Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1632/2023 01.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyətli orqan – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra mətndə ƏMDX) nümayəndəsi Nümayəndə iştirakı ilə, ƏMDXnin Lənkəran Ərazi Şöbəsinin müdiri X3 inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023cü il tarixli, MN1438773 №-li qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin müdiri X3 inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023-cü il tarixli, MN1438773 №-li qərarı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X5 şikayət verərək, ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin müdiri X3 inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023-cü il tarixli, MN1438773 №-li qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 bildirmişdir ki, mübahisələndirilən qərar yuxarı inzibati orqan – ƏMDX-nin rəisi Mətin Eynullayev tərəfindən ləğv edildiyindən hazırki şikayətini geri götürür. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi X1 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X2 apellyasiya şikayəti təmin edilmiş, X2 İXM-nin 244.2-ci maddəsi üzrə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin müdiri vəzfəsini icra edən X3 inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023-cü il tarixli, MN1438773 №-li qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə olan sənədləri və X2 ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə hesab edir ki, İXM-də barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin şikayətini geri götürməsini və bunu nəticələrini tənzimləyən normalar müəyyən edilmədiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyi baxmından iş üzrə qanunun analogiyası tətbiq edilməli və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin oxşar prosessual hüquq münasibətlərini tənzimlənəyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə əsasən bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin müdiri X3 inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023-cü il tarixli, MN1438773 №-li qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X5 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilməli, X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4 və 391.11-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin müdiri X3 inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023-cü il tarixli, MN1438773 №-li qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X5 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1632/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1632/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver