Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1657/2023 16.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Şəxs MMCnin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Türkiyə Respublikası vətəndaşı X7 idarə etdiyi “Mercedes Benz” markalı “33ACA203/33ANL170” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “AZ/167/23” saylı CMR-ə və “FT4/167” nömrəli İnvoysa əsasən İtaliya Respublikası Bolonya şəhərində yerləşən “X8 Vivai” şirkətindən Azərbaycan Respublikası Lənkəran rayonu, Şağlaser kəndində yerləşən hüquqi şəxs Şəxs şirkətinin ünvanına “çiyələk və ya bağ çiyələyi ştilləri yükü gətirərkən xx.xx.2023-cü il tarixdə, saat təqribən 22 radələrində Balakən Gömrük idarəsi “Mazımqara” gömrük postunda yükə dair müşaiyət sənədlərinin Gömrük xidmətinin “VAİS” Proqram Təminatında qeydiyyatı aparılarkən, həmin yükə dair qısa idxal bəyannaməsi təqdim edilmədiyinə görə Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Söbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən Şəxs MMC-nin barəsində 31 oktyabr 2023-cü il tarixli, 00400-00343/23 №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 təmsil etdiyi hüquqi şəxsin inzibati xəta törtdiyini etiraf etmiş və əməlinə görə məsuliyyət daşıdığını, həmçinin hüquqpozmanın zərərli nəticələrini aradan qaldırmağa hazır olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” proqramı təminatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Miran-19 şirkətinin ünvanına Türkiyə Respublikası vətəndaşı X7 idarə etdiyi “Mersedes Benz” markalı 33ACA203/33ANL170 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gətirilmiş çiyələk və ya bağ çiyələyi ştilləri yükünə dair, sözügedən yük xx.xx.2023-cü il tarixdə Balakən Gömrük idarəsi “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olunanadək, qısa idxal bəyənnaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə, saat təqribən 22 radələrində A33ACA203/33ANL170 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətərilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İXM-nin 485.2-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qeyd olunan inzibati xətanın törətməsində təqsiri, Şəxs MMC-nin nümayəndəsinin etirafı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 485.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozsiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakimi Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-1657/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1657/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver