Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-165/2024 06.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X24, şikayət vermiş şəxsin müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə, protokol tərtib etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Qida X3 –X20 idxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi X13 iştirakı ilə, X14 Azərbaycan Respublikası Qida X3 –X20 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X22 Azərbaycan Respublikası Qida X3 –X20 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, X4 rayonu, Aşağı Nüvədi qəsəbəsində fəaliyyət göstərən "xxxx" MMC-nin qanuni təmsilçisidir. Sözügedən MMC xx.xx.2022-ci il tarixdə tərəfindən təsis edilib. Lənkəran rayonu, Girdəni və Ürgə kəndi ərazisində 63ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cəmiyyətin mülkiyyətindədir. Həmin torpaq sahələrində sitrus bağlarının salınması nəzərdə tutulmuşdur. Qeyd olunan lahiyənin təşkili ilə əlaqədar olaraq Türkiyə Respublikasında fəaliyyət göstərən “Seral 1 X35 X28 İthalat Ticaret Limited Şirketi” İlə xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır (gömrük qeydiyyat kodu:230901868, tarix: xx.xx.2023). xx.xx.2023-cü il tarixdə Fitosanitar Nəzarəti haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.12 və 14-cü maddələrinin tələblərinə əsasən X21 və Mühafizəsi Konvensiyasına uyğun olaraq nümunəvi forma əsasında hazırlanmış və təsdiq olunmuş bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd olan EC/TR A ******* saylı fitosanitar sertifikatı, malın məşəə ölkəsini təsdiq edən Z ******* saylı sertifikat, CMR və **********9138 saylı YGB_əsasında cəmiyyətə yeni müasir tipli intensiv sitrus meyvə bağının salınması ilə əlaqədar olaraq cəmiyyətə 3000 ədəd, dəyəri 6250 ABŞ dolları məbləğində (10625 manat) portağal tingləri (care care) idxal edilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-22-1/2-ə841-16-788/2023 saylı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin arayışından da görünür ki, sözügedən tinglərin idxal icazəsi məqsədəmüvafiq hesab edilmişdir və həmin arayış AQTA-ya təqdim edilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2023cü il tarixli, İD********** saylı AQTA tərəfindən idxal olunan əkin-səpin materiallarına və digər qruplara aid olan fitosanitar məhsullara verilən idxal karantin icazəsi və xx.xx.2023cü il tarixli **********9138 saylı gömrük bəyannaməsindən görünür ki, sortu-care-care, partiyanın miqdarı(netto) 20000 kq, partiyanın miqdarı (brutto) 21500kq, qablaşdırmanın növü-tüb, qablaşdırmanın sayı-3000 ədəd, istifadənin təyinatı-əkin-səpin, kodu ******* olan məhsul portağal tinginin idxalına həmin sənəddə göstərilən şərtlərə uyğun idxalına icazə verilmişdir. Sözügedən tinglərin rəsmiləşdirilməsi başa çatan kimi Lənkəran-X23 məlumat verilmiş və aidiyyatı qeydlər elektron bazada qeydə alınmışdır. Lənkəran- X20 əməkdaşı xx.xx.2023-cü il tarixdə tinglər boşaldılarkən tələb olunan sayda idxal olunan tingdən nümunə götürmüş (qərar olmalı, təqdim edilməli,) və tinglərin əkilməməsi barədə hər hansı yazılı və ya şifahi göstəriş verməmişdir. Şamxal adında əməkdaş ona bir neçə ağ kağıza imza etdirməklə çıxıb getmişdir. Kağızları imzalayan vaxt səbəbini soruşduqda o, bildirdi ki, burada şərait olmadığına görə imzaladır və idarədə həmin sənədləri tamamlayıb labaratoriyaya təqdim edəcək. 14 gün keçəndən sonra (ekspertiza sabahısı olmalı idi) yəni xx.xx.2023-cü il tarixində regional bölmənin əməkdaşı onu idarəyə dəvət etmiş və o, idarəyə gedəndən sonra ona bildirmişdir ki, bəs laboratoriyanın cavabında müəyyən olunmuşdur ki, idxal olunan tinglərin tərkibində “citrus tristeza virusu”, tylenchorhync hus claytoni steiner (cırtdanboyluluq nematodu), xiphinema sp.cobb (nizəşəkilli nematod dişi fərd virusu aşkar edilib. Yəni dediyindən şifahi olaraq başa düşmüşdür ki, gələcəkdə bununla bağlı tədbir görüləcək və ağaclar məhv edilməli və ya geri qaytarılmalıdır. O, əməkdaşa laboratoriyanın cavabı gələnə kimi tingləri əkməməyi barədə göstəriş olunmadığını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, artıq həmin tinglər əkilib, kifayət qədər xərc çəkmişdir. İdarədən çıxanda əməkdaşa demişdir ki, o, təzədən özəl ekspertiza vasitəsilə tinglərdən nümunə götüdürüb müayinə keçirdər, əgər həqiqətən də dediyi virus aşkar olunsa onda qərarı mütləq şəkildə icra edəcəkdir. Azərbaycan Respublikasının Qida X6 Astara Regional bölməsi ona xx.xx.2023-cü il tarixli məktubunu göndərərək qeyd etmişdir ki, X11 aparılmış virusoloji ekspertizalara dair xx.xx.2023-cü il tarixli AZ- 23060090/LAB-0323006-T-006 nömrəli sınaq protokoluna əsasən məhsulda karantin tətbiq edilən “citrus tristeza virusu”, tylenchorhync hus claytoni steiner (cırtdanboyluluq nematodu), xiphinema sp.cobb (nizəşəkilli nematod dişi fərd) aşkar edilmiş və həmin bitkilər təhlükəli mallar olduğundan gömrük ərazisinin hüdüdlarından kənara çıxarılmalı və məhv edilməlidir. Bununla bağlı İD **********-009 nömrəli, xx.xx.2023-cü il tarixli “təhlükəli malların (məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərarını da icra edilməsi üçün məktuba qoşma olaraq göndərmişdir. Halbuki, şikayətə əlavə etdiyi Gazel Fidancilik şirkətinin satış üzrə məsul şəxsi Gazel Mizrakli tərəfindən verilmiş atestasyon virususu/GMO-dan azad (bitkinin virusdan azadolunmasını təsdiq edən sənəd) barədə sənəddən də görünür ki, bütün ağaclar virussuz və geni deyişdirilməmiş halda 2023-2024-cü il mövsümü üçün Mriya MMC-yə çatdırılmışdır. Həmin qərarın nəticə hissəsi 4 bənddən ibarət olmaqla əlavə olaraq 2 qeyd hissəsindən ibarətdir. Həmin qərarın bəndlərinə qısaca olaraq nəzər saldıqda 1. Qərar qanuni qüvvəsini aldığı tarixdən 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. 2.Qərarın 1-ci bəndi icra edilmədiyi təqdirdə məhsul 10 gün ərzində məhv edilməlidir. 3.qərar barədə idxalatçıya və gömrük orqanına məlumat verilir. 4. Qərar tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən qüvvəyə minir. Qərarın 1-ci bəndinə münasibətdə bildirmək istəyir ki, qərar ona xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırılıb və deməli qərar da xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Qərar qanuni qüvvəsini aldığı tarixdən 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalı idi, yəni xx.xx.2023-cü il tarixinə kimi. Həmin məhsullar da yuxarıda qeyd etdiyim kimi əkildiyindən qərarın 1-ci bəndinin icra edilməsi artıq mümükün olmamışdır. Qərarın 2-ci bəndinə münasibətdə bildirmək istəyir ki, xx.xx.2023-cü il tarixinə kimi 1-ci bəndin mənasına görə məhsul ölkə hüdudlarından kənara çıxarılmalı idi, kənara çıxarılmadığı üçün artıq qərarın 2-ci bəndi nəticə etibarilə işə düşür və 10 gün ərzində məhsullar məhv edilməlidir. Demək ki, xx.xx.2023-cü il tarixə kimi məhsulları məhv etməyə görə ona vaxt verilməli idi. Lakin, nədənsə onun hüquqları kobud şəkildə pozulmaqla həmin müddətlərə riayət etmədən AQTA-nın Lənkəran -Astara RB-nin böyük məsləhətçisi X19 onun barəsində İD **********- 009 nömrəli, xx.xx.2023-cü il tarixli “təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərarı icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edərək onun guya İXM-nin 544.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlmişdir. Bununla da qərarın 1 və 2-ci bəndlərində qərara alınan göstərişlərin icra olunması üçün nəzərədə tutulan müddətə riayət etməmişlər. Yəni, 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalı (xx.xx.2023-cü il tarixə kimi icra olunma müddətim var idi lakin, sözügedən protokol xx.xx.2023-cü il tarixdə tərtib olunub.), məhsul kənara çıxarılmadıqda isə 10 gün ərzində məhv edilməli idi. xx.xx.2023-cü il tarixə kimi məhsul kənara çıxarılmayıb və bununla da xx.xx.2023xx.xx.2023-cü il tarixlərində olan müddət aralığında məhsulun məhv edilmə müddətidir. Lakin, həm məhsulun ölkədən kənara çıxarılma müddəti, həm də məhsulun məhv olunma müddətinə riayət olunmadan (xx.xx.2023-cü ilə kimi ölkədən çıxarılma müddəti, xx.xx.2023-cü il tarixə kimi isə məhv olma müddəti) xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuş, hələ bu azmış kimi üstəlik həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* saylı qərar çıxarılmaqla İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat cərimə təyin edilmişdir. Sözügedən qərar qəbul ediləndə də (xx.xx.2023-cü il) xx.xx.2023-cü il tarixli qərarın 2-ci bəndində göstərilən 10 günlük müddətə riayət edilməmişdir. Bir sözlə, xx.xx.2023-cü ilə kimi ölkədən çıxarılma, xx.xx.2023-cü ilə kimi məhv etmə hüququm pozulmaqla həmin tarixlərdən də qabaq yəni, xx.xx.2023-cü il tarixdə artıq barəsində qərar qəbul edilmişdir. İnzibati xəta olmaya-olmaya artıq protokol və qərar tərtib olunmuşdur. O, “təhlükəli malların (məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərar barədə şifahi olaraq məlumat aldıqdan sonra xx.xx.2023-cü il tarixdə X31 İnkişaf Mərkəzinə və Azərbaycan Meyvəçilik və çayçılıq elmi Tədqiqat İnstituna məktubla müraciət edərək idxal olunaraq əkilmiş tinglərdə hər hansı virusların olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsi və müvafiq rəyin təqdim edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə o, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə və Lənkəran X23 şikayət ərizəsi ilə müraciət edərək yuxarıda sadalanan halları qısaca olaraq həmin şikayətdə qeyd etmişdir. Əlavə olaraq laboratoriyanın verdiyi cavaba etirazını bildirərək nümunələrin təzədən akkreditasiyadan keçmiş laboratoriyalara göndərildiyini və cavablar bəlli olana kimi inzibati tənbehlərin dayandırılmasını xahiş etmişdir. Hətta sonda qeyd olaraq əgər həmin cavablarda virusun aşkar olacağaı təqdirdə bütün tinglərin çıxarılaraq məhv edəcəyimə zəmanət vermişdir. Çünki əmin idi ki, həmin tinglərdə heç bir virus yoxdur. AQTA-nın Lənkəran-Astara Regional bölməsi barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokola əsasən İXMnin 544.2-ci maddəsinə görə inzibati xətaya baxılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 10:00-da iclas keçiriləcək və həmin iclasa gəlməyinin zəruriliyi bildirilir. Lakin, həmin bildiriş iclasın baş tutacağı tarixdən sonra gəlmişdir. Şikayətə əlavə etdiyi X34 MMC-nin 33 nömrəli, xx.xx.2023-cü il tarixli sınaq protokolu bir daha təsdiq edir ki, xx.xx.2023-cü il tarixdə laboratoriyaya təqdim edilmiş ting nümunələrinin sınağı xx.xx.2023-cü il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Sınağın nəticələrinə görə heç bir nümunədə cıtrus tristeza virusu və zərərli patogen aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə və Lənkəran X23 müraciət edərək X34 MMC-nin 33 nömrəli, xx.xx.2023-cü il tarixli sınaq protokolu ilə sınağın nəticələrinə görə heç bir nümunədə CİTRUS tristeza virusu və zərərli patogen aşkar edilmədiyini bildirərək təkrar nümunələr götürülməklə (bütün xərclərin cəmiyyət tərəfindən çəkiləcəyini də qeyd etmişik) ona köməklik göstərməklərini xahiş etmişdir. Lakin bu müraciətlərin heç biri cavablandırılmamış və və onlara münasibət bildirilməmişdir. Şkayətə əlavə etdiyi xx.xx.2023-cü il tarixli T.R. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatrı Nazirliyi, X12 X26 X29 X7 təhlil hesabatının diaqnozundan da görünür ki, təqdim olunan care-care sortu olan portağal tingində sitruz tristeza virusu və digər viruslar aşkar edilməyib. Məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyir ki, AQTA-nın X1 sınaq protokoluna etiraz bildirsə də buna heç bir münasibət bildirilməmişdir. Lənkəran rayon Məhkəməsinin 3(049)-1703/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Qida X3 -X20 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Qida X3 -X23 göndərilmişdir. Əlavə araşdırılmanın aparılması üçün iş yenidən Agentliyə göndərilsə də heç bir əlavə araşdırılma aparılmamış, ona sadəcə bildiriş göndərilərək əlavə araşdırılmanın aparılması üçün dəvət edilmişdir. Səlahiyyətli nümayəndə və vəkil Nümayəndə iclasda iştirak etmiş və şikayətdə qeyd olunan nöqsanları agentliyin direktorunun diqqətinə çatdırsa da, əlavə araşdırma istiqamətində heç bir tədbir görülməmişdir. Formal olaraq yenidən hazırda şikayət verdiyi qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iş yenidən araşdırmaya göndərilsə də, iş üzrə heç bir araşdırma aparılmadan, hər hansı tədbir görülmədən formal olaraq yenidən qərar qəbul edilmişdir. Şikayətdə qeyd edilənləri təsdiq edərək Azərbaycan Respublikası Qida X3 –X20 xx.xx.2024-cü il tarixli MN 001200 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X19 şikayətə yazılı şəkildə etiraz edərək Azərbaycan Respublikası Qida X3 –X20 xx.xx.2024-cü il tarixli MN 001200 saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan İD **********-009 nömrəli, xx.xx.2023-cü il tarixli “təhlükəli malların (məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərarınndan görünür ki, Mirya MMC tərəfindən Türkiyə Respublikasından idxal olunmuş “gazel Mizrakl” şirkətinin istehsalı olan ümumi çəkisi 20000 kq (3000 ədəd) olan portağal tingi (care care sortu məhsulu partiyası) qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. Qərarın 1-ci bəndi icra edilmədiyi təqdirdə məhsul 10 gün ərzində məhv edilməlidir. qərar barədə idxalatçıya və gömrük orqanına məlumat verilir. Qərar tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən qüvvəyə minir. İş materiallarına əlavə edilmiş poçt göndərişinə dair qəbzdən görünür ki, İD **********- 009 nömrəli, xx.xx.2023-cü il tarixli qərar X17 xx.xx.2023-cü il tarixdə çatdırılmışdır və bununla da qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan qərarın mahiyyəti açıqlayan şərtlərinə görə qərar qüvvəyə mindiyi gündən 10 gün müddətdində həmin mallar ölkə hüdudlarından çıxarılmalı, bu olmadığı təqdirdə 10 gün ərzində məhv edilməlidir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Məhkəməsinin 3(049)-1703/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Qida X3 -X20 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Qida X3 -X23 göndərilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-46/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Lənkəran -X20 20 oktaybr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-22-1/2-ə841-16-788/2023 saylı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin arayışından görünür ki, sözügedən tinglərin idxal icazəsi məqsədəmüvafiq hesab edilmişdir və həmin arayış AQTA-ya təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İD********** saylı AQTA tərəfindən idxal olunan əkin-səpin materiallarına və digər qruplara aid olan fitosanitar məhsullara verilən idxal karantin icazəsi və xx.xx.2023-cü il tarixli **********9138 saylı gömrük bəyannaməsindən görünür ki, sortu-care-care, partiyanın miqdarı(netto) 20000 kq, partiyanın miqdarı (brutto) 21500kq, qablaşdırmanın növü-tüb, qablaşdırmanın sayı-3000 ədəd, istifadənin təyinatı-əkin-səpin, kodu ******* olan məhsul portağal tinginin idxalına həmin sənəddə göstərilən şərtlərə uyğun idxalına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X6 Astara Regional bölməsi ona xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X11 aparılmış virusoloji ekspertizalara dair xx.xx.2023-cü il tarixli AZ- 23060090/LAB-0323006-T-006 nömrəli sınaq protokoluna əsasən məhsulda karantin tətbiq edilən “citrus tristeza virusu”, tylenchorhync hus claytoni steiner (cırtdanboyluluq nematodu), xiphinema sp.cobb (nizəşəkilli nematod dişi fərd) aşkar edilmiş və həmin bitkilər təhlükəli mallar olduğundan gömrük ərazisinin hüdüdlarından kənara çıxarılmalı və məhv edilməlidir. İş materiallarında olan Gazel Fidancilik şirkətinin satış üzrə məsul şəxsi Gazel Mizrakli tərəfindən verilmiş atestasyon virususu/GMO-dan azad (bitkinin virusdan azadolunmasını təsdiq edən sənəd) barədə sənəddən görünür ki, bütün ağaclar virussuz və geni deyişdirilməmiş halda 2023-2024-cü il mövsümü üçün Mriya MMC-yə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, İD **********-009 nömrəli, xx.xx.2023-cü il tarixli “təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərarı icra etmədiyinə görə şikayətçi barəsində tərtib edərək İXM-nin 544.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* saylı qərardan görünür ki, X22 İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat cərimə təyin edilmişdir. İş materiallarında olan X34 MMC-nin 33 nömrəli, xx.xx.2023-cü il tarixli sınaq protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə laboratoriyaya təqdim edilmiş ting nümunələrinin sınağı xx.xx.2023-cü il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Sınağın nəticələrinə görə heç bir nümunədə cıtrus tristeza virusu və zərərli patogen aşkar edilməmişdir. İş materiallarında olan məktubdan görünür ki, X22 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə və Lənkəran X23 müraciət edərək X34 MMC-nin 33 nömrəli, xx.xx.2023-cü il tarixli sınaq protokolu ilə sınağın nəticələrinə görə heç bir nümunədə CİTRUS tristeza virusu və zərərli patogen aşkar edilmədiyini bildirərək təkrar nümunələr götürülməklə (bütün xərclərin cəmiyyət tərəfindən çəkiləcəyini də qeyd etmişik) ona köməklik göstərməklərini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli T.R. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatrı Nazirliyi, X12 X26 X29 X7 təhlil hesabatının diaqnozundan görünür ki, təqdim olunan care-care sortu olan portağal tingində sitruz tristeza virusu və digər viruslar aşkar edilməyib. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* saylı qərardan görünür ki, X22 İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat cərimə təyin edilmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, habelə apellyasiya məhkəməsinin mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Qida X3 –X20 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun X1 xx.xx.2023-cü il tarixli sınaq protokoluna əsasən "xxxx" MMC-yə məxsus portağal məhsuldan götürülümüş nümünədə Karantin tətbiq edilən “citrus tristeza” virusu aşkar edilməsinə dair nəticəsi yuxarıda göstərilən digər rəsmi sənədlərlə (X16 Təsərrufatı və Meşə Təsərrüfat Nazirliyi Toxum Qeydiyyat və X9 Sertifikatı, X34 MMC-nin xx.xx.2023-cü il tarixli, 33 nömrəli sinaq protokolları, X29 X7 xx.xx.2023-cü il tarixli təhlil hesabatı) şübhə altında düşür və həmin şübhələrin aradan qaldırılması üçün Agentliyin Lənkəran-Asatara regional bölməsi tərəfindən tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, əksinə "xxxx" MMCnin qanuni təmsilçisinin əkilmiş portağal tinglərindən təkrar nümunələr götürüb (bütün əlavə xərcləri ödəməyi öhdələrinə götürməklə) müayinə edilməsinə köməklik göstərməsi Agentliyin X2 səlahiyyətli şəxsindən xahiş edilməsinə baxmayaraq, "xxxx" MMC-yə müsbət cavab verilməmiş, bununla da səlahiyyətli şəxs qəbul etdiyi qərarı şübhə altına almışdır. Göründüyü kimi, hazırki inzibati xəta haqqında iş üzrə əldə edilmiş sübutlarla "xxxx" MMC-nin təqsirli bilinməsində əsaslı şübhələr vardır və bu şübhələr qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-nin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8ci maddəsində göstərilmişdir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, protokol tərtib edən orqanın məhkəməyə təqdim etdiyi sübutlar mötəbərlik baxımıından şikayətçi tərəfindən təqdim edilmiş sübutlarla müqayisə edildikdə şikayətçinin sübutları daha mötəbərli və çoxluq təşkil etdiyi nəzərə alımalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Qida Təhlükəsizliyi X8 Laboratoriyası Azərbaycan Respublikası X10 tərkibində fəaliyyət göstərməsi, həmin Laboratoriyanın xx.xx.2023- cü il tarixli AZ-230600090/LAB 0323006- T006 nömrəli sınaq protokolunun mübahisələndirilməsinə və portağal tinglərindən yenidən nümunələr götürülüb müayinəyə təqdim edilməsinə dair "xxxx" MMC-nin müracətinə əhəmiyyət verilmədən Agentliyin X5 vəzifəli şəxsi tərəfindən "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin və İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törtməsində təqsirliliyini təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyil, iş materiallarında olan ziddiyyətli və şübhəli sübutlar isə "xxxx" MMC-nin xeyrinə həll olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Qida X3 –X20 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən "xxxx" MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-165/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-165/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver