Məhkəmə qərarları › İş №3(049)-1652/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1652/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1652/2023 15.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin icraatına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin İXM-İn 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati materialı nəzərdən keçirib hesab edir ki, "xxxx" MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolda törədilməsi göstərilən inzibati xəta hadisəsinin Suraxanı rayonunda baş verdiyindən aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, yuxarıda qeyd olunmuş inzibati xəta haqqında protokolda hüquqi şəxsin ünvanı ünvan 1C 47190.00 ABŞ dolları məbləğində vəsaiti 04 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 47190.00 ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 05 oktyabr 2023-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Lakin inzibati materialda "xxxx" MMC hüquqi ünvanının ünvan 2 göndərişlərinin izlənməsindən də məlum olur ki, “Çatdırma cəhdi uğursuz olub”. Məhkəmə "xxxx" MMC-nin satıcı “X3 İnş.Teks.San.İç. Ve Dış,Tic.LTD.ŞTİ” ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 1009/21 saylı müqavilədən müəyyən etmişdir ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 3i, Lənkəran Rayon Məhkəməsi hazırki inzibati xəta haqqında işə baxmaqda səlahiyyətli məkhəmə deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən iş məhkəmənin icraatına götürərkən məhkəmə Bankın göstərdiyi "xxxx" MMC-nin faktiki ünvanına istinad etmişdir. Lakin məhkəmə bildirşi həmin ünvana çatdırılmadıqdan sonra, məlum olmuşdur ki, "xxxx" MMC-nin hüquqi ünvanı Suraxanı rayonundadır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Bank protokolda xətanın 05 oktyabr 2023-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədildiyini göstərmişdir. Bu ünvan isə ünvan 5asən İnzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar