Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1521/2023 19.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Lənkəran rayonu, Bəliton kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsili, Lənkəran rayonu, Bəliton kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu, Osaküçə kənd yolunda döngəli yolda X2 idarə etdiyi “VAZ 21214” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X2 idarə etdiyi nəqliyyat vasitəsində sərnişin X1 yüngül xəsarət alması və Elyaz Bəşirovun idarə etdiyi nəqliyyat vasitəsinə 2660 manat ziyan dəyməsinə görə,YPX inspektoru polis baş leytenantı X4 tərəfindən onun barəsində İXM-nin 332.4-cü maddəsi ilə 28 avqust 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, cari ilin yay aylarında “VAZ-21063” markalı avtomobil almış, lakin sürücülük vəsiqəsi olmamışdır. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu, Osaküçə kənd yolunda döngəli yolda X2 idarə etdiyi “VAZ 21214” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X2 idarə etdiyi nəqliyyat vasitəsində sərnişin X3 yüngül xəsarət almış və Elyaz Bəşirovun idarə etdiyi nəqliyyat vasitəsinə 2660 manat ziyan dəymişdir. Əməlindən peşimandır. Özü avtomobil ustasıdır. Ailəlidir. Ailəsinə yeganə gəlir gətirən şəxsi odur. Bir daha belə hallara yol verməyəcək. Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmədini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X5 məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncunun vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 28 avqust 2023-cü il tarixli 000478 nömrəli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin Arayışından müəyyən olunur ki, Şəxs İXMnin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmiş və sürücülük vəsiqəsi yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu, Osaküçə kənd yolunda döngəli yolda X2 idarə etdiyi “VAZ 21214” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X2 idarə etdiyi nəqliyyat vasitəsində sərnişin X3 yüngül xəsarət almış və Elyaz Bəşirovun idarə etdiyi nəqliyyat vasitəsinə 2660 manat maddi ziyan dəymişdir. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseyn Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, fərdi əməklə məşğul olmasını, həmçinin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1521/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1521/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver