Məhkəmə qərarları › İş №3(049)-1611/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1611/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1611/2023 16.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran rayonu, Osaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Osaküçə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixində Lənkəran rayonu, Osaküçə kəndində yolun kənarında keçmiş arvadı Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə əli ilə vurub itələməklə fiziki ağrı yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 16 oktyabr 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixində Lənkəran rayonu, Osaküçə kəndində yolun kənarında keçmiş arvadı Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə əli ilə vurub itələməklə fiziki ağrı yetirmiş, müvafiq müraciət əsasında Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən aparılmış araşdırma zamanı, Şəxs əməlində cinayət tərkibi olmadığından 04 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxs barəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmiş və şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs ilə Şəxs arasında tez-tez sonuncunun spirtli içki qəbul edərək dava-dalaş salması səbəbindən teztez münaqişə baş vermiş, hər iki şəxslə aparılmış profilaktik söhbətlər öz müsbət nəticəsini verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. 2003-cü ildə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Faktiki nikahlarından iki uşağı dünyaya gəlmiş, həmin uşaqlar yetkinlik yaşına çatmaqla anaları ilə birgə yaşayırlar. Üç ildir ki, Zərərçəkmiş şəxs ondan ayrılaraq anası evinə getmiş və orada yaşayırlar. Zərərçəkmiş şəxs evi tərk edərək ondan ayrı yaşaması ona pis təsir etdiyindən spirtli içki qəbul edir. Əvvəllər də arvadını evə gətirməyə cəhd göstərmiş, lakin Zərərçəkmiş şəxs gəlməkdən imtina etdiyinə görə aralarında münaqişə baş vermişdir. xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs işlədiyi Lənkəran rayonu, Osaküçə kənd orta məktəbinə getmiş, məqsədi arvadı ilə danışmaq olmuşdur, lakin Zərərçəkmiş şəxs onu görüb dərhal məktəbə daxil olaraq oradan çıxmamış, o da arvadının ardınca məktəbə daxil olmamışdır. O, heç kimi vurmamış və xəsarət yetirməmişdir. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun keçmiş əridir. 2003-cü ildə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Faktiki nikahlarından iki uşağı dünyaya gəlmiş, həmin uşaqlar yetkinlik yaşına çatmaqla onunla birgə yaşayırlar. Şəxs mütəmadi spirtli içkilər qəbul edib dava-dalaş salmasına görə bezdiyi üçün 3 il öncə evi tərk edərək anasının yanına getmişdir. Dəfələrlə Şəxs onu narahat etmiş, işlədiyi məktəbdə, yolda və digər rastlaşdığı yerlərdə onu görəndə münaqişə yaratmışdır. xx.xx.2023-cü il tarixində saat 13 radələrində o işlədiyi Lənkəran rayonu, Osaküçə kənd orta məktəbinə gedərkən Şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlamış, bu zaman onun sağ çiyin nahiyəsinə vuraraq onu kənara itələmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 HK-1-3358 saylı yoxlama materialı üzrə qəbul etdiyi 04 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxs barəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 28 sentyabr 2023-cü il tarixli, 996 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı X1 xx.xx.2023-cü il tarixli, 3-17-1/2-239532/2023 nömrəli arayışından görünür ki, Şəxs heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1-3358 saylı yoxlama materialı üzrə qəbul edilmiş 04 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar