Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1539/2023 30.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 2-ci massiv ərazisində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində «VAZ 21093» markalı ** TC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini sərxoş halında idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, iş yoldaşı Bəhruzla birlikdə Bakıdan Lənkərana gələrkən, yolu soruşmaq üçün saxladığı təndirin qarşısında DYP əməkdaşları ona yaxınlaşıb içkili olduğunu bildirmiş və onu polis şöbəsinə aparmışlar. Şöbədə tibbi müayinədən keçirilməsini tələb etsə də, Asim adlı polis əməkdaşı həkimlərə inanmadığını bildirərək ona tibbi müayinədən keçməsinə şəarit yaratmamışdır. Gecə saat 10-11 radələrində maşını təhvil alaraq polis şöbəsindən çıxmışdır. Vicdanına sığışdırmadığı üçün polisin qanunsuz hərəkətindən şikayət verməmişdir. Əlavə olaraq bildirdi ki, iki gün əvvəl spirtli içki qəbul etmişdir. İlk dəfə inzibati xəta törətməklə bağlı məhkəməyə çağırıldığını nəzərə alıb barəsində olan inzibati iş üzrə icraata xiam verilməsini xahiş edir. Məhkəmə inzibati xətanı törətməkdə təqsirləndirlən şəxsi dinləyib, inzibati materialları nəzərdən keçirib hesab edir ki, onun əməli düzgün olaraq İXM-nin 333.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan 23 sentyabr 2023-cü il tarixli 02839 №-li protokollaşdırmadan görünür ki, müayinə zamanı Şəxs alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəssnə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində müəyyən müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(049)-1539/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1539/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver