Məhkəmə qərarları › İş №3(049)-1540/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1540/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1540/2023 03.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, "xxxx" MMC-də hüquq departamentində köməkçi işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Təbris küçəsi ev 37, mənzil 08 qeydiyyatda olmaqla, Lənkəran şəhəri, X6 küçəsində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında keçmiş həyat yoldaşı Gülnar Zərərçəkmiş şəxs qəsdən sağ qol nahiyyəsindən tutub saxlamaqla ona fiziki ağrı yetirdiyinə görə barəsində Lənkəran rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-cı maddəsi ilə inzibati qaydada MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, inzibati materiallarla tanış olmuşdur. Lakin təhqiqatçı tərəfindən “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsində xəbəri olmamış, inzibati xəta haqqında protokolu tərtib etmiş Fuad müəllim ona zəng edərək bildirmişdir ki, protokolu məhkəməyə təqdim edir,gəlib həmin protokolla tanış olsun. O, özünün təqsirli bilmir və təhqiqatçının qərarından Lənkəran rayon prokurorluğuna xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Məhkəmə prokurorluqla telefon əlaqəsi saxlayaraq şikayətin onlara daxil olduğunu öyrəndikdən sonra məhkəmə iclasını təxirə salmışdır. Hazırki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bir daha özünü təqsirli bilməyib izahatında göstərmişdir ki, hadisədən bir gün qabaq bazar günü qaytarmaq şərti ilə, Gülnar uşaqları ona vermişdi. O, bazar günü Gülnarla Bakıdan Lənkərana birgə qayıtmağı, həmin vaxt uşaqları ona təhvil verməyi razılaşmış, lakin Gülnar gələ bilmədiyi üçün özü, anası və uşaqlarla birlikdə Lənkərana qayıtmaq və uşaqları Lənkəranda Gülnara təhvil vermək qərarına gəlmiş və bu barədə Gülnarın özünə zəng edib demişdir. Gülnar bunu öyrəndikdə polisə zəng edərək guya onun uşaqları qaçırması barədə polisə yanlış məlumat vermişdir. Daha sonra anası ilə bərabər Gülnarın Lənkərandakı evinə gedərək uşaqları təhvil vermək istəyəndə qızı İnci ağlayaraq anasına getmək istəmədiyini və atası ilə onunla istədiyini bildirmişdir. Bu zaman Gülnar uşağın üstünə qışqırmış və İncini onun anasının yoldan çıxartdığını bildirərək anasının ünvanına təhqirlər söyləmişdir. Münaqişə böyüməsin deyə o, Gülnarın qolundan bərk tutub kənara çəkərək onu sakitləşdirmək istəmiş və bu zaman, ona hər hansı bir xəsarət yetirməmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2-3 gün qabaq Bakıya getməli olduğu üçün uşaqları Vüqara vermiş və bazar günü Bakıdan Vüqarla birgə qayıtmağı razılaşmışlar. Bazar günü Vüqara zəng edib Lənkərana nə vaxt gedəcəyini soruşduqda Vüqar ona öz anası və uşaqlarla gedəcəyini bildirmişdir. Bu zaman o polisi yığıb uşaqlarının qaçırılması barədə şikayət etmiş, polislə birgə onun Bakıdakı evlərinə getmiş və Vüqarın atası Zeyqəm onların Lənkərana yola çıxdıqlarını bildirmişdir. Gecə 10 radələrində Vüqar anası ilə birlikdə uşaqları gətirmiş və bu zaman anası onu küçə söyüşləri ilə təhqir etmişdir. O, Vüqarın anasına cavab qaytaranda Vüqar onun başına vurmuşdur, başındakı broşka sınaraq başına yapışmışdır. Vüqarın onu vurması ilə bağlı çəkiliş də vardır. Məhkəmədən Vüqara həbs cəzasının verilməsini istəyir. Məhkəmə iclasının yeri və vaxtı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi X3 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati protokola onun iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarına əlavə edilmiş 25 noyabr 2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs təəfindən döyülməsi barədə zərəçəmkiş şəxsin məlumatı əsasında araşdırılması aparılmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran ŞRPŞ-yə müraciət edərək qızı İncinin atası tərəfindən çimdiklənərək xəsarət yetirilməsi barədə məlumat vermiş, həmçinin xx.xx.2022-ci il tarixdə qızı İnci və əri Vüqarı Lənkəran Rayon İcra və Probasiya şöbəsində görüşdürən zaman sonuncu tərəfindən döyülməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş 05 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, HK-1-2512 və HK-1-2513 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, HK-1-3287 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın 905 nömrəli, xx.xx.2023 cü il tarixli rəyində Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və Lənkəran rayon prokurorluğundan məhkəməyə ünvanlanmış cavabdan görünür ki, Şəxs 08 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından verdiyi şikayət təmin olunmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxsin təqdim etdiyi diskə baxış keçirilmiş və diskdəki görüntülərdən məlum olmuşdur ki, Şəxs zərəçəkmiş şəxsi vurmuş, nəticədə zərəçəkmiş şəxsin əlindəki telefon yerə düşmüşdür. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun bu xətanı törətməsində təqsiri zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan video çəkiliş və digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əvvələr də eyni hərəkətlərə yol verərək inzibati xəta törətməsini nəzərə alır. Onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 noyabr 2023-ci il tarixdən saat 12:20-dən hesablansın. Həbsin sonu 17 noyabr 2023-cü il tarix, saat 12:20 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar