Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1654/2023 03.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.50 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X10, inzibati xəta haqqında protokolu tərtib edən şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin əməliyyat müvəkkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Sabirabad rayonu, Muğan Gəncəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Muğan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 şöbəsinin əməliyyat müvəkkili X5 tərəfindən tərtib 03 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 03 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, 21:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 şöbəsi əməkdaşları tərəfindən Salyan rayonu, Noxudlu kəndində saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 şöbəsinə gətirilmiş və üzərindən 0.083 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin əməliyyat müvəkkili X5 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, 21:00 radələrində Salyan rayonu, Noxudlu kəndində saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 şöbəsinə gətirilmiş və üzərindən 0.083 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 206-cı maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, evlidir, himayəsində üç azyaşlı uşağı var. Ağartı məhsulları satmaqla dolanışığını təmin edir. Bir müddətdir narkotik maddə olan heroini qəbul etmiş, lakin sonradan atmış, hazırda həkim resepti ilə dərman qəbul edir. Lakin sonuncu dəfə narkotik vasitə heroin qəbul etmək istəmiş və tanımadığı şəxsdən heroin almışdır. xx.xx.2023-cü il tarixdə, 21 radələrində Salyan rayonu, Noxudlu kəndinə yerləşən körpünün yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq CBRPŞ-ə gətirilmiş və orada üzərinə müdafiəçinin iştirakı ilə baxış zamanı heroin aşkar ediımişdir. Həmin heroini Salyan şəhərində yerləşən heyvan bazarında adənı bilmədiyi şəxs tərəfindən özü qəbül etmək üçün 25 manat almışdır. 31 oktyabr 2023-cü il tarixdən hazırkı vaxtadək CBRŞ-də saxlanılır. Tutulan zaman, habeklə məhkəməyədək ona qarşı fiziki, psixi zor tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, əməlini səmimi olaraq etiraf etməsini nəzərə alaraq barəsində yüngül inzibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Şəxs Salyan rayonu, Noxudlu kəndində şübhəli şəxs qismində saxlanılaraq CBRŞ-yə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə üzərinə baxış zamanı heroin aşkar edilmişdir. Şəxs həmin heroini tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Şəxs Salyan rayonu, Noxudlu kəndində şübhəli şəxs qismində saxlanılaraq CBRŞ-yə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə üzərinə baxış zamanı heroin aşkar edilmişdir. Şəxs həmin heroini tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Daha sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22.30-da narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 31 oktyabr 2023cü il tarixli Şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs üzərindən bir ədəd sellofan bükümdə 0.06 qram narkotik vasitə heroinə bənzər kütlə aşakr edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin X4 01 noyabr 2023-ci il tarixli, 19/970 nömrəli məhkəmə-bioloji ekspertizə rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülümüş kütlə 0.083 qram olan maddə tiryəkdən üsulla hazırlanmış heroindir. Tədqiqata 0.03 qram sərf edilmiş, qalıq 0.53 qram qalmışdır. Tədqiqatın dəyəri 60 manatdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 01 noyabr 2023cü il tarixli qərardan görünür ki, Şəxs tutulmadan azad edilmiş və şübhəli şəxs qismində prosessual statusuna xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 01 noyabr 2023cü il tarixli məcburi narkoloji tibbi yoxlamanın 1003 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 02 noyabr 2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün CRPŞ-ə göndərilmişdir. İş üzrə ekspertiza tədqiqatəndan sonra qalıq qalmış 0.053 qram heroin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitələrin istifadəçisi olmaqla üzərində qanunsuz olaraq istehlak miqdarında satış məqsədi olmadan narkotik vasitə heroin daşımışdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə ekspert rəyləri, istintaq protokolları və digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə, Şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının şəxsi axtarış zamanı 0.06 qram, məhkəmə ekspert rəyində isə 0.083 qram olmasını nəzərə alaraq hesab edir ki, bu sahədə ekspert rəyi daha dəqiq və xüsusi bilik vasitəsi ilə əldə edildiyini nəzərə alaraq hesab edir ki, narkotik vasitənin miqdarı məhkəmə kimyəvi ekspertiza rəyində göstərildiyi kimi 0.083 qram qəbul edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, Şəxs narkotik vasaitə istifadəçisi olmasını, narkomaniyadan əziyyət çəkməsini və bu halların onun özünün izahatı və məhkəmə ekspert rəyləri ilə təsdiq edilməsini nəzərə alaraq hesab edir ki, şəxs yalnız inzibati həbs tətbiq edilməklə islah oluna və qanunlara hörmət ruhunda davranış göstərə bilər. Məhkəmə, Şəxs həbs etmə müddəti ilə baölı qeyd edir ki, iş materiallarından aydın olur ki, Şəxs azadlığı faktiki olaraq 31 oktyabr 2023-cü il tarixdən, saat 21.00-dan məhdudlaşdırılmışdır. İş materiallarına Şəxs 01 noyabr 2023-cü il tarixdə, saat 17.00-da qəbul edilmiş qərarla azad edilməsi barədə qərar əlavə ediləsə də, məhkəmə araşdırması zamanı Şəxs faktiki olaraq azad edilməsi ilə bağlı sənəd aşkar edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, Şəxs 31 oktyabr 2023-cü il tarix, saat 21.00-dan hazırkı tarixədək tutulduğu müddət onun ümumi inzibati həbs müddətinə daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 noyabr 2023-cü il tarixli məcburi narkoloji tibbi yoxlamanın 1003-ci il tarixli rəyini nəzərə alaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 0.053 qram olan narkotik vasitə olan heroin məhv edilməlidir. İXM-nin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs 31 oktyabr 2023-cü il tarix, saat 21.00-dan hazırkı vaxtadək tutulduğu 3 (üç) gün müddət ümumi müddətə daxil edilməklə üzərində 12 (on iki gün müddətində inzibati həbs növündə tənbeh tədbiri saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 03 noyabr 2023-cü il saat 14:50-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan və tədqiqatdan sonra qalıq çəkisi 0.053 qram olan narkotik vasitə olan heroin məhv edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1654/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1654/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver