Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1524/2023 02.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə 10 noyabr 1961-ci il tarixdə Astara rayonu, Hamuşam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 sentyabr 2023cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Ələt-Astara yolunun Astara rayonun ərazisindən keçən 214-ci kilometrliyində Astara rayon sakinləri Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun qaranlıq hissəsindən asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Astara rayon sakini Zərərçəkmiş şəxs idarə etdiyi “MERSEDES” markal **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. Bununla da, Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 16 sentyabr 2023-ci il tarixdə, saat 14:15 radələrində onun təsərüfatına məxsus bir baş iri buynuzlu heyvanı MERSEDES ” markal 10-NF 562 dövlət qeydiyyat nişanlı Ələt-Astara yolun Astara istiqamətində avtomobil vurmuşdur. Nəticədə heyvan xəsarət alıb və həmin heyvanən bətnində balası olmuşdur. Məhkəmədən ona barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində özünə məxsus “MERSEDES ” markal 10-NF 562 dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında hərəkətdə olarkən qəfildən avtomobilin sol tərəfindən, yolun ehtiyat hissəsinə avtomobilinin qarşısına heyvan qəflətən çıxmış və avtomobil heyvana dəymişdir. Həmin vaxt onun surəti 40-50 olmuşdur. Sonradan hadisə yerinə polis əməkdaşları və inəyin sahibi gəlmişdir. Baş vermiş hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymiş, eyni zamandada heyvan xəsarət almışdır. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Lənkəran Şəhər Rayon X3 X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 sentyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol görünür ki Ələt- Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 214-ci kilometrliyində Astara rayon sakini Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun qaranlıq hissəsindən asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Astara rayon sakini Zərərçəkmiş şəxs idarə etdiyi “MERSEDES ” markalı 10-NF 562 dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. Bununla da, Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 sentyabr 2023cü il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Ələt-Astara yolunun 214-cü kilometrliyində baş vermişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 16 sentyabr 2023-cü il tarixli, 000575 nömrəli protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 16 sentyabr 2023-cü il tarixdə Ələt-Astara yolunudad keçən 214-ci kilometrliyində Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun işıqlandırılmayan hissəsindən asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Astara rayon,Təngivan kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi ““MERSEDES ” markal 10-NF 562 dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuş və Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Bununla da Şəxs İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.5.1. və 338.5.2-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət vardır. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1524/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1524/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver