Məhkəmə qərarları › İş №3(049)-1639/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1639/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1639/2023 26.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Lənkəran Vəkil bürosunun vəkili X3, zərəçəkmiş şəxsin nümayəndəsi, “Güvən” Vəkil bürosunun vəkili X5 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin baş icra məmuru X4 iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Lənkəran rayonu Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Həsənov X6 Rayon Məhkəməsinin 2(049)-1945/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, inzibati materialnan tanış olmuşdur və özünü təqsirli bilmir. Hazırda heç yerdə işləmir, yaşlı xəstə ata anasına baxıb onlara qulluq edir. Borcun hissə-hissə ödənilməsi barədə Lənkəran Rayon məhkəməsinə ərizə ilə müraciət etsə də, məhkəmə onun ərizəsini təmin etməmiş və o, təmin olunmamış qərardaddan şikayət verməmişdir. Barəsində bir dəfə 2022-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə 500 manat cərimə, 2023cü ilin aperel ayında isə 8 sutka həbs olunmuşdur. Daha sonra hazırki protokol tərtib edilib onu məhkəməyə gətiriblər. 08 sutkadan sonra ödəniş etmişdir. 26 sentyabr 2023-cü il tarixdə poçtla ödəniş etsə də tələbkar ödənişi qəbul etməmiş və o, həmin pulu geri götürmüşdür. Axrıncı dəfə 2023-cü ilin mart ayında ödəniş etmişdir. Xəstə və yaşlı ata anasına baxdığı üçün işləyə bilmir, maddi vəziyyəti çox ağırdır. Ona tələbkar tərəfindən mübahisə predmeti olan evi satmaq təklif olunub, lakin ev onun deyil bacısına məxsus olduğu üçün başqasının mülkini sata bilməz. Özünün evi yoxdur evsiz adamdır. Hər dəfə 50, 20 ,30, 40 manat imkanı olanda ödəniş etmişdir. 4 il ərzində imkanı çatdığı qədər ödənişlər etmişdir və ödəniş qəbzləri onda olsa da, qəbzlər hara qoyduğu yadında deyil. Hazırda ancaq atasının aldığı pul ilə dolanırlar. Özünün 2-ci qrup əlilliyi olub sonra ləğv olunub. Hər ay 100, 150 manat olmaqla ödəniş edə bilər. Məhkəmədən protokolun təmin olunmamasını və ona cəza verilməmisini xahiş edir. Tələbkarın nümayəndəsi, vəkil X5 izahatında bildirdi ki, borclu qərəzli olaraq icra sənədini icra etmir. Beləki, tərəflər razılaşmışlar ki, mübahisə predmeti olan ev yarı bölünməklə, borclu 6943 manat borcu tələbkara ödəyir. Lakin, 4 ildir ki, məhkəmə qətnaməsi çıxardılıb. Hər ay borclu100 manat pul ödəsəydi artıq borcu bağlamış olardı. Əvvəl borcun hissə hissə ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. Amma borclu bu şərti də pozmuşdur. Artıq tələbkar borcun hissə-hissə ödənilməsinə razı deyil. Buna görə də borclu son 01 il ərzində ikinci dəfə icra sənədini icra etmədiyinə görə 2 ay həbs tələb edir. Borclu 26 sentyabr 2023-cü il tarixdə 30 manat pulun ödənilməsi barədə qəbzi icraçılara təqdim etdikdən sonra, gedib həmin pulu geri çəkib götürmüşdür. Həmin puldan tələbkar imtina etməyib. Borclu qərəzli pulu ödəmir. Çünki borclu, tələbkarın dedyinə görə ona və qardaşlarına pulun adını tutacaqları təqdirdə onların başına “oyun açacağı ilə bağlı” hədəqorxular gəlirdi. 2023-cü ildə borcluya 8 sutka verildiyindən sonra, borclunun hədə qorxular kəsilmişdir. Tələbkarın məqsədi dövlət adından çıxarılan qətnamənin icra olunmamasıdır. Başqa qərəzi yoxdur. Tələbkar xanımın Lənkərana gəlməsi üçün maddi imkanı yoxdur. Əgər borclu 4 il ərzində gündə 5 manat olmaqla ödəniş etsəydi indi borcu bağlanmışdı. Məhkəmədən borclu borcu qərəzli ödəmədiyinə görə onun barəsəində 2 ay həbs seçilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Həsənov X6 Rayon Məhkəməsi tərəfindən verilən icra sənədini icra etməkdən qərəzli olaraq yayınmış və icra tələbini tam olaraq icra etməmişdir. O, borclu olduğu puldan 04 il ərzində cəmi 440 manat pul ödəmişdir. İnzibati tənbeh olan 500 manat cərimədən isə heç bir ödəniş etməmişdir. Qeyri rəsmi olaraq taksi fəaliyyəti ilə məşğuldur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1945/2019 saylı, xx.xx.2019cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 6918.50 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilib. İcraata başlamaq haqqında 23 dekabr 2019-cuil tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1945/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 3(049)-431/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs İXM-nin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-1076/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, borclu Şəxs İXM-nin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-305/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında görünür ki, Şəxs borcun hissə-hissə icra olunmasına dair ərizəsi təmin olunmamışdır. Portaldan çıxarışdan görünür ki, Şəxs inzibati cərimə olan 500 manat pulu dövlətin xeyrinə ödəməmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və tələbkarın nümayəndəsinin izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmiş və bununla da o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hal müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, 04 il ərzində qətnaməyə etinadsız, saymazyana yanaşaraq qərəzli olaraq icra etməməsini, inzibati təndeh növündə cərimə və həbs olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (gün) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 26 oktyabr 2023-ci il tarixdən saat 19:15-dən hesablansın. Həbsin sonu 25 noyabr 2023-cü il tarix, 19:15 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar