Məhkəmə qərarları › İş №3(049)-1640/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1640/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1640/2023 27.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonu, Viyən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonunun, Viyən kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ünvan 3qust 2017-ci il tarixli icra sənədi üzrə tələbin icrasından yayınmaqla 60971.09 manat borcu tələbkara ödəmədiyinə görə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 27 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 17 ildən çoxdur ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. ünvan 3qust 2017-ci il tarixli icra sənədindən, həmin icra sənədi üzrə icraata başlanmasından məlumatı olmamışdır. Məhkəmə onun iştirakı və məlumatı olmadan qətnamə çıxarmışdır. Axtarışda olmasından Bakı şəhərində xəbər tutmuş, dərhal Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, yalnız bundan sonra icra vərəqəsindən məlumatı olmuşdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, ünvan 3qust 2017-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X3 müştərək qaydada ümumilikdə 60941,09 manat pul alınaraq "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmənin qiyabi qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra qurumunda xx.xx.2017-ci il tarixdə icraata başlanılmış, borclunun olduğu yer məlum olmadığından barəsində axtarış qərarı qəbul edilmişdir. Borcluya icraata başlamaq haqqında qərar, həmçinin tələbin könüllü icrası barədə bildiriş təqdim edilməmişdir. Ona göndərilmiş poçt zərfi, Bakı şəhərində yaşaması qeydi ilə geri qayıtmışdır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: ünvan 3qust 2017-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X3 müştərək qaydada ümumilikdə 60941,09 manat pul alınaraq "xxxx" QSC-yə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, ünvan 3qust 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4577/17 saylı, 03 avqust 2017-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Lənkəran ŞİHB-nin Viyən KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əzizov X2 rayonunun, Viyən kəndində qeydiyyatda olsa da Bakı şəhərində yaşayır. Borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Lənkəran rayonunun, Viyən kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi üçün borclu tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsi halları mövcud olmalıdır. Lakin hazırki işin hallarından görünür ki, Şəxs icra sənədi üzrə ödənilməli məbləğdən məlumatı olmadığı üçün ödəyə bilməmişdir. Bu hal da onu deməyə əsas verir ki, Şəxs İmanveri oğlunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı mövcud deyil, nəticə etibarı ilə onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar