Məhkəmə qərarları › İş №3(049)-1562/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1562/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1562/2023 19.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə Şəxs Həşı̇ m oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli protokola əsasən müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib edilmiş EQ 14098341 nömrəli, 22 aprel 2023-cü il tarixli protokol üzrə qərar qəbul edildiyi tarixdən 3 ay müddətində icra etməmişdir Məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Belə ki, melektron məhkəmə sistemindən müəyyən olunur ki, Şəxs Həçim oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs Həşı̇ m oğlu öldüyündən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Həşı̇ m oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar