Məhkəmə qərarları › İş №3(049)-1530/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1530/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1530/2023 05.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X4, məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 və şikayət verən şəxs X1 iştirakları ilə, X1 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən verilən 03 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti Lənkəran Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə araşdıraraq, məhkəmə müəyyənetdi: X3 məhkəməyə müraciət edərək 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) rəis əvəzi X9 tərəfindən 03 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 20 sentyabr 2023-cü il tarixində əmək pensiyasını alan zaman onun kartından pensiyanın tutulması və kartında 100 manat az olduğu məlum olmuşdur. O, bu barədə araşdırmağa başlamış və Lənkəran rayon icra və Probasiya şöbəsində barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin tərtib etdiyi iki ədəd qərarın olması məlum olmuşdur. O, həmin inzibati tənbehedici qərarlardan xəbərsiz olmuş və hansı şəraitdə və hansı tarixdə tərtib olunması mənə məlum olmamışdır. O, məcburiyyət qarşısında qalıb 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən barəsində tərtib edilmiş qərarların təqdiq edilmiş surətlərini 21 sentyabr 2023-cü il tarixində almıdşır .Sonra o, bunun əsassız və qanunsuz tərtib edilməsini görmüşdür. Dərhal Ekologiya və Təbii Sərvətlər nazirliyinə qəbulə getdmiş, qəbulda bütün iradlarını bildirmişdir. Nazirlikdən bunun yalnız Məhkəmə vasitəsilə ləğv edilməsinin mümkünlüyünü bildirmiş, eyni zamanda protokolu və qərarı tərtib edən vəzifəli şəxslər barəsində ölçü götürüləcəyinə söz vermişdir. 03 iyul 2023-cü il tarixində MN ******* sayla qəbul edilmiş qərarda guya onun tərəfimdən sənaye və məişət tullantılarının yandırılması nəticəsində bir ədəd ağac məhv edilməsi və yeddi ağac zədələnməsi qeyd edilmişdir və İnzibati xətanın şəxsən onun tərəfindən törədilməsi qeyd edilmişdir. Halbuki, o, heç bir zaman və heç bir yerdə sənaye tulantılarını yandırmamışdır. İnzibati xətanın subut etmə vəzifəsi İnzibati protokolu tərtib edən vəzifəli şəxsin və həmin orqanın vəzifəsidir. Bu səbəbdən həmin təşkilatın xətanın törədilməsini subut etməsini və mötəbət fakt və sübutlarını məhkəməyə təqdim etməsini xahiş edir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi onu Azərbaycan Respublikasının İXM-nin 253.1, 253.4, 271-ci maddələri ilə barəsində 17 iyun 2023-cü il tarixli 78171 saylı protokola əsasən 03 iyul 2023-cü il tarixli MN ******* saylı qərar qəbul edilmiş və o, 2000 (iki min) manat cərimə və 150 (bir yüz əlli manat təbiətə dəymiş ziyan məbləğində tətbiq etmişdir. O, qərarla razı deyil. O, hər hansı inzibati xəta törətməmişdir. Tərtib edilmiş protokol və qərar tam olaraq yanlışlıqdan yazılmışdır. Ona görə də həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərardan şikayət verən X3 şikayəti müdafiə edib, şikayətdə göstərilən dəlillərə uyğun çıxış edərək təmin edilməsini və 1 saylı RETSİ-nin rəis əvəzi X6 03 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, barəsində çıxarılmış qərarın əsasının təşkil edən protokolun əsasını təşkil edən akta göstərilmiş tarixdə o, ümumiyyətlə Lənkəran rayonunda olmamış, Bakı şəhərində yaşamış, ondan hər hansı bir izahat alınmamış, ondan xəbərsiz olaraq qərar çıxarılmışdır. Məhkəmə iclasında 1 saylı RETSİ-nin nümayəndəsi X10 göstərmişdir ki, protokolun əsasını təşkil edən aktı tərtib etmiş əməkdaşları artıq onların İdarəsində işləmirlər. Özlərində olan materiallarda X1 təqsirliliyinə dair sübutları yoxdur. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatİarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli və inzibati qərar araşdırılması üçün yenidən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 1 saylı RETSİ –nin xx.xx.2023-cü il tarixli 80317 saylı aktından görünür ki, Lənkəran-Astara yolunun Lənkəran rayonu, Gərmətük kəndi ərasizində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında Akif adlı şəxsin torpaq sahəsi ilə X2 məxsus torpaq sahəsinin sərhədində sənaye məişət tullantıları yandırıldığı müəyyən olunmuşdur. Tullantıların yandırılması nəticəsində 09 ədəd ağac gövdə hissəsindən yanaraq inkişafdan dayanmayacaq dərəcədə zədələnmiş, 01 ədəd 16 sm diametrdə söyüd ağacın isə yanaraq tam məhv edildiyi məlum oilmuşdur. X3 xx.xx.2023-cü il tarixdə eyni ərazidə ağac kəsdiyi üçün İXM-nin 253.2-ci maddəsi ilə cərimə olunmuş və həmin şəxsin digər ağaclarında quruması məqsədilə sözü gedən ərazidə məişət tullantılarının yandıraraq ağacları zədələdiyi məlum oldu. X2 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 253.2, 253.4 və 271-ci maddələri ilə nəzərdə tutlmuş inzibati xəta törətmiş və protokolu imzalamaqdan imtina etmişdir. 1 saylı RETSİ-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 253.2, 253.4 və 271-ci maddələri ilə təqsirli bilinəırək 2000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, 1 saylı RETSİ X3 tərəfindən 09 ədəd ağacın gövdə hissəsindən yandıraraq zədələdiyini və 01 ədəd 16 sm diametrdə söyüd ağacın isə yandıraraq tam məhv etdiyini göstərsə də, onun nümayəndəsi bu faktı təsdiqləyən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Onun təqsirliyi məhkəmə tərəfindən şübhə altına alınan akta əsalanmışdır. Həmin aktan görünür ki, onu tərtib etmiş şəxs günam etmişdir ki, əgər Mahir Fərzullayev may ayında ağac kəsmişsə, onda ağacları da o, yandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxs inzibati məsuliyyətə şübhələr əsasında deyil, faktlar və həmin faktları təsdiqləyən mötəbər sübutlar əsasında cəlb oluna bilər. Əslində belə “çiy” faktlar əsasında vətəndaşı məsuliyyətə cəlb etmiş vəzifəli şəxs barəsində xüsusi qərar çıxarılmalıdır. İnzibati xətanın mövcudluğunun sübut etmə yükü inzibati qərarı qəbulı edən orqanın (vəzifəli şəxsin) üzərinə düşür. İnzibati xətanı törətmiş şəxsin susmaq, yalan danışmaq, izahat verməmək kimi hüquqları vardır. O, özünün təqsirsizliyini sübut etməli deyildir. Onun təqsirli olmasını inzibati orqan sübuta yetirməlidir. Hətta şikayətçi inzibati xətanı törətdiyini etiraf etsə belə, bu hal onun barəsində inzibati qərarın qəbul edilməsi üçün kifayət hesab edilən əsas deyildir. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan (vəzifəli şəxs) işin əhəmiyyətli hallarını nəzərdən qaçırmış və araşdırmanı tam və hərtərfli aparmadan qərar qəbul etmişdir. Belə olan halda, yenidən araşdırma zamanı inzibati xəta haqqında qərar qəbul etmiş 1 saylı RETSİ-nin aidiyyatı şəxsləri işin düzgün həlli üçün əhəmiyyətli olan halların, yəni məişət tullantılarının konkret olaraq kim tərəfindən yandırğığını müəyyən edib onun, hadisəni görmüş şahidlərin izahatları almalı, bununla bağlı videoçəkliş və ya fotoşəkillər çəkməli, bir daha müvafiq akt tərtib olunmalı və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar araşdırmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən şikayət təmin edilməli, 1 saylı RETSİ-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün 1 saylı RETSİ-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 şikayəti təmin edilsin. 1 saylı RETSİ-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün 1 saylı RETSİ-nə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar