Məhkəmə qərarları › İş №3(049)-1545/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1545/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1545/2023 02.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, protokol tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X8, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, 23 avqust 1982-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, CHEMKO MMC-də məsləhətçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 02 oktyabr 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı X2 10 avqust 2023-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 02 oktyabr 2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyul 2023-cü il tarixdə saat 22 radələrində Lənkəran çəhərində dənizkənraı yerləşən Bulvar Lənkəran kafedə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X8 izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə qohumları ilə birlikdə Lənkəran şəhəri H.Əliyev prospektində yerləşən Bülvar Lənkəran çayxanasında 5 xanım qohumları və əmisi oğlu ilə oturmuşlar. Əlini yumaq üçün çayxananın içinə getmiş, əlini yuyub geri qayıdararkən tanımadığı 2 xanımın qohumları ilə aqresiv şəkildə danışdığını görmüşdür. Həmin tanımadığı xanımlara yaxınlaşıb onlardan nə baş verdiyini soruşmuş, onlarda ona 15 dəqiqə bundan əvvəl dəniz kənarında gedərkən xanımlar tərəfindən onların ünvanına nalayiq soz demişdirlər. Qadınlar arasında mübahisə olduğu üçün müdaxilə etmədən oradan aralaşıb çayxananın içinə geri qayıtmışdır müddət keçdikdən sonra həmin xanımlardan biri "TiK-Tok"-sosial şəbəkədə canlı yayım açaraq qohumlarının ünvanına əxlaqsız sözlər deməyə başladığı görmüş, bu səbəbdən onun əlindən mobil telefonu alıb söndürmək istəsə də, mümkün olmamışdır. Bu zaman sonradan tanıdığı Aynur adlı xanım üstünə gəlib onun ünvanına nalayiq sözlər deməyə başlamış, bu söhbətlər zəmnində aralarnıda mübahisə baş vermiş, baş vermiş mübahisədə Aynur adlı xanımı döyməmiş, qızıl qolbağı qırmamış, sadəcə Zərərçəkmiş şəxs1 əlindən mobil telefon almaq istəmişdir. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxslərin vurulması sübuta yeritilmir, zərərçəkmiş şəxslərdə olan xəsarətlərin məhz barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yetirilməsinə dair heç bir mötəbər sübut yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evindən qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə dəniz kənarına getmiş, dəniz kənarıda bir qədər gəzdikdən sonra evinə geri qayıdanda, Lənkəran şəhəri "kiçik” bazar ərazidə yerləşən Bulvar Lənkəran çayxananın qarşısından keçən zaman, kütləvi şəkildə oturan xanımlar tərəfindən onun və qızının ünvanına xoşa gəlməz sözlər dedikləri üçün onlar barəsində çayxana administratoruna mobil telefon vasitəsi ilə zəng edib bu barədə ona demiş, adminisratoru onları çayxananın içinə dəvət etmiş, o da qızı ilə birlikdə həmin çayxanaya getmişdir. Çayxananın administratoruna həyətdə oturan xanımlar tərəfindən nalayıq sözlərə məruz qaldığını demiş həmin an Pərviz adlı şəxs onlara yaxınlaşıb nə olduğunu soruşmuş, o da Pərvizin anın müdiri olmasını zənn edib, ona qadınlar tərəfindən nalayiq sözlər dediklərini bitdimişdir, Pərviz onlara pozğun olduğunu deyərək onun şərəf və ləyaqətini tanıdığı və ya tanımadığı şəxslərin qarşısında alçaltmışdır. Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsi ilə çəkiliş etməsini demiş, qızı da mobil telefonla çəkiliş edən zaman, Pərviz adlı şəxs qızının üstünə hücum edib telefonu əlində alanda barmağına xəsarat yetirmişdir. Pərvizin qızı ilə mübahisəsinə medaxilə edib ayıran zaman onun sağ əlindən vurub zədələmiş və sağ qolunda 1275 manat dəyərində qızıl qolbağın qırılıb itmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2023- ci il taıixdə yaşadığı evindən anası Zərərçəkmiş şəxs2 ilə birlikdə dəniz kənarına getmiş, dəniz kənarında gəzdikdən sonra evinə geri qaynanda, Lənkəran şəhəri “Kiçik” bazar adlanan ərazidə yerləşən bülvar Lənkəran çayxananın qarşısından keçən zaman, kütləvi şəkildə oturan xanımlar tərəfindən onun və anasının ünvanına xoşa gəlməz sözlər dedikləri üçün anası onlar barəsində çayxananın administatoruna mobil telefon vasitəsi ilə zəng edib bu barədə ona irad bildirmişdir, administratoru onları çayxananın içinə dəvət ediyinə görə anası ilə birlikdə həmin çayxanaya getmiş, çayxananın administratoruna anasına və özünə çöldə oturan xanımlar tərəfindən nalayiq sözlərə məruz qaldığını demişdir. Həmin an Pərviz adlı şəxs onlara yaxınlaşıb. Anası da Pərvizin çayxananın müdiri zənn edərək ona həyətdə oturan qadınlar tərəfindən qızının və özünün ünvanına nalayıq sözlər deyildiyini demişdir. Pərviz adlı ona pozğun olduğunu deyerək onların şərəf və ləyaqətini tanıdığı və ya tanımadığı şəxslər qarşısında alçalmışdır. Bu söhbətlər zəminində aralarında sözlü mübahisə baş vermiş, mübahisədə anası ona mobil telefon vasitəsi ilə çəkiliş etməsini dediyinə görə, öz mobil telefon vasitəsilə çəkiliş etməyə başlamışdır. Bu zaman Pərviz adlı şəxs onun üstünə hücüm edib telefonu onun əlindən alarkən barmağına xəsarət yetirmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X3 10 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. Həmin qərarla Zərərçəkmiş şəxs2 oğlunun müraciəti əsasında toplanmış material üzrə CM-nin 221 (xuliqanlıq), 134 (ölümlə hədələmə), 186 (əmlakı qəsdən məhv etmə) maddələrinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İXM-nin 232-1 və 510-cu maddələrinin əlamətləri müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2023-cü il tarixli, 764 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - sağ əlin ll barmağı nahiyəsində sıyrıq, sağ mil-bilək oynağı nahiyəsində qanşır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2023-cü il tarixli, 763 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sağ bazu əlin nahiyəsində qançır aşkar edilmişdir.Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 02 oktyabr 2023-ci il tarixli 3-17-1/2-227225/2023 nömrəli məktubundan görünür ki, Şəxs heç bir pensiya və müavinət almır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə araşdırılmış Zərərçəkmiş şəxs1 mobil telefonunda olan videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs1 mübahisə olan bir ərazidə çəkiliş aparır, yüksək səslə danışır, daha sonra mobil telefon əlindən düşür. Məhkəmə iclasında araşdırılmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmişi döyməsi zərərçəkmiş şəxslərin izahatı ilə yanaşı məhkəmə tibb ekspertiza rəyləri tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, maddi vəziyyətini, habelə yaşını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar