Məhkəmə qərarları › İş №3(049)-1619/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1619/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1619/2023 01.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, Hüquqi şəxs "xxxx" Müəssisəsinin barəsində Astara Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Lənkəran rayonu Ləvəngi dairəsində yerləşən hüquqi şəxs "xxxx" Müəssisəsinin (VÖEN **********) ünvanına İran İslam Respublikasının vətəndaşı Khordadi Esrafilin idarə etdiyi “Dong Feng” markalı 59AA737/738 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə “451249” saylı GMR-ə və “2719” nömrəli İnvoysa əsasən İran İslam Respublikasının vətəndaşı Ahmad Porkarinin adından xx.xx.2023-cü il tarixdə Lənkəran gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə “Karamel” yükünün daxil olmasına baxmayaraq, həmin mallar ölkə ərazisinə gətirilməzdən əvvəl mallara dair elektron qaydada qısa idxal bəyannaməsi verilmədiyinə görə Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən hüquqi şəxs "xxxx" Müəssisəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli 00400-00316/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Prortokol tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə iclasında işitirak etməmişlər. Məhkəmə İXM-nin 485.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-33/3-1-004971/2023 nömrəli raportdan görünür ki, hüquqi şəxs "xxxx" Müəssisəsinin ünvanına gələn, xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Khordadi Esrafilin idarə etdiyi “Dong Feng” markalı 59AA737/738 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “451249” saylı GMR-ə və “2719” nömrəli İnvoysa əsasən İran İslam Respublikasının vətəndaşı Ahmad Porkarinin adından ölkə ərazisinə daxil olmuş və gömrük bəyənnaməsi ilə bəyan olunan yüklər üçün əvvəlcədən qısa idxal bəyənnaməsi tərtib edilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinin məcburiliyi nəzərə alınaraq fakt üzrə araşdırma aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyənnaməsinin 40-cı qrafasından görünür ki, hüquqi şəxs "xxxx" Müəssisəsi (VÖEN **********) tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmazdan əvvəl qısa idxal bəyənnaməsi təqdim edilmədiyi üçün həmin qrafada hər hansı qeyd aparılmamışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, "xxxx" Müəssisəsinin ünvanına İran İslam Respublikasının vətəndaşı Khordadi Esrafilin idarə etdiyi “Dong Feng” markalı 59AA737/738 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilmiş “Karamel” yükünə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyənnaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Müəssisəsinin nümayəndəsi - həmin şirkətin rəhbəri X2 xx.xx.2023-cü il tarixdə Astara Gömrük İdarəsində verdiyi izahatda xx.xx.2023-cü il tarixdə Lənkəran gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə, "xxxx" Müəssisəsinin ünvanına daxil olmuş mallara görə həmin mallar ölkə ərazisinə gətərilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin diqqətsizlik üzündən vaxtında verilmədiyini qeyd etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, hüquqi şəxs "xxxx" Müəssisəsi tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş xəta hadisəsi törədilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu Ləvəngi dairəsində yerləşən hüquqi şəxs "xxxx" Müəssisəsinin (VÖEN **********) ünvanına İran İslam Respublikasının vətəndaşı Khordadi Esrafilin idarə etdiyi “Dong Feng” markalı 59AA737/738 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə “451249” saylı GMR-ə və “2719” nömrəli İnvoysa əsasən İran İslam Respublikasının vətəndaşı Ahmad Porkarinin adından xx.xx.2023-cü il tarixdə Lənkəran gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə “Karamel” yükünün daxil olmasına baxmayaraq, həmin mallar ölkə ərazisinə gətərilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə görə gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, həmin yüklərə dair gömrük orqanına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsi verilməmiş, göndərilən mallara dair bəyannamə yalnız xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Müəssisəsinin İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 485.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Müəssisəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Müəssisəsi haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə almaqla hesab edir ki, onun barəsində qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulan 1500 manat miqdarında inzibati cərimə inzibati tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31, 40, 43, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs "xxxx" X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 00400-00316/23 nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar