Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1634/2023 25.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin MMX-nin xx.xx.2023-cü il tarixli, EQ 14188685 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayətlə müraciət edərək, DİN BDYPİ-nin X2 xx.xx.2023-cü il tarixində qəbul etdiyi EQ14188685 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi və ödədiyi 80 manat pulun ona qaytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus **-BB-*** dövlət nömrə nişanlı “VAZ 2106”3 markalı avtomaşınını həyat yoldaşı Kazımov Zakir idarə etmişdir. Bir il 5 aydır ki, yoldaşı yanlış olaraq vergi cinayətində təqsirli bilinərək onun barəsində 2022-ci ilin may ayında Binəqədi rayon məhkəməsinin qəran ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi hazırda Ali Məhkəmənin icraatındadır. **-BB-*** dövlət nömrə nişanlı “VAZ 21063” markalı avtomaşını o idarə edə bilmədiyindən, onu Ürgə kəndindəki məhəllədə şəhid bulağının yanındakı dükanın yan tərəfindən saxlayırlar. Ora yolun hərəkət hissəsi deyil. Lakin buna baxmayaraq, bu yaxınlarda onlara məlum olmuşdur ki, BDYPİ-nin X1 məxsus avtomaşını məhəllədə dükanın yanında hərəkətsiz vəziyyətdə dayanmasına baxmayaraq, etibarnamə ilə maşını idarə etmiş həyat yoldaşı X5 yanlış olaraq xx.xx.2023-cü il tarixində saat 11:53-də İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilərək 50 manat məblğində cərimə edilmə haqqında tənbeh növü tətbiq etmişdir. Baxmayaraq ki, həyat yoldaşı Zakir Kazımov yuxarıda qeyd etdiyi kimi, ötən ilin mayından həbsdədir. Vətəndaş həbsdə olduğu zaman onu avtomaşını texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati qaydada tənbeh etmək qanunsuzluqdur. Bu baxımdan bu qərar qanunsuz bir qərardır. Lakin buna baxmayaraq, bu barədə DYP əməkdaşına və digər vəzifəli şəxslərə şifahi şəkildə şikayətini bildirsə də, onlar əhəmiyyət verməmiş və onu məcbur etmişlər ki, 80 manat cəriməni ödəsin. O da əlacsız qalıb ödəmişdir. Buna görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, şikayət qanunla müəyyən edilmiş qaydada verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Hazırki şikayət ərizəsindən görünür ki, şikayətçi Mərziyə Kazımova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində qeyd olunan subyektlərin dairəsinə aid deyildir. Qeyd olunan hüquq normalarını qarşılıqlı şəkildə təhlil etməklə hazırki işə tətbiq etməklə məhkəmə hesab ki, şikayət ərizəsi ona dair hüququ olmayan şəxs tərəfindən verildiyindən şikayət geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin MMX-nin xx.xx.2023-cü il tarixli, EQ 14188685 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər Mərziyə Kazımovaya geri qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-1634/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1634/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver