Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1514/2023 28.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İran İslam Respublikası vətəndaşı X2 idarə etdiyi “Dong Fenq" markalı “32AA577/578" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə "07239" saylı CMR-ə və “397” nömrəli İnvoysa əsasən Şri-Lanka Respublikasında yerləşən "X6 PLC” şirkətindən Azərbaycan Respublikası Lənkəran rayonu. Sütəmurdov kəndində yerləşən hüquqi şəxs “BEST-TARİM" QSC-nin (VÖEN **********) ünvanına “qara çay” (Barkodu: **********04655) yükü gətirərkən, xx.xx.2023-cü il tarixdə, saat təqribən 06 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində yükə dair müşaıyət sənədlərinin Gömrük xidmətinin “VAİS” Proqram Təminatında qeydiyyatı aparılarkən, həmin yükə dair qısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. Buna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X4 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 12 sentyabr 2023-cü il tarixli, 00400-00222/23 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin rəisi Samir Kazımovun 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışında iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 izahatında bildirdi ki, malı onlara göndərən şirkət onlara malı təmsil etdiyi şirkətin bəyan etdiyi avtomaşınla deyil, digər qeydiyyat nişanlı avtomaşınla göndərmişdir. Həmçinin sürücü gömrükdən keçərkən həmin avtomaşının bəyan edilməsini gözləmədən, tələskənliyə yol verərək gömrükdən keçmişdir. İnzibati xəta haqında iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Astara Gömrük İdarəsi Lənkəran gömrük postunun rəisinin 29 avqust 2023-cü il tarixli raportundan görünür ki, İran İslam Respublikası vətəndaşı X3 idarə etdiyi “Dong Feng” markalı “32AA577/578” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “07239” saylı CMR-ə və “397” nömrəli İnvoysa əsasən Şri-Lanka Respublikasında yerləşən “X7 PLC” şirkətindən Azərbaycan Respublikası ünvan 1ində yerləşən hüquqi şəxs Şəxs QSC-nin (VÖEN **********) ünvanına “qara çay” (Barkodu: **********04655) yükü gətirərkən, xx.xx.2023-cü il tarixdə, saat təqribən 06 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində yükə dair müşaiyət sənədlərinin Gömrük xidmətinin “VAİS” Proqram Təminatında qeydiyyatı aparılarkən, həmin yükə dair qısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, Astara Gömrük idarəsində **********05655 sorğu nömrəli, 28 avqust 2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar ** AA *** nömrə nişanlı yük avtomaşını ilə 28 avqust 2023-cü il tarixdə, saat 06:36-da Astara Gömrük idarəsinin “Qırmızı Kanal” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası rezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal əyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 01 (bir) saat əvvəl verilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İş üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1514/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1514/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver