Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1556/2023 10.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 azyaşlı uşağı olan, natamam orta təhsili, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ikinci Qarabağ müharibəsinin iştirakçısı, 3-cü dərəcəli əlilliyi olan, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla Kiçik Bazar ərazisində, Neftçilər məhəlləsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 oktyabr 2023-cü il tarixdə saat 23:10 radələrində Lənkəran şəhəri, Sahil Küçəsində idarə etdiyi VAZ 2106 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X1 idarə etdiyi ** PS *** nömrəli “Mersedes Çitan” markalı avtomaşına 450 manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Lənkəran rayonu YNH-nin inspektoru, polis kapitanı, X3 tərəfindən barəsində İXM-nin 334.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, ikinci Qarabağ müharibəsi iştirakçısı kimi Cəbrayıl və Qubadlı rayonlarının azad edilməsinə görə, eləcə də “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Özü 3-cü dərəcəli əlildir. Həmin gün bədənindəki ağrılarla əlaqədar ağrıkəsici dərman tapa bilmədiyi üçün ağrılarını azaltmaq üçün az miqdarda pivə içdikdən sonra sükan arxasına oturmuş və Lənkəran şəhərində, Sahil küçəsi ilə dəniz tərəfə hərəkət edərkən diqqətsizlik edib mersedes markalı maşınla toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət alan olmamışdır. Göstərilənləri və əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş İş materiallarında olan xx.xx.2023-cü il tarixli 000671 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, müayinə zamanı Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyəti qeydə alınmışdır. İş materiallarında olan Lənkəran Şəhər Rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs İXM-nin 334.3 maddəsinə nəzərdə tutulmuş xətanı il ərzindətəkrar törətməmiş və adına sürücülük vəsiqəsi BDYPİ-nin Lənkəran RQİ və TB şöbəsi tərəfindən verilməmişdir. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli Rəydən görünür ki, yol qəza hadisəsi zamanı ** PS *** nömrəli “Mersedes Çitan” markalı avtomaşına dəymiş ziyan ümumilikdə 450 manat məbləğində dəyərləndirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli ******** saylı arayışından görünür ki, Şəxs həmin şöbədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar sosial müavinət alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs 08 oktyabr 2023-cü il tarixdə saat 23:10 radələrində, sürücülük hüququ və etibarnaməsi olmadan yüngül alkoqol sərxoşluğu vəziyyətində Lənkəran şəhəri, Sahil Küçəsində dəniz tərəfə hərəkət edərkən idarə etdiyi VAZ 2106 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib ** PS *** nömrəli “Mersedes Çitan” markalı avtomaşınla toqquşmuş və nəticədə həmin avtomobilin sahibi sahibi X2 450 manat məbləğində maddi ziyan vurmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. İXM-nin 334.3-cü maddəsinin dispozisiyasına görə bu Məcəllənin Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması – həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 334.1-ci maddəsinə görə isə Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyətə səbəb olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməli etiraf etməsi, müharibə iştirakçısı olmaqla yanaşı döyüşlərdə göstərdiyi şücaətə görə bir sıra medallarla təltif edilməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs оğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 800 (səkkiz) yüz manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(049)-1556/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1556/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver