakimiyyəti strukturuna daxil olan qurumlarda işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin sistemdə əks olunmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, müqavilənin bağlanmasına dair məlumatların sistemdə əks olunmamasının səbəbini aydınlaşdırmaq və müvafiq tədbirlər həyata keçirmək məqsədilə aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edilmişdirr. Məsələ ilə əlaqədar yarana biləcək sualların cavablandırılması üçün müvafiq instansiyalar üzrə əlaqələndirici şəxslər olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri Rəşid Hüseynov və İcbari Sığorta Bürosunun şöbə rəisi Seymur Mirzəyev təyin edilmişdir. Materiala əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavininin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısınına ünvanladığı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan qurumlarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itiriməsi hallarından icbari sığorta müqaviləsinin əks olunmamasının səbəbinin tərəfindən araşdırılması bildirilmişdir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qoyulmuş sərəncama əsasən Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələri İdarəsinin “Respublika Bank" ASC-nin Lənkəran filialındakı hesablaşma hesabından əmək haqqı istisna olmaqla idarə heç bir bank əməliyyatı apara bilmir. Ona görə sözügedən idarədə işçilərin icbari sığortası mümkün olmamışdır. Buna baxmayaraq bank hesabı aktiv edildikdən sonra məsələyə qanunamüvafiq baxılması təmin ediləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Risklərin idarə edilməsi və audit şövəsinin müdiri Rəşid Hüseynovla və İcbari Sığorta Bürosunun şöbə rəisi Seymur Mirzəyevlə əlaqə saxlanılaraq məsələ ilə əlaqədar məlumat verilməsi təmin edilmişdir. Yuxarıda qeyd olunmuş hər 03 arayışdan görünür ki, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələri İdarəsinin rəhbərliyi öz iradələrindən asıllı olmayan səbəblərdən işçilərinin icbari sığortalarını həyata keçirə bilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələri İdarəsinin rəhbərliyi tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi aşkar olunmur. Bundan əlavə Şirvan Apellyasiya Məhkəməsi özünün 3(106)-208/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-957/2023 №-li qərarını ləğv edərək qərarında qeyd etmişdir ki, ...“Göründüyü kimi X7 Xidmətinin X1 tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan Lənkəran Şəhər Mənzil İstismar və Komunal Müəssisələr İdarəsinin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib edilərək gücləndirilmiş elektron imza ilə təsdiq etməli olduğu halda bunu etməmişdir.” Bununla bağlı məhkəmə qeyd edir ki, Apellyasiya Məhkəməsi Lənkəran Rayon Məhkəməsinin qərarını ləğv edərkən xüsusilə Əmək Müfəttişiliyi Xidmətinin X1nin real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq etmədiklərini qeyd etmişdir. Materiallar təkrar olaraq araşdırılması üçün Əmək Müfəttişiliyi Xidmətinin X1nə qaytarılsa da, onlar yenidən həmin nöqsanı aradan qaldırmadan qeyd olunan protokolla məhkəməyə müraciət etmişlər. Əslində bu hal materialların yenidən Əmək Müfəttişiliyi Xidmətinin X1nə qaytarılması üçün əsas olsa da, təkrarçılığa və əsassız məhkəmə iclaslarının qurulmasının qarşısını almaq məqsədilə və yuxarıda qeyd olunduğu kimi Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin əməlində İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərkibi olmadığı üçün, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmşinin hesab edir ki, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati materialda olan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin rəis müavini, hazırki iş üzrə isə nümayəndəsi X3 da imzaladığı təhqiqat aktından görünür ki, müvafiq komissiya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvafiq təhqiqat aparılmışdır. Həmin təhqiqat zamanı müəyyən olunmuşdur ki, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsi Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinə əməl etməmiş, işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Həmin əməl uzanan inzibati xəta olsa da, inzibati xətaya cəlb etmə müddəti həmin xətanın aşkar olunduğu andan hesablanır və şəxs məsuliyyətə xətanın aşkar olunduğu andan 04 ay müddətində cəlb edilə bilər. Məhkəmə qeyd edir ki, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin əməlində qeyd olunan inzibati xətanın tərkibi olsaydı belə, həmin xətanın aşkar olunduğu xx.xx.2023-ci il tarixdən inzibati materialın Şirvan Apelyasiya Məhkəməsindən Lənkəran Rayon Məhkəməsinə daxil olduğu xx.xx.2023-cü il tarixədək 07 aya yaxın, hazırki vaxtadək isə 08 aydan da çox müddət keçmişdir. İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqd inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsində təqsirli olması sübuta yetirlmədiyi, onun əməlində həmin maddə üzrə inzibati xəta tərkibi olmadığından, eləcə də Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin barəsində İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən material üzrə xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 3, 12, 38, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Lənkəran şəhər Mənzil İstismar və Kommünal Müəssisələr İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-1513/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1513/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver