Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1647/2023 01.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – ünvan 1 ünvanında yerləşən Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru X2 FHN-nin X6 Xidməti Cənub regional X6 İdarəsinin rəisi Mircavad Seyidovun xx.xx.2023-cü il tarixli saylı qərarının ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Lənkəran rayon FHN-nin X6 Xidməti Cənub regional X6 İdarəsinin rəisi Mircavad Seyidovun xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 350 manat məbləğində cərimə tətbiq edilmişdir. X5 həmin qərardan şikayəti vermişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanun normasının məzmunundan göründüyü kimi bu kateqoriyadan olan işlər üzrə şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Lakin şikayətçinin mübahisələndirdiyi qərarı rəsmən aldığı günü təsdiqləyən hər hansı bir sənəd şikayətə əlavə edilməsə də, şikayətçi özü qərarın surətinin icra olunmaq üçün onlara göndərildiyini və ona Lənkəran şəhər Mədəniyyət Mərkəzində baxıldığını göstərmişdir. Nəzərə alınsa ki, həmin qərarın qəbul edildiyi anadan 03 ay keçib, hesab edirəm ki, şikayətçi qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürmüşdür. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə şərh olunmuşdur ki, “cinayət- prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublikası İXM-in 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci mədəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Lənkəran rayon FHN-nin X6 Xidməti Cənub regional X6 İdarəsinin rəisi Mircavad Seyidovun xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarından şikayət vermə müddəti ötürüldüyündən şikayət geri qaytarılmalı və şikayətçiyə buraxılmış müddətin bərpası ilə bağlı vəsatət vermək huququnun olması izah olunmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası İXM-nin 63-65, 137.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən Lənkəran rayon FHN-nin X6 Xidməti Cənub regional X6 İdarəsinin rəisi Mircavad Seyidovun xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarından verilmiş şikayət geri qaytarılsın. Ona, qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası ilə bağlı vəsatət vermək huququnun olması izah olunsun. Qərardadın 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-1647/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1647/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver