Məhkəmə qərarları › İş №3(049)-156/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-156/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-156/2024 28.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin ünvanına 30H944RA/308914AA dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş və **********9726 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair qısa idxal bəyannaməsi təqdim edilmədiyinə görə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Söbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X2 tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2024-cü il tarixli, 00100- 00178/24 №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, 30H944RA/308914AA nömrəli nəqliyyat vasitəsi ilə “MMN AGRO» MMC-nin ünvanına göndərilə mallar xx.xx.2024-cü il tarixdə saat 10:46-da Xaçmaz Gömrak İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixdə saat 10:46-da 30H944RA/308914AA dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətirilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətərilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. İXM-nin 485.2-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 485.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozsiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və cərimə aşağıdakı hesaba köçürülsün: Müştəri adı: BBGİ (cərimə), Hesab №: AZ49CTRE********************, VÖEN: **********, DXA, Kodu: 210005 VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, S. W. İ. F. T: CTREAZ 22, Büdcə təsnifatınıln kodu: 142533, Büdcə səviyyəsinin kodu: 7 Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakimi Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar