Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-164/2023 25.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə xx xxxxxxx 1983-cü ildə Lənkəran rayonu Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi 25 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən 07 dekabr 2021-ci ildə verilmiş 07 dekabr 2021-ci il tarixli 2(049)-1749/2021 nömrəli icra vərəqəsinə görə Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(049)-1479/2021 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü Şəxs və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları 08 aprel 2021-ci il tarixdən başlayaraq Şəxs hər ay 300 manat məbləğində aliment tutularaq X2 verilməlidir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs şöbəyə gəlməkdən və icra sənədinin icrasından yayındığından xx.xx.2023-cü il tarixdə onun şöbəyə məcburi gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. Bununla əlaqədar borcluya tələbi təmin etməsi üçün təkrarən vaxt verilmişdir. Keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş, nəticədə bu hal tələbkarın haqlı narazılığına səbəb olmuşdur. İcraat dövründə borclu tərəfindən məhkəmə qərarına əsasən tələbkarın xeyrinə 08 aprel 2021-ci il tarixdən ödənilməli olan hər aya görə 300 manat olmaqla 21 aylıq 6300 manat məbləğində aliment borcu yaranmışdır. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Həmçinin bildirmişdir ki, sözügedən məhkəmə qətnaməsi barədə bir il bundan əvvəl məlumatı olmuşdur, lakin hazıradək aliment borcuna dair tələbkara heç bir ödəniş etməmişdir, 24 yanvar 2023-cü il tarixdə polis tərəfindən Lənkəran rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu təqdirdə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində icra məmuru tərəfindən “borclunun axtarılması haqqında” qərar qəbul edilərək, qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbsinə həvalə edilmişdir və sözügedən qərar əsasında Şəxs xx.xx.2023-cü il tarixdə polis tərəfindən Lənkəran rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, aylıq alimentin miqdarı cəmi 300 manat təşkil etdiyi halda, bu gün üçün borc məbləği 6300 manat təşkil edir. Bu isə borclunun uzun müddət üzrə alimenti müvafiq məhkəmə aktı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini də təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Nurlla oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 25 yanvar 2023-cü il tarixindən saat 17:50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-164/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-164/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver