Məhkəmə qərarları › İş №3(049)-1627/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1627/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1627/2023 17.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X16 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1, barəsində inzibati protokol tərtib edilmiş X7 iştirakı ilə, X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işə 17 noyabr 2023-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 12 oktyabr 2023-cü il tarixdə X13 barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə saat 14:30-da Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən avtoservisdə f/s F.Məmmədov keçirilən operativ vergi nəzarəti zamanı tərtib olunmuş aktın tam yazılmasına imkan verməyərək aktı cırmış və yoxlamanın keçirilməsinə şərait yaratmamış nəticədə Fuad Məmmədov tərəfindən İXMnin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 işin məhkəmə baxışı zamanı protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, nəzarət kassa aparatı yerində deyilsə onunla bağlı qərar qəbul olunur və həmin qərardan narazı qalan tərəf 30 gün ərzində şikayət verə bilrər. Fuad Məmmədova İXM-nin 602.4-cü maddəsi ona görə tətbiq olunub ki, o, nəzarət kassa aparatını yoxlanmasına şərait yaratmayıb. Onunla bağlı imtina aktı yazılıb vergi ödəyicisi tərəfindən həmin akt yarasız hala salınıb. Əməkdaşları humanistlik ediblər, 48 saat ərizində prokurorluğa şikayət edə bilkdikləri halda şikayət etməyiblər. Vergi ödəyicisi tərəfindən şərait yaradılmayıb. Şərait yaradılmamamağa görə barəsində inzibati protokol tərtib olunub. Məhkəmədən İXM-nin 602.4-cü maddəsi ilə tərtib olunmuş protokolun təmin olunmasını xahiş edir. Barəsində inzibati protokol tərtib edilmiş X13 məhkəməyə protokola qarşı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 6 saylı Ərazi Vergi Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tam əsasız və qanunuzdur. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 15-00da Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən özünə məxsus "Avtoservis"də olmadığı zaman ora 6 saylı Ərazi Vergi Baş İdarəsinin iki əməkdaşı daxil olmuşdur. Həmin vaxt onlar onun işçisi X3 özlərinə məxsus iki avtomaşının yağını pulsuz dəyişdirməsini xahiş etmişlər.Elnur Sadıqzadə vergi əməkdaşlarına pulsuz avtomaşının yağının dəyişdirilməsinə dair xahişlərinə cavab olaraq obyekin sahibi kimi onun orada olmadığını nəzərə alaraq, imtina etmişdir. Bundan sonra vergi əməkdaşları heç bir sənəd və qərar təqdim etmədən protokol tərtib etmişlər. Bundan sonra o, öz iş yerinə gəlmiş və vergi işçiləri ona heç bir söz demədən və ya sənəd tələb etmədən protokola imza etmişlər. Özü uşaqlıqdan ikinci qurup əlil olduğuna görə yazıb oxuya bilmir. Həmin protokolda nə yazıldığını soruşduqda vergi əməkdaşları ona onu cərimə etdiklərini bildirmişlər. Lakin bunun səbəbini izah etməmişlər. İXM-nin 600.2.4-cü maddəsinin tələbləri ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, güya vergi işçiləri ondan müvafiq sənəd tələb etmiş, lakin o, həmin sənədi təqdim etməmişdir. Əslində isə vergi işçiləri ondan hər hansı bir sənəd tələb etməmişlər. Necə ola bilər ki, vergi işçiləri ona məxsus "Avtoservis"ə xx.xx.2023-cü il tarixdə, saat 15-04-da gəlsin, lakin protokol 14-30 tərtib edilsin. Bu onu göstərir ki, vergi işləri öz səlahiyyətlərində sui-istifadə edərək onun barəsində qanunusuz protokol tərtib etmişlər. Vergi işçilərinin işlədiyi obyekdə saat neçədə gəlmələrini, iş yerində quraşdırılmış video görüntülərdə öz əksini tapmışdır. Həmin görüntülərdən vergi əməkdaşlarının hər hansı bir sənəd tələb etdikləri görünmür. Bundan əlavə video görüntüllərindən görünür ki, vergi əməkdaşları obyekdə daxil olduqları zamanı o, orada olmamış, yalnız protokol yazılan zaman iş yerinə qayıtmışdır. Həmin vaxt heç bir sənəd və izahat istəmədən protokola imza etməyini tələb etmişlər. O, yazıb oxumağı bilmədiyi üçün protokolu imzalamaqdan imtina etmişdir. Bu halların şahidləri X9 və X10 olmuşlar. Həmin şahidlərin məhkəmə prossesində dindirilməsi və video görüntülərə baxış keçirilməsi zəruridir. Video görütülərindən görünür ki, vergi işçiləri obyektə daxil olduqları zaman o, iş yerində olmamış və iş yerinə qayıtdıqda vergi əməkdaşları ondan hər hansı sənəd tələb etmədən protokol yazmışlar. Bu da vergi işçilərinin onunla qərəzli olmasını göstərir. Məhkəmədən məhkəmə prosessində şahidlərinin dindirilməsini, iş yerində olan video görüntülərinə baxış keçirilməsini və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X13 etirazda yazılanlara uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, əvvələr icarə əsasında işlətdiyi obyekdə vergi əməkdaşı Elçinin avtomaşınının yağını bir neçə dəfə pulsuz dəyişmiş, bunun müqabilində sonuncu onlara “dəyməmişdir”. Protokol tərtib olunan xx.xx.2023-cü il tarixdə, saat 14:30-da o, xəstə uşağının ardınca getmiş və bu səbəbdən də özünə məxsus “Avtoiservis”də olmamışdır. Həmin vaxt işçisi ona zəng vuraraq bildirmişdir ki, obyektə iki nəfər gəlib ondan avtomaşınlarının yağlarının pulsuz dəyişdirilməsini xahiş etmişlər. İşçisi onrara imtina etdikdə, onlar onun işçisinə bildirmişlər ki, onları ora Elçin göndərmiş və avtomaşınlarının yağını bahalı yağla dəyişməlidir. O, işçisinə bildirmişdir ki, həmin şəxslərin avtomaşınlarının yağını dəyişməsin. Bundan sonra, saat 15:04-də o, öz obyektinə qayıtmış, bu zaman bir şəxsin nəisə yazdığını görmüş, həmin şəxs yazını yazıb qurtardıqdan sonra ondan xahiş etmişdir ki, həmin yazını imzalasın. O, həmin şəxsdən yazdığını ona verməsini, onu oxutdurduqdan sonra imzalayacağını, onun özünün kim olmasını bildirdikdən sonra, ona heç bir məlumat verilmədiyini görüb həmin yazının imzalamaqdan imtina etmişdir. Suallara cavab olaraq isə bildirmişdir ki, həmin şəxslər işçisi Elnur Sadıqzadənin dediyinə görə obyektə saat 14:50 radələrində daxil olmuşlar və onun işçisinə hər-hansı bir sual verməmişlər. Obyektində nəzarət kassa aparatı olmayıb, onun gətirlməsi üçün sifariş vermiş, 16-17 günə gətiriləcəyinə söz vermişlər. Onlarda ümumiyyətlə 05 manata satılan yağ filtirləri yoxdur. Yağ filtirlərinin qiymətləri 08-18 manat arasındadır. Bütün bunları Elçin müəllim qurmuşdur. Çünki, əvvəllər icarədə olduğu zaman Elçin müəllimin avtomaşınının yağını pulsuz dəyişmişdir. Məhkəmə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və şahidləri dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 602.4-cü maddəsinin dispozisiyasından görünür ki, qeyd olunan maddə ilə inzibati məsuliyyət 1) sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, 2) yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, 3) təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya 4) sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə yaranır. Lakin məhkəməı iclasında X13 tərəfindən İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında göstərilmiş hər hansı bir halın pozulduğu aşkar olunmamışdır. Belə ki, həmin maddəsinin dispozisiyasının 1-3-cü bəndləri kimi qeyd edilmiş hissələrinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi göstərilmişdir. Məhkəmçə iclasında X13 tərəfindən təqdim olunmuş diskə baxış keçirilmiş, diskdəki video görüntülərdən görünür ki, vergi müfəttişləri obyekdə daxil olduqları zaman sahibkar X13 ümumiyyətlə yoxlama obyektdində olmamışdır. X13 obyektdində olmadığı halda sahibkar olaraq onun tərəfindən yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi mümkün deyildir. Buna görə də qeyd oluna dispozisiyanın 1-3 hissələri X11 şamil edilə bilməz. Dispozisiyanın 4-cü hissəsinə, yəni sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa gəldikdə, həmin videogörüntülərdən görünür ki, vergi müfəttişləri öz vəzifələrini təsdiqləyən vəsiqələrini, operativ vergi nəzarətini həyata keçirməsini təsdiqləyən sənədləri təqdim etmədən sərbəst olaraq “Avtoservis”ə daxil olmuş, daha sonra onlardan biri hansısa sənədi tərtib etmişdir. Göründüyü kimi, dispozisiyanın 4-cü hisssəsi də X11 şamil edilə bilməz. Bundan əlavə inzibati protokoldan görünür ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə, saat 14:30-da, yəni akt tam yazılmamış, cırıldıqdan sonra baş vermişdir. Məntiqə görə akt 14:30-dan əvvəl yazılmağa başlanmışdır. Lakin, diskdəki video görüntülərdən görünür ki, akt (və ya protokol) müfəttiş tərəfindən saat 14:30-dan əvvəl deyil, saat 15:04dən sonra yazılmağa başlanılmışdır. Bu hal da həmin aktın (protokolunun) qanun pozuntusu ilə tərtib olunduğunu təsdiqləyir. Bundan əlavə inzibati materiala əlavə edilmiş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin müfəttişləri X6 və X12 tərəfindən xx.xx.2023-cü ilk tarixdə tərtib edilmiş aktdan görünür ki, qeyd olunan akt fərdi sahibkar X7 iştirakı ilə tərtib edilmişdir. Lakin diskdəki video görüntülərdən görünür ki, qeyd olunan akt tərtib edilən zaman X13 ümumiyyətlə obyektdində olmamış, yalnız onun sonuna yaxın obyektinə qayıtmışdır. Daha sonra həmin aktda qeyd edilmişdir ki, “Avtoservis”də operativ vergi nəzarəti həyata keçirilmiş, alınmış 01 ədəd “Hundai” avtomobilinin yağ filtirinə görə ödənilmiş 05 AZN-ni müqabilində nəzarət kassa aparatında çek vurulmamış və verilməmişdir. Lakin, video görüntülərdən vergi müfəttişləri tərəfindən belə bir nəzarət alışı həyata keçirildiyi müəyyən olunmamışdır. Daha sonra həmin aktda qeyd edilmişdir ki, aşkar olunmuş qanun pozuntusunu sənədləşdirmək üçün F.Məmmədova Qərar və reyestrdən çıxarış təqdim olunmuş, F.Məmmədov Qərar, çıxarış və bildirişlə tanış olub imza etmişdir. Lakin, yuxarıda qeyd olunduğu kimi, vergi müfəttişləri öz vəzifələrini təsdiqləyən vəsiqələrini, operativ vergi nəzarətini həyata keçirməsini təsdiqləyən sənədləri təqdim etmədən sərbəst olaraq “Avtoservis”ə daxil olmuşlar. F.Məmmədova qeyd olunan Qərar və bildirişdəki imzaların özü tərəfindən xx.xx.2023-cü il tarix, saat 15:04-də sonra, obyektinə qayıtdıqdan sonra icra etdiyini bildirmişdir. Daha sonra həmin aktda qeyd edilmişdir ki, nağd pul hesablaşmalarının aparılması qaydasına riayət olunması vəziyyəti haqqılnda akt tərtib edilərkən qəfildən aktı tərtib edən yoxlayıcı Elçin Şahbazovun qarşısından yazılmaqda olan aktı cıraraq yaranan suallara şifahi və ya yazılı izahatlar verməməklə nəzarət tədbirlərini həyata keçirilməsinə şərait yaratmamışdır. Aktın bu hissəsində belə nəticə çıxarmaq olar ki, sahibkar F.Məmmədov nağd pul hesablaşmalarının aparılması qaydasına riayət etmədiyi üçün akt tərtib edilməyə başlanılmış və o, həmin aktı çırmışdır. Qeyd edilməlidir ki, inzibati materiala əlavə edilmiş KY231973428 saylı,xx.xx.2023-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, yoxlanılan trəsərrüfat- Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən avtomobillərə texniki xidmət obyekti, yoxlamanın predmeti isə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasıdır. Məhkəmə iclasında müfəttişlər bildirmişlər ki, onlar həmin yoxlama nəticəsində nəzarət kassa aparatından kənar satış aparıldığını müəyyən etmişlər. Məhkəmə hesab edir ki, məhz bu andan onların yoxlama funksiyaları başa çatmışdır. Çünki onların yoxlanışının məqsədi məhz əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması olmuşdur. Aktı cırmaq İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yaratmır. Ola bilər ki, bu əməl başqa bir inzibati məsuliyyət yaradır. Suallara şifahi və ya yazılı izahatlar verməməklə nəzarət tədbirlərini həyata keçirilməsinə şərait yaratmamasına gəldikdə, məhkəmə hesab edir ki, artıq nəzarət alışı həyata keçirtdikdən sonra nəzarət kassa aparatından kənar satış həyəta keçirildiyi bəlli olmuş, bununla bağlı izahatın verilib-verilməməsindən asılı olmayaraq nəzarət kassa aparatından kənar satışla bağlı vergi qanunvericiliyinin tələblərinin pozulduğu aşkar olunmuş, həmin izahatların verilməsinə zərurət qalmamışdır. Bundan əlavə də yuxarıda qeyd olundu ki, vergi müfəttişləri obyektə gəldikləri zaman fərdi sahibkar olan F.Məmmədov ümumiyyətlə həmin obyektdə olmamışdır. Fərdi sahibkar F.Məmmədovun vergi müfəttişlərinin onun obyektinə daxil olduqları zaman həmin obyektdə olmamasını məhkəmə iclasında dindirlmiş şahidlər də təsdiq etmişlər. Belə ki, şahid X9 göstərmişdir ki, fərdi sahibkar F.Məmmədovun “Avtoservis”ində usta işləyir. xx.xx.2023-cü il tarixdə, saat 15:00-15:05 radələrində iki nəfər şəxs obyektə daxil olaraq avtomobil yağlarına baxmışlar. Onlar bildirmişlər ki, avtomaşınlarının yağlarını dəyişərək “Shell” yağı ilə əvəz etməsini istəyirlər, xidmətin və yağların ödənişinin Elçin müəllimlik olduğunu bildirmişlər. O, onlarla razılaşmamış və onlardan biri Elçin müəllimə zəng edərək onların avtomaşınlarının yağlarını dəyişməkdən imtina etdiyini ona bildirmişlər. Bundan sonra gələnlərdən biri kağız çıxarıb yazı yazmağa başlamışdır. Ondan nə yazdığını soruşduqda, ona bildirmişlər ki, obyektin sahibi gələr, onda bilər nə yazmışlar. Təxminən onlar obyektdə 30 dəqiqə olmuşlar. Onun özündən başqa həmin gün obyektə Ramal da olmuşdur. Bundan sonra o, Fuad Məmmədova zəng vurmuş, 10-15 dəqiqədən sonra Fuad obyektə gəlmiş, bu zaman yazını yazan şəxs yazısını yazıb qurtarmış və Fuad gəldikdən sonra ona min manatdan beş min manatadək cərimə olunacağını bildirib yazını imzalamasını xahiş etmişdir. Fuad Məmmədov yazıb oxcuya bilmədiyi üçün onu imzalamaqdan imtina etmişdir. Bir müddətdən sonra obyektə Elçin müəllim gələrək onlara “iki ədəd yağ versəydiniz nə olardı?” deyərək gileylənmişdir. Əlavə olaraq bildirmişdir ki, gəlmiş şəxslər özlərini təqdim etməmiş və onlara hər hansı bior sənəd göstərməmiş, onlardan hər hansı bir yağ filtrini almamışlar. Məhkəmədə şahid X10 göstərmişdir ki, fərdi sahibkar F.Məmmədovun dostudur. xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Fuadın obyektində olduğu zaman iki nəfər şəxs obyektə daxil olub heç bir sənəd təqdim etmədən avtomoibil yağı istəmişlər. Onlardan biri isə avtomaqşının yağını pulsuz dəyişmək istədiyin bildirmiş, usta onunla razılaşmayandan sonra, həmin şəxs Elçin adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Onunla danışıb qurtardıqdan sonra ondan xahiş etmişlər ki, stolun üstünü təmizləsin. O da, stolun üstünü təmizlədikdən sonra, onlardan biri stolun arxasına keçib nəisə yazmağa başlamışdır. Elnur ondan nə yazdığını soruşduqda, cavab olaraq bildirmişdir ki, “Avtoservis”in rəhbəri gələndə bilərsiniz nə yazmışam. Bundan sonra Elnur Fuada zəng vurmuş, 15 dəqiqədən sonra Fuad obyektə gəlmiş və ona hansısa sənədə imza atdırmışlar. Dedilər ki cərimə olunacaqsan. Fuadla onlar arasında söz-söhbət olsa da, hər hansı bir sənədin cırıldığını görməmişdir. Yuxarıda qeyd olunmuş şahidlərdən fərli olaraq məhkəmə iclasında müfəttiş X6 göstərmişdir ki,xx.xx.2023-cü il tarixdə, saat 14:00-14:30 radələrində Fuad Məmmədovun obyektinə gələrək yağ filtiri almışlar. Lakin çek vurulmamışdır, çünki nəzarət kassa aparatı yox idi. Həmin vaxt obyektin sahibi orada olmasa da, başqa otaqda olmuşdur. Satıcıdan başqa orada daha bir nəfər olmuşdur. Fuad Məmmədovu reyestrlə tanış edib reyd keçirtdiklərini bnildirmişlər. Aktı tərtib etməyə başlayıb ona bildirmişlə rki, 1000 manat cərimə olunacaqdır. X21 əsəbləşçərək obyektin içərisində həmin aktı cırmışdır. Məhkəmə iclasında digər müfəttiş X12 da eyni məzmunda izahat verərək müfəttiş X2 göstərdiyini bir daha təsdiq etmişdir. Yalnız ondan fərqli olaraq həmin obyektə saat neçədə gəldiklərini xatırlamadığını bildirmişdir. Məhkəmə müfəttişlərin izahatlarını qeyri-səmimi hesab edir. Belə ki, məhkəmə iclasıda diskdəki video görüntülərdən aydın görünür ki, müfətiş tərəfindən yazı yazılmamışdan əvvəl, bir nəfər stolun üstünü təmizləyir. Bundan sonra müfətiş yazı yazmağa bağlamış və həmin vaxt Fuad Məmmədov orada olmamışdır. Sonradan ora Fuad Məmmədov gəlmiş və bundan sonra onun tərəfindən hər hansı bir sənədin cırıldığı müəyyən olunmamışdır. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 göstərmişdir ki, Fuad Məmmədova İXM-nin 602.4-cü maddəsi ona görə tətbiq olunub ki, o, nəzarət kassa aparatını yoxlanmasına şərait yaratmayıb. Məhkəmə iclasında müəyyən olundu ki, Fuad Məmmədovun obyektində ümumiyyətlə nəzarət kassa aparatı quraşdırılmamışdır. Belə olan halda olmayan aparatın yoxlanılmasına necə şərait yaradılmalıdır - başa düşülən deyildir. İş materiallarında olan vəsiqədən görünür ki, Fuad Məmmədov 2-ci qrup əlildir. İş materiallarında olan epikrizdən görünür ki, X8 doğulandan xəstədir, dəfələrlə həm ambulator, həm də stasionar müalicə alıb. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən X13 əməlində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin vəzifəli şəxsi tərəfindən X13 İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar