Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1531/2023 25.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan narazı qalan X4 şikayət ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində olan Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 qəbul etdiyi 5 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 20 sentyabr 2023-cü il tarixində əmək pensiyasını alan zaman kartından pensiyanın tutulması və pulun 100 manat əksik olması ona məlum olmuuşdur. Bu barədə maraqlandıqda Lənkəran Rayon İcra və Probasiya Şöbəsində barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin tərtib etdiyi iki ədəd qərarın olması məlum olmuşdur. O, həmin inzibati tənbehedici qərarlardan xəbərsiz olmuş və hansı şəraitdə və hansı tarixdə tərtib olunması ona məlum olmamışdır. O, məcburiyyət qarşısında qalıb 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən barəsində tərtib edilmiş qərarların təqdiq edilmiş surətlərini 21 sentyabr 2023-cü il tarixində almışdır. Sonra o qərarın əsassız və qanunsuz tərtib edilməsini görmüşdür. Dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəbula getmişdir. Qəbulda bütün iradlarını bildirmişdir. Nazirlikdən bunun yalnız məhkəmə vasitəsilə ləğv edilməsinin mümkünlüyü bildirilmişdir. Eyni zamanda protokol və qərarı tərtib edən vəzifəli şəxslər barəsində ölçü götürüləyəcəyinə söz verilmişdir. 25 may 2023-cü il tarixində MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərarda onun barəsində 11 may 2023-cü il tarixində ******* saylı protokol tərtib edilmişdir. Protokolda onun tərəfindən Lənkəran rayonu Gərmətük səsəbəsi ərazisində Gərmətük YDM-nin yaxınlığında kanalın kənarında qanunsuz olaraq 4 (dörd) ədəd söyüd cinsli ağacın kəsilməsi qeyd edilmişdir. İnzibati xətanın şəxsən onun tərəfindən törədilməsi qeyd edilmişdir. Halbuki, o, heç bir zaman və heç bir yerdə ağac kəsməmişdir. İnzibati protokolu tərtib edən vəzifəli şəxs inzibati xətanın sübut etməsi vəzifəsi həmin orqanın vəzifəsidir. Həmin təşkilat xətanın törədilməsini sübut etməli və mötəbər fakt və sübutlarını məhkəməyə təqdim etməlidir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddələri ilə barəsində 11 may 2023-cü il tarixli 79675 saylı akt, 11 may 2023-cü il tarixli MN ******* saylı inzibati protokola əsasən 25 may 2023-cü il tarixli MN ******* saylı qərar qəbul etmiş və onu 2000 (iki min) manat cərimə və 650 (altı yüz əlli) manat təbiətə dəymiş ziyan məbləğində tətbiq etmişdir. O, qərarla razı deyil, hər hansı inzibati xəta törətməmişdir. Tərtib edilmiş protokol və qərar tam olaraq yanlışlıqdan yazılmışdır. Ona görə də həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin dəlillərinə uyğun çıxış edərək göstərmişdir ki, Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində ona məxsus 0.10 ha həyətyanı məqsədi ilə verilmiş torpaq sahəsi vardır. Torpaq sahəsi uzun illərdən bəri mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsi hasara alınmamış və orada yaşayış yoxdur. 38 ildir həmin ərazidə ağac əkib. Ara-sıra həmin sahəyə baş çəkərək orada əkdiyi ağaclara qulluq edir. 2023-cü ilin may ayında həmin torpaq sahəsində olarkən torpaq sahəsinin yaxınlığında olan yola tərəf olan kanalda kəsilmiş quru ağac budaqları görmüş, ərazinin yaxınlığında olan ekskavator sürücüsündən kanalı təmizləyərəkən ağac budaqları atılmış kanaldan da həmin quru çürümüş ağac budaqlarını götürməsini xahiş etmiş, daha sonra həmin torpaq sahəsindən uzaqlaşmışdır. Şikayətində göstərdiyi kimi cərimə edilməsini pensiyasından pul tutulanda müəyyən etmiş, barəsində şikayət verdiyi qərarı isə 21 sentyabr 2023-cü il tarixdə əldə etmişdir. O, heç vaxt mülkiyyətində olan Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsində, həmin qəsəbə ərazisində olan YDM-nin yaxınlığında kanalın kənarında ağac kəsməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin sözgüedən orqana inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 rayonu, Gərmətük qəsəbə ərazisində Gərmətük YDM-nin yaxınlığında kanalın kənarında qanunsuz olaraq 4 ədəd söyüd cinsli ağacı kəsdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* №-li Çıxarışdan görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbə ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır. Belə ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan X2 şikayətində göstərdiyi dəlillərə qiymət vermədən, inzibati tənbehin verilməsi üçün əsas olan halları tam və hərtərəfli araşdırmadan yanlış olaraq yekun nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi heç bir araşdırma aparmadan, Lənkəran rayonu, Gərmətük qəsəbə ərazisində Gərmətük YDM-nin yaxınlığında kanalın kənarında 4 ədəd söyüd cinsli ağacın X4 tərəfindən kəsilməsini təsdiq edən mötəbər və təkzibolunmaz sübutlar (foto və videogörüntü, şahid izahatları və s.) toplamadan, 4 ədəd kəsilmiş söyüd ağacının aşkar edildiyi kanalın Mahir Fərzullayevə məxsus torpaq sahəsinin yaxınlığında yerləşməsinə görə, sonuncu tərəfindən həmin ağacların kəsilməsi qənaətinə gəlinməklə ehtimallar əsasında onun barəsində 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan işin əhəmiyyətli hallarını nəzərdən qaçırmış və araşdırmanı tam və hərtərəfli aparmadan qərar qəbul etmişdir. Belə olan halda, yenidən araşdırma zamanı inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən Lənkəran rayonu, Gərmətük qəsəbə ərazisində yerləşən sözügedən kanalın yaxınlığında yerləşən digər torpaq sahəsinin mülkiyyətçi(lər)i müəyyənləşdirməli və həmin şəxs(lər)in, o cümlədən Mahir Fərzullayevin şikayətində qeyd etdiyi ekskavatorun sürücüsü, həmçinin 4 ədəd ağacın kəsilməsini görə biləcək mümkün şəxslərin dairəsi müəyyən edilməli və izahatları alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə müvafiq sorğu məktubu ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi müraciət edilərək Mahir Fərzullayev barəsində 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutların (foto və videogörüntü materiallarının) məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin həmin halları təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının tələbini rəhbər tutuaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana qərarın qəbul edilməsinə əsas olan sübutların, yəni X4 tərəfindən 25 may 2023-cü il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbə ərazisində Gərmətük YDM-nin yaxınlığında kanalın kənarında qanunsuz olaraq 4 ədəd söyüd cinsli ağacı kəsməsini təsdiq edən video və foto görüntülərin məhkəməyə təqdim edilməsi təklif olsunda da, həmin sübutlar məhkəməyə təqdim edilmədiyindən və həmin halın sübuta yetirilməsi (sübut etmə yükü) inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyəti orqanın üzərinə düşdüyündən Mahir Fərzullayevin İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalı və qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İdarəsinin 25 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1531/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1531/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver