Məhkəmə qərarları › İş №3(049)-1557/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1557/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1557/2023 25.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lənkəran şəhər-rayon X5 yol X7 patrul xidməti baş inspektoru polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Astara rayonu Tüləgüvan kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:26-da “Mercedes Benz C180” markalı ** XK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında, lakin sərxoş vəziyyətdə idarə etməsi faktı üzrə Şəxs barəsində Lənkəran şəhər-rayon X5 yol X7 Patrul Xidmətinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər vaxtı istifadəsində olan “Mercedes Benz C180” markalı ** XK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən Lənkəran rayonu, Gərmətük kənd yolunda Lənkəran şəhər-rayon X5 Yol X7 Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərinə baxışdan sonra ona alkotest müayinəsindən keçməsi təklif olunmuş və o, alkotest olunması üçün həmin aparata üfürmüşdür. Bundan sonra ona yüngül dərəcəli sərxoşluğunun müəyyən olunduğu bildirilmişdir. O, həmin gün spirtli içki qəbul etməmiş, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən üç gün əvvəl spirtli içki içmişdir. Həmin gün verdiyi yazılı izahatında və protokolda qeyd etdiklərini özü yazmış, qeyd olunan yazıları yazması üçün polis əməkdaşları tərəfindən ona təsir və təzyiq göstərilməmişdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lənkəran şəhər-rayon X5 Yol X7 Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Gərmətük kənd ərazisində xidmətdə olarkən, təxminən saat 09:30 radələrində “Mercedes Benz C180” markalı ** XK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsünün svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirib ötmə əməliyyatı etdiyini görüb ona saxlama işarəsi vermişdir. Sürücü avtomobilini saxladıqdan sonra ondan sənədlərini tələb etmiş, həmin şəxsdən spirt qoxusu gəldiyi üçün onu alkotest müayinəsinə dəvət etmişdir. Qeyd edir ki, alkotest müayinəsi üçün filtrli və ya üfürmə yolu ilə həyata keçirilən iki fərqli aparatdan istifadə edilir. Şəxs üfürmə yolu ilə alkotest olunmuş və nəticə olaraq qanında alkoqolun miqdarının 0,328 promil olduğu aşkar olmuşdur. Bundan sonra o, sürücü idarə etmədən kənarlaşdırılmış və avtomobili müvəqqəti duracağa gətirilmişdir. Həmin vaxt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər hansı şikayəti olmamışdır. O, protokolda və izahatda yazdıqlarını öz iradəsi ilə, məcbur edilmədən qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran Rayonlararası Narkoloji Xəstəxanada həkim-narkoloq vəzifəsində işləyən X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:00 radələrində Şəxs adlı şəxs ərizə ilə müraciət edərək üç gün əvvəl spirtli içki içməsinə baxmayaraq, həmin gün polis əməkdaşları tərəfindən saxlanılaraq alkotest müayinəsi edildikdən sonra ona yüngül dərəcəli sərxoş olduğunun bildirildiyini demişdir. Həmin şəxs polis əməkdaşları ilə razılaşmadığı üçün tibbi müayinədən keçirilməsini xahiş etmiş və nəticə olaraq onda alkoqol sərxoşluğu vəziyyətinin olmadığı, ayıq olduğu müəyyən edilmişdir. Şəxs həmin gün saat 09:30 radələrində polis əməkdaşı tərəfindən alkotest müayinəsindən keçirilən zaman onda 0,328 promil alkoqol sərxoşuğu aşkar olunsa da, orqanizmdən hər saatda 0,15 promil alkoqolun təmizləndiyi nəzərə alınmaqla həmin gün saat 14 radələrində yenidən tibbi müayinə aparılan zaman şəxsdə alkoqol sərxoşluğunun müəyyən edilməməsi mümkündür. İnzibati xəta törətmiş şəxs Şəxs əməli şahidin izahatı, haqqında protokol, sərxoşluq vəziyyətininin alkotest müayinəsi ilə bağlı tərtib olunmuş qəbz və digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş alkotest müayinəsinin nəticələrinin protokollaşdırılmasına dair xx.xx.2023-cü il tarixli 03332 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:21-də tibbi müayinədən keçirilən ** XK *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Şəxs alkoqolun miqdarının 0,328 promil olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 001755 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00-da şəxsi təşəbbüsü ilə tibb işçisi Nəhmətli Əli tərəfindən tibbi müayinədən keçirilən xx.xx.2000-ci il təvəllüdlü Şəxs alkoqol sərxoşluğu vəziyyətinin olmadığı, ayıq olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs həmin protokolda işinə Lənkəran şəhərində baxılmasını və bir daha spirtli içki qəbul edib avtomobil idarə etməyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş, Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Mercedes Benz C180” markalı ** XK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gərmətük kənd yolunda düzgün ötmə əməliyyatı etmədiyi üçün polis əməkdaşları ona saxlama işarəsi vermişlər. Avtomobili saxladıqdan sonra sənədlərinə baxış keçirilərkən onun nəfəsindən spirt qoxusu gəldiyinə görə yerində müayinə etmişlər və nəticədə onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində avtomobil idarə etdiyi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə verilmiş AE 434851 nömrəli BC dərəcəli sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. İş materiallarında olan Lənkəran şəhər-rayon Polis Şöbəsindən verilmiş arayışdan görünür ki, AR DİN-nin BDYP idarəsinin mərkəzi məlumat bazasında yoxlama nəticəsində sürücü Şəxs AR İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətdiyi müəyyən olunmamışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin saxlanca qəbulu haqda xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Mercedes Benz C180” minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün duracağa gətirilmiş və sonra sahibi Şəxs qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:26-da “Mercedes Benz C180” minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında, lakin sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə Şəxs spirtli içki qəbul etmədiyi barədə izahatında göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, həmin xüsusatlar iş materialları və işin faktiki halları ilə təkzib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini, hazırda işsiz olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətə məhdudlaşdırılması cəzasının tətbiq edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev X2 şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar