Məhkəmə qərarları › İş №3(049)-1553/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1553/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1553/2023 06.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3,, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi, polis mayoru X14, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-155/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 06 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 06 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 06 oktyabr 2023-cü il tarixdə, saat 14.20 radələrində Lənkəran rayonu, Boladi kəndində küçədə ictimai yerdə nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X14 göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X15 polis sahə rəisi vəzifəsində işləyir. 06 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Mirzəyev X9 rayonu, Boladi kəndində, küçədə söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu, Boladi kəndində yaşayır, gündəlik fəhləlik etməklə pul qazanır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-155/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda ayağında elektron qolbaq vardır. Onunla qonuşuluqda olan ev bir müddət əvvəl yanmışdır. Həmin evin sahibi ondan şübhələnmiş və buna görə onu bir neçə dəfə polis şöbəsinə dəvət edib dindirmişlər. O, artıq həmin məsələyə görə bezmiş və növbəti dəfə onu polis şöbəsinə dəvət edəndə mobil telefona cavab verməmişdir. 06 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində Boladi kəndində küçədə olarkən ona üç nəfər şəxs yaxınlaşmış, ikisi mülki geyimdə, biri isə polis formasında olmuşdur. Həmin şəxslər özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmiş, o, həmin vaxt uca səslə onun adını polisə verənin ünvanına söyüşlər söymüşdür. Həmin vaxt ətrafda qadınlar və uşaqlar olmuşdur. Polis əməkdaşları onu sakitləşdirmək istəsə də, o, əsəbi olduğundan söyməyə davam etmişdir. Polis əməkdaşları onu avtomobilə oturmağı və polis şöbəsinə getməyi təklif etsə də, o, polis əməkdaşlarına tabe olmamışdır. Hazırda əməlindən peşman deyil, cünki bezmişdir. Barəsində inzibati həbs tətbiq edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi X6 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, şəxsi dəfələrlə polis şöbəsinə dəvət etmişlər və o, artıq bundan bezmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X15 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran ŞRPŞ-nin İstintaq bölməsindən daxil olmuş materialın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə, saat 14:20 radələrində Liman PB-nin sahənin polis nəfəri polis baş serjantı X10 və Liman PB-nin polis nəfəri polis serjantı X8 ilə birlikdə Lənkəran rayonu, Boladi kəndinə getmişlər. Əvvəllər məhkum olunduğu üçün tanıdığı Lənkəran rayounu, Boladı kənd sakini Şəxs Boladi kəndində, yol kənarında görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib, izahatının alınmasından ötrü Lənkəran ŞRPŞ-nin İB-yə getməli olduğunu bildirmişlər. Lakin Şəxs heç bir zərurət olmadan uca səslə çığıraraq ətrafda hərəkətdə olan şəxslərin diqqətini özünə cəlb edib, onun adını polisə verən şəxsin ünvanına nalayiq küçə söyüşlərini ardıcıl formada söydüyündən və xuliqanlıq hərəkətlərinə yol verdiyindən onu nizam-intizama dəvət etmişlər. Yol verdiyi xırda xuliqanlıq hərəkətlərinə son qoyaraq onlarla birgə şöbəyə getməyini ondan tələb etdikdə Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmadan öz hərəkətlərinə davam edərək şöbəyə getməkdən imtina etmişdir. Onun iradəsinə zidd olaraq pozulmuş ictimai qaydanın davam etməsinin qarşısını almaqdan ötrü Şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid X10 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X16 Polis Bölməsində polis nəfəri vəzifəsində xidmət edir. Lənkəran ŞRPŞ-nin İstintaq bölməsindən daxil olmuş materialın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə, saat 14:20 radələrində Liman PB-nin əməliyyat müvəkkili X4 və Liman PB-nin polis nəfəri polis serjantı X8 ilə birlikdə Lənkəran rayonu, Boladi kəndinə getmişlər. Şəxs Boladi kəndində, yol kənarında görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib, izahatının alınmasından ötrü Lənkəran ŞRPŞ-nin İB-yə getməli olduğunu bildirmişlər. Lakin Şəxs heç bir zərurət olmadan uca səslə çığıraraq ətrafda hərəkətdə olan şəxslərin diqqətini özünə cəlb edib, onun adını polisə verən şəxsin ünvanına nalayiq küçə söyüşlərini ardıcıl formada söydüyündən və xuliqanlıq hərəkətlərinə yol verdiyindən onu nizam-intizama dəvət etmişlər. Yol verdiyi xırda xuliqanlıq hərəkətlərinə son qoyaraq onlarla birgə şöbəyə getməyini ondan tələb etdikdə Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmadan öz hərəkətlərinə davam edərək şöbəyə getməkdən imtina etmişdir. Onun iradəsinə zidd olaraq pozulmuş ictimai qaydanın davam etməsinin qarşısını almaqdan ötrü Şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X16 Polis Bölməsində polis nəfəri vəzifəsində xidmət edir. Lənkəran ŞRPŞ-nin İstintaq bölməsindən daxil olmuş materialın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə, saat 14:20 radələrində Liman PB-nin əməliyyat müvəkkili X4 və Liman PB-nin polis nəfəri polis serjantı X10 ilə birlikdə Lənkəran rayonu, Boladi kəndinə getmişlər. Şəxs Boladi kəndində, yol kənarında görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib, izahatının alınmasından ötrü Lənkəran ŞRPŞ-nin İB-yə getməli olduğunu bildirmişlər. Lakin Şəxs heç bir zərurət olmadan uca səslə çığıraraq ətrafda hərəkətdə olan şəxslərin diqqətini özünə cəlb edib, onun adını polisə verən şəxsin ünvanına nalayiq küçə söyüşlərini ardıcıl formada söydüyündən və xuliqanlıq hərəkətlərinə yol verdiyindən onu nizam-intizama dəvət etmişlər. Yol verdiyi xırda xuliqanlıq hərəkətlərinə son qoyaraq onlarla birgə şöbəyə getməyini ondan tələb etdikdə Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmadan öz hərəkətlərinə davam edərək şöbəyə getməkdən imtina etmişdir. Onun iradəsinə zidd olaraq pozulmuş ictimai qaydanın davam etməsinin qarşısını almaqdan ötrü Şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X15 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili X5 Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı 06 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Lənkəran ŞRPŞ-nin İstintaq bölməsindən daxil olmuş materialın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə, saat 14:20 radələrində Liman PB-nin sahənin polis nəfəri polis baş serjantı X10 və Liman PB-nin polis nəfəri polis serjantı X8 ilə birlikdə Lənkəran rayonu, Boladi kəndinə getmişlər. Əvvəllər məhkum olunduğu üçün tanıdığı Lənkəran rayounu, Boladı kənd sakini Şəxs Boladi kəndində, yol kənarında görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib, izahatının alınmasından ötrü Lənkəran ŞRPŞ-nin İB-yə getməli olduğunu bildirmişlər. Lakin Şəxs heç bir zərurət olmadan uca səslə çığıraraq ətrafda hərəkətdə olan şəxslərin diqqətini özünə cəlb edib, onun adını polisə verən şəxsin ünvanına nalayiq küçə söyüşlərini ardıcıl formada söydüyündən və xuliqanlıq hərəkətlərinə yol verdiyindən onu nizam-intizama dəvət etmişlər. Yol verdiyi xırda xuliqanlıq hərəkətlərinə son qoyaraq onlarla birgə şöbəyə getməyini ondan tələb etdikdə Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmadan öz hərəkətlərinə davam edərək şöbəyə getməkdən imtina etmişdir. Onun iradəsinə zidd olaraq pozulmuş ictimai qaydanın davam etməsinin qarşısını almaqdan ötrü Şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 06 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-23225/2023 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 06 oktyabr 2023-cü il tarixdə, saat 14.20 radələrində ictimai yer hesab olunan Lənkəran rayonu, Boladi kəndində küçədə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin polis əməkdaşlarına qarşı söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal Şəxs izahatı ilə yanaşı, polis əməkdaşlarının ifadələri ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulmadığından onun inzibati həbs müddətinin əvvəli hazırkı tarixdən, yəni 06 oktyabr 2023-cü tarixdən, saat 17.30-dan hesablanmalıdır. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati XM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 06 oktyabr 2023-cü tarixdən, saat 17.30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar