Məhkəmə qərarları › İş №3(049)-164/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-164/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-164/2024 16.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.50 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, inzibati xəta haqqında protokolu tərtib edən şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Bölməsinin sahə rəisi polis mayoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Lənkəran rayon,Port-İliş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Bölməsinin sahə rəisi polis mayoru X11 tərəfindən tərtib 16 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 16 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, 18:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Liman Polis şöbəsi əməkdaşları tərəfindən Lənkəran şəhər M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis şöbəsinə gətirilmiş və üzərindən 0.10 qram psixitrop maddə olan metamfetamin aşkar edilmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Bölməsinin sahə rəisi polis mayoru X11 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, 18:40 radələrində Lənkəran şəhər M.Ə. Rəsulzadə küçəsində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis şöbəsinə gətirilmiş və üzərindən 0.10 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 206-cı maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, evlidir, himayəsində bir nəfər on altı yaşlı uşağı var. İşləmir, altı ildir ki, narkotik maddələrindən qarışıq istifadə etmişdir. Revmatizma xəstəliyində əziyyət şəkdiyi üçün ağrılarına görə narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitə qəbul etmək istəmiş və tanımadığı şəxsdən 10 manata metamfetamin almışdır. xx.xx.2024-cü il tarixdə, 18 radələrində Lənkəranrayonu, Liman şəhər M.Ə.Rəsulzadə küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Liman PB- nə gətirilmiş və orada üzərinə müdafiəçinin iştirakı ilə baxış zamanı metamfetamin aşkar ediımişdir. Həmin metamfetamin Lənkəran şəhərində adını bilmədiyi şəxs tərəfindən özü qəbul etmək üçün 10 manat almışdır. 14 fevral 2024-cü il tarixdən hazırkı vaxtadək ŞRPŞ-də saxlanılır. Tutulan zaman, habelə məhkəməyədək ona qarşı fiziki, psixi zor tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, əməlini səmimi olaraq etiraf etməsini nəzərə alaraq barəsində yüngül inzibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis X12 Bölməsinin polis serjatı vəzifəsində işləyir. 14 02 2024-cü il tarixdə, saat 18 radələrində Məmmədov X4 şəhər M.Ə.Rəsulzadə küçəsində şübhəli şəxs qismində saxlanılaraq ŞRPŞ-nin PB –nə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə üzərinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Şəxs həmin metamfetamin tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 fevral 2024-cü il tarixdə, saat 18 radələrində Məmmədov X4 şəhər M.Ə.Rəsulzadə küçəsində şübhəli şəxs qismində saxlanılaraq ŞRPŞ-nin PB-yə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə üzərinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Şəxs həmin metamfetamin tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 18.40-da narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 14 fevral 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs üzərindən bir ədəd sellofan bükümdə 0.10 qram psixotrop maddə metamfetaminə bənzər maddə kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 15 fevral 2024-cü il tarixli, 19/141 nömrəli məhkəmə-bioloji ekspertizə rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülümüş 1 ədəd bükümdə təmiz çəkisi 0,109 qram olan ağ kristallardan ibarət maddə hazırlanmış metamfetamin. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 15 fevral 2024-cü il tarixli məcburi narkoloji tibbi yoxlamanın 142 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 15 fevral 2024-ci il tarixli 3-17-1/2-35396/2024 nömrəli məktubundan görünür ki, Şəxs heç bir pensiya və müavinət almır. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitələrin istifadəçisi olmaqla üzərində qanunsuz olaraq istehlak miqdarında satış məqsədi olmadan psixotrop maddə metamfetamin daşımışdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə ekspert rəyləri, istintaq protokolları və digər sənədlərlə tam sübuta yetirilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, Şəxs narkotik vasaitə istifadəçisi olmasını, narkomaniyadan əziyyət çəkməsini və bu halların onun özünün izahatı və məhkəmə ekspert rəyləri ilə təsdiq edilməsini nəzərə alaraq hesab edir ki, şəxs yalnız inzibati həbs tətbiq edilməklə islah oluna və qanunlara hörmət ruhunda davranış göstərə bilər. Məhkəmə, Şəxs həbs etmə müddəti ilə bağlı qeyd edir ki, iş materiallarından aydın olur ki, Şəxs azadlığı faktiki olaraq 14 fevral 2023-cü il tarixdən, saat 18.40-dan məhdudlaşdırılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 fevral 2024-cü il tarixli, məcburi narkoloji tibbi yoxlamanın 142 saylı rəyini nəzərə alaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İXM-nin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 fevral 2024-cü il tarix, saat 18.40-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar