Məhkəmə qərarları › İş №3(049)-1542/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1542/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1542/2023 02.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, protokol tərtib etmiş şəxs: Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs tələbkar: Zərərçəkmiş şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lerik rayonu, Niso kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 7 saylı X4 Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran rayon İcra və Probasiya şöbəsindən Lənkəran Rayon Məhkəməsinə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 548/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbinə cavabdeh Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay iki uşağa cəmi 300 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu qətnaməni tam icra etməməklə icra məmurunun qanuni tələbinə əməl etməmiş və onun tələbkara borcu yaranmışdır. Aparılmış icra tədbirlərinə baxmayaraq borclu tələbkara olan borcunu tam ödəməməklə icra sənədinin icrasından yayınmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuru X5 bildirdi ki, borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Borculunun 2700 manat aliment borcu vardır. Göstərilənlərə əsasən borclu barəsində qanunauyğun tədbir görülməsini və inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclu indiyə qədər 1-2 dəfə uşaqların pul vermiş, alimenti isə ödəməmişdir. Alimenti ödəməməsinə görə uşaqları saxlamaqda çətinlik çəkir. Göstərilənlərə əsasən borclu barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 7 saylı X4 Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir aylıq 438 manat əmək haqı alır, lakin elə ay olur ki, iş günü az olduğu üçün az maaş alır. Aliment borcu olduğunu qəbul edir və həmin borcu ödəməyə hazırdır. Lakin borcunu birdəfəlik ödəyə bimir. İcra məmuru onu dəvət edən kimi icra şöbəsinə gəlmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 göstərdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin hərəkətlərinə İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsini əhatə edəcək hər hansı hal yoxdur. İcra məmurunun qanuni çağırışına vaxtıənda gəlmiş, habelə borcdan ödəniş də etmişdir. Qalan borcunu isə əmək haqqına yönəldərək borcunu ödəyəcəkdir. Odur ki, Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbinə cavabdeh Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavbdeh Şəxs hər ay iki uşağa cəmi 300 manat olmaqla sabit pul məbləğində aliment tutulraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sənədlərdən görünür ki, icra sənədi üzrə icraata 21 sentyabr 2023-cü il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış elektron icra sistemindən çıxarışdan müəyyən olunur ki, Şəxs 7 saylı X4 Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir 438 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. Belə ki, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Hazırki halda isə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə ödəniş edə bilməsi üçün faktiki imkanlarının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bu da borclunun məhkəmə qərarının icrasından yayınmasını məntiqi olaraq istisna edir. Məhkəmə qeyd edir ki, məhkəməyə baxılması üçün təqdim edilmiş materiallardan görünür ki, iş üzrə icaarta 21 sentyabr 2023-cü il tarixdə başlanmış və cəmi 12 gün sonra isə şəxsin barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin maddənin dispozisiyası yuxarıda qeyd edildiyi kimi iki alternativ əməldən birinin törətdilməsini ehtiva edir ki, hazırda məhkəməyə təqdim olunan materialda barəsində protokol tərtib edilmiş şəxsin hansı əmələ yol verdiyi məlum deyil. Məhkəmə şəxsin aliment borcunun olduğunu müəyyən edilmiş hesab edir, lakin bununla yanaşı onu da qeyd edir ki, şəxsin daimi stabil gəliri olan iş yeri var və iş materiallarından alimentin həmin gəlirə, yəni əmək haqqında yönəldilməsinə dair heç bir sənəd yoxdur. Göründüyü kimi, icra məmuru tərəfindən hər hansı qanuni tədbir görülməsi məhkəməyə müəyyən deyil və buna görə də, Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Eləcə də, Şəxs hər hansı tədbir görülməsi ilə bağlı icra məmuru tərəfindən hər hansı göstəriş və ya xəbərdarlıq edilmədiyindən, yəni qanunda nəzərdə tutulmuş hər hansı icra tədbiri həyata keçirilmədiyindən, habelə Şəxs aliment ödəməkdən yayınmağı ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi əsası ilə də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Qeyd olunanlardan aydın olur ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Lənkəran rayon məhkəməsinin 2(049)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qətnaməsinin icrası üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunun icrasından qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar