Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-155/2025 07.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X5, Protokol tərtib edən şəxs: Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosuna fəaliyyət göstərən vəkil X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı iştirakı ilə məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən 07 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X6 bildirdi ki, 07 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 30 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə danışmaq üçün hadisə yerinə getmişdir, hər hansı cinayət və ya inzibati xəta törətməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirdi ki, o, aparılan icraatla qəti olaraq razı deyil, Şəxs əməlində cinayət tərkibi vardır. O, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 30 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə razı deyil və həmin qərarın ləğv edilməsi və şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı prokurora şikayət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, belə olan halda, yəni protokolun tərtib edilməsinə əsas olmuş qərar mübahisələndirildiyindən tərtib edilmiş protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Lənkəran Şəhər Rayon Polis X1ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Lənkəran Şəhər Rayon Polis X1ytarılsın. Qərardaddan şikayə verilə bilməz. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-155/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-155/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver