Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1620/2023 19.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X3 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Türkmənistan Respublikasının Türküstan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Transko” şirkətində sürücü işləyən, Saatlı rayonu, Fətəlikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanına nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X5 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 18 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektorları X2 və X7 **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə Lənkəran rayonu, Girdəni kəndi ərazisində xidmətdə olarkən **-JH-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı yük avtomobilinin yük yerində yazılmış dövlət qeydiyyat nişanı oxunmadığından həmin yük maşınına saxla işarəsi verilmiş, YPX inspektoru X7 həmin maşına yaxınlaşaraq özünü təqdim edərək, saxlanılmasının səbəbini izah etmiş, sürücüdən sənədləri tələb etmiş, bu zaman sürücü Şəxs aqressiv şəkildə saxlanılmasına etiraz edərək, polis işçilərinin ünvanına ucadan təhqiramiz ifadələr işlədərək, polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. YPX inspektorları tərəfindən əraziyə PPX çağırılmış, Şəxs PPX maşını ilə şöbəyə gətirilmiş, həm maşında, həm də şöbənin inzibati binasında Şəxs polis işçilərinin ünvanına yenidən nalayiq ifadələr işlətmiş, intizama dəvət edilməsinə baxmayaraq şöbənin binasında da söyüş söyərək şöbənin iş ahənginin pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, Saatlı rayonu, Fətəlikənd kəndində qeydiyyatda olmaqla yaşayır. “Transko” şirkətində sürücü işləyir. **-JH-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı yük avtomobili ilə xx.xx.2023-cü il tarixdə Lənkəran rayonuna yük gətirmişdir. Həmin gün hava yağışlı olmuşdur. Rayonun Girdəni kəndi ərazisində YPX maşını ona saxla işarəsi vermiş, o da maşını saxlamışdır. Ona yaxınlaşan sonradan adının Xalid Əliyev olduğunu bildiyi YPX inspektoru özünü təqdim etmədən ondan sənədlərini tələb etmişdir. Maşının yük yerində olan dövlət qeydiyyat nişanının üzəri havanın yağışlı olması səbəbindən palçıq təbəqəsi ilə örtülmüşdür. O, buna görə saxlanılmasından əsəbiləşdiyi üçün polis işçilərinin ünvanına nalayiq ifadə işlətmişdir. Lakin o, polis şöbəsində olan zaman söyüş söyməmiş, heç kimi təhqir etməmişdir. YPX inspektoru Xalid Əliyev polis şöbəsində olarkən onun qarın nahiyəsinə vuraraq onu döymüşdür. Özünü təqsirli bilmir, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektoru X2 ilə **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə Lənkəran rayonu, Girdəni kəndi ərazisində xidmətdə olarkən **-JH-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı yük avtomobilinin yük yerində yazılmış dövlət qeydiyyat nişanı oxunmadığından həmin yük maşınına saxla işarəsi verilmiş, sürücü də maşını saxlamışdır. O, həmin maşına yaxınlaşaraq özünü təqdim edərək, sürücüyə saxlanılmasının səbəbini izah etmiş, bu zaman sürücü Şəxs şəkildə saxlanılmasına etiraz edərək, polis işçilərinin ünvanına ucadan təhqiramiz ifadələr işlədərək, polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Sürücünün nizam-intizama dəvət edilməsinə baxmayaraq, o, hay-küy salmağa onları təhqir etməyə davam etmişdir. Bundan sonra əraziyə PPX çağırılmış, Şəxs PPX maşını ilə şöbəyə gətirilmiş, həm maşında, həm də şöbənin inzibati binasında Şəxs polis işçilərinin ünvanına yenidən nalayiq ifadələr işlətmiş, intizama dəvət edilməsinə baxmayaraq şöbənin binasında da söyüş söyərək şöbənin iş ahənginin pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. O, Şəxs heç vaxt vurmamışdır, sürücü məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan izahat verir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:30-da tutmadan azad edilmişdir. Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, 27/27 nömrəli arayışından görünür k, Saatlı rayonu, Fətəlikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Ulfanov X4 ŞRPŞ-nin Növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. 001799 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, müayinə zamanı Şəxs sərxoşluq aşkar edilməmişdir. DVD diskdə olan görüntülərdən müəyyən olunur ki, **-JH-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı yük avtomobilinin sürücüsü Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanına nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə qəsdən tabe olmamış, polisin xidməti iş ahənginin pozulmasına səbəb olmuş hərəkətlərə yol vermişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2023-cü il tarixdən saat 12:30-dan hesablanmalı, Şəxs xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü tarixdə saat 12:00-dan xx.xx.2023-cü il tarixdə saat 10:30-dək Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıldığı 22 saat 30 dəqiqə müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2023-cü il tarixdə saat 14:00-da başa çatmış hesab edilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 15 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2023-cü il tarixdən saat 12:30-dan hesablansın. Şəxs xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü tarixdə saat 12:00-dan xx.xx.2023-cü il tarixdə saat 10:30-dək Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıldığı 22 saat 30 dəqiqə müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2023-cü il tarixdə saat 14:00-da başa çatmış hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1620/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1620/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver