Məhkəmə qərarları › İş №3(049)-1636/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1636/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1636/2023 26.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X10 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında X5 təhqir etməklə, uca səslə səs-küy salaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis kapitanı X14 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis kapitanı X14 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-yə dəvət edilmiş Şəxs şöbənin inzibati binasında istintaq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elman Quliyevin xidməti otağında saat 12 radələrində X5 təhqir etməklə, uca səslə səs-küy salaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, barəsində həmin tarixdə tutma protokolu, həmçinin tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, özünü təqsirli bilmir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran ŞRPŞ-nin müstəntiqi Aqşin Axundov, daha sonra istintaq bölməsinin rəisi Elman Quliyev mobil telefonla ona zəng edərək polis şöbəsinə çağırmışlar. O da çağırış üzrə həmin gün saat 12 radələrində polis şöbəsinə getmişdir. İstintaq bölməsinin rəisi Elman Quliyev onu xidməti otağına dəvət etmişdir. Elman Quliyevə ona X6 maşınla vurduğunu, X1, onu təhqir etdiyini dedikdə, Esmira Zəkizadə adlı şəxsi tanımadığını və sonuncunun heç vaxt söymədiyini bildirdikdə, E.Quliyev otağa Esmira Zəkizadə və onun qardaşı X6 dəvət etmiş, onlar otağa daxil olduqdan sonra Esmira Zəkizadə ucadan ona qışqıraraq nə üçün onun ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuş, o isə cavabında həmin qadını ümumiyyətlə tanımadığını və heç vaxt onu söymədiyini bildirsə də həmin qadın sakitləşməmiş, qışqırmağa, onu təhqir etməyə davam etmişdir. Bu zaman səs-küyə digər polis işçiləri otağa daxil olaraq Esmira Zəkizadəni sakitləşdirmək əvəzinə onu itələyərək çölə çıxarmışlar. Təqribən 6 saat ərzində onu şöbədə saxladıqdan sonra barəsində tutma protokolu tərtib etmişlər. X8 əvvəllər onun işlədiyi daş bazarında fəhlə işləmiş, iş yerindən oğurluq etdiyi üçün tərəfindən işdən kənarlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində işə gələrkən Seymur Zəkizadənin iş yerinin yaxınlığında olan maşınlara daxil olmasını görərək, onun maşınlardan oğurluq etməsini güman edərək onu həmin ərazidən uzaqlaşdırmış, S.Zəkizadə onu təhqir edərək qaçmış, daha sonra onun istifadəsinə olan “Mercedes-Benz” markalı avtomaşının qarşısına atmış, daha sonra qaçmışdır. O, S.Zəkizadəni qəsdən vurmamışdır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X12 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi vəzifəsində xidmət edir. Lənkəran rayon sakini X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı Lənkəran ŞRPŞ-də aparılan araşdırma zərurəti ilə əlaqədar onun tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs ŞRPŞ-yə dəvət edilmişdir. Şəxs İB-nin rəisi Elman Quliyevin qəbulunda olmuş, daha sonra onun xidməti otağına X8 və onun bacısı X9 dəvət edilmişdir. O özü isə öz xidməti otağında olmuşdur. Bir qədər sonra Elman Quliyevin xidməti otağından səs gəldiyi üçün otağa daxil olduqda Şəxs yüksək səslə Esmir Zəkizadə və onun qardaşı Seymur Zəkizadəni nalayiq küçə söyüşləri ilə təhqir etdiyinin şahidi olmuş, Elman Quliyevlə birlikdə Şəxs sakitləşdirməyə, onun nizamintizama dəvət etməyə çalışsalar da, Şəxs onların qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, bundan sonra şöbənin digər əməkdaşları səs-küyə otağa gələrək Şəxs sakitləşdirməyə çalışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18, X11 və X9 şahid X7 izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X2 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, 27/27 nömrəli arayışından görünür k, Lənkəran şəhəri, M.M.Axund küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Fərəcov X13 ŞRPŞ-nin Növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasında X8 və onun bacısı X4 ünvanına uca səslə nalayiq işlətməklə, polisin qanuni tələbinə qəsdən tabe olmamış, polisin xidməti iş ahənginin pozulmasına səbəb olmuş hərəkətlərə yol vermişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun tərəfindən etiraf edilməsə də, şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və o, məhkəmə iclas zalında dərhal tutmadan azad edilsin. Qərarın icrası Şəxs tutmadan azad edilməsi hissəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə, inzibati cərimə növündə tənbeh tədbirinin icrası hissəsində isə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar