Məhkəmə qərarları › İş №3(049)-1658/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1658/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1658/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X7 nümayəndəsi və vəkili Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil və Azərbaycan Respublikası Qida X2 regional bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Qida X2 regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X10 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Qida X2 regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4.000 (dörd min) manat miqdarında cərimə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X10 həmin qərardan şikayət verib. Şikayətdə Azərbaycan Respublikasının X6 X8 rəisi vəzifəsini müvəqqəti icra edən X5 qəbul etdiyi xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv etməklə iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın nəticə hissəsi 4 bənddən ibarət olmaqla əlavə olaraq 2 qeyd hissəsindən ibarətdir. Həmin qərarın 1-ci bəndinə əsasən, qərar qanuni qüvvəsini aldığı tarixdən 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalıdır. Qərarın 1-ci bəndi icra edilmədiyi təqdirdə məhsul 10 gün ərzində məhv edilməlidir. Qərar barədə idxalatçıya və gömrük orqanına məlumat verilir. Qərar tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən qüvvəyə minir. Qərar ərizəçiyə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırılıb və deməli xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Qərar qanuni qüvvəsini aldığı tarixdən 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalı idi, yəni xx.xx.2023-cü il tarixinə kimi həmin məhsullar da yuxarıda qeyd etdiyi kimi əkildiyindən qərarın 1-ci bəndinin icra edilməsi artıq mümükün olmamışdır. Qərarın 2-ci bəndinə münasibətdə bildirir ki, xx.xx.2023-cü il tarixinə kimi 1-ci bəndin mənasına görə məhsul ölkə hüdudlarından kənara çıxarılmalı idi, kənara çıxarılmadığı üçün artıq qərarın 2-ci bəndi nəticə etibarilə işə düşür və 10 gün ərzində məhsullar məhv edilməlidir. Demək ki, xx.xx.2023-cü il tarixə kimi məhsulları məhv etməyə görə ona vaxt verilməli idi. Lakin, nədənsə onun hüquqlarım kobud şəkildə pozulmaqla həmin müddətlərə riayət etmədən AQTA-nm Lənkəran -Astara RB-nin böyük məsləhətçisi Nümayəndə onun barəsində İD **********-007 nömrəli, xx.xx.2023-cü il tarixli “təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə qərar icra etmədiyinə görə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edərək onun guya İXM-nin 544.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlmişdir. Bununla da qərarın 1 və 2-ci bəndlərində qərara alınan göstərişlərin icra olunması üçün nəzərədə tutulan müddətə riayət etməmişlər. Yəni, 10 gün ərzində məhsul Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmalı (xx.xx.2023-cü il tarixə kimi icra olunma müddətim var idi lakin, sözügedən protokol artqı xx.xx.2023-cü il tarixdə tərtib olunub.), məhsul kənara çıxarılmadıqda isə 10 gün ərizndə məhv edilməli idi ( xx.xx.2023-cü il tarixə kimi məhsul məhv edilməyib və bununla da xx.xx.2023-cü il tarixlərində olan müddət aralığında məhsulun məhv edilmə müddətidir. Lakin, xx.xx.2023-cü il tarixdə həm məhsulun ölkədən kənara çıxarılma müddəti, həm də məhsulun məhv olunma müddətinə riayət olunmadan xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuş, hələ bu azmış kimi üstəlik həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* saylı qərar çıxarılmaqla İXM- nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək barəmdə 4000 manat cərimə təyin edilmişdir. Sözügedən qərar qəbul ediləndə də (xx.xx.2023-cü il) xx.xx.2023-cü il tarixli qərarın 2-ci bəndində göstərilən 10 günlük müddətə riayət edilməmişdir. Şikayətə əlavə etdiyi xx.xx.2023-cü il tarixli Kənd təsərrüfati və meşə təsərrüfatri nazirliyi, kənd təsərrüfati araşdirmalari və siyasətlər müdirliyi adana bioloji mübarizə araşdirma institutu MÜDİRLİYİNİN təhlil hesabatının diaqnozundan da görünür ki, təqdim olunan care-care sortu olan portağal tingində sitruz tristeza virusu aşkar edilməyib. Məhsul nümunəsi götürülərkən bu barədə qərar qəbul edilməmiş, qərar ona təqdim edilməmiş və həmin qərarla tanış olmamışdır. Hansı laboratoriyada həmin nümunələr qiymətləndirilib o da sual altındadır. Həmin maddənin tələblərindən görünür ki, bitki nümunələri 48 saatdan gec olmayan müddətdə tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya və ya digər təşkilata çatdırılmalı idi. MMC-dən nümunələr xx.xx.2023-cü il tarixdə götürülüb, lakin xx.xx.2023cü il tarixdə isə sınağın cavabı verilib. Belə qənaətə gəlmək olar ki, ya nümunə laboratoriyaya gec çatdırılıb ya da ki, nümunələrin cavabı gec verilib. Hər bir halda hər iki variantdan biri olsa əminliklə demək olar ki, qanunun müddətlə bağlı tələblərinə riayət edilməmişdir. Karantin tətbiq edilən zərərli orqanizmlər üzrə rəy 2-3 gün ərzində, canlı bitki materialları üzrə isə (tinglər, qələmlər, çiçək soğanaqları, kök yumruları və s.) material alınan günün sonrakı günündən gec olmayaraq verilməlidir. Lakin, sözügedən ekspertizanın aparılması nə az, nə çox düz 14 gün müddət vaxt tələb etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X7 nümayəndəsi və vəkili Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil məhkəmə baxışı zamanı şikayəti müdafiə edərək, təqdim edilən şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Qida X2 regional bölməsinin nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı bildirmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən 08 sentyabr 2023-cü il tarixdə Türkiyə Respublikasından portağal tingi idxal etmək üçün (X11 alınması üçün) AQTA-nın Lənkəran regional bölməsinə İD********** nömrəli müraciət daxil olmuşdur. Müraciətlər AQTİS (X1 İnformasiya Sistemi) sistemi vasitəsilə elektron şəkildə qəbul edilir. Müraciət qanunvericiliyə uyğun icraata götürülmüş və məhsulların ölkəmizə idxalına icazə sənədi verilmişdir. Məhsullar ölkəmizə idxal edildikdən sonrarisk meyarına uyğun müfəttişlər tərəfindən nümunələr götürülərək laboratoriyaya təqdim edilmişdir. Lakin, məhsulların sınaq analizinin nəticələri uyğunsuz çıxmışdır. Azərbaycan Respublikası Qida X3 Fitosanitar Laboratoriyasının xx.xx.2023-cü il tarixli, AZ- 23060090/LAB03-23005-T-005 nömrəli sınaq protokoluna əsasən İD********** nörəli müraciət əsasəın Mriya MMC tərəfindən Türkiyə Respublikasından idxal edilmiş 3000 ədəd portağal tingi məhsulu partiyasında karantin tətbiq edilən Fitopatogen viruslar qrupuna məxsus Citrus tresteza virus aşkar edilmişdir. Aşkarlanmış Sitrus tresteza virusunun daha geniş ərazilərə yayılmasının qarşısının alınması məqsədilə sirayətlənmiş məhsul partiyasının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə mütəxəssis rəyi verilmiş və AQTA-nın Lənkəran-Astara regional bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, İD**********-007 nömrəli “Təhlükəli malların(məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasə və ya məhv edilməsi” barədə Qərar qəbul edilmişdir. Məktub, qərar və sınaq protokolu xx.xx.2023-cü il tarixdə Mriya MMC-nin qanuni təmsilçisi X9 təhvil verilmişdir. Mriya MMC-nin qanuni təmsilçisi X10 xx.xx.2023-cü il tarixli izahatında məhsulların Lənkəran rayonu Girdəni kəndində yerləşən əkin sahələrində əkildiyini bildirmişdir. AQTA-nın Lənkəran-Astara regional bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, İD**********-007 nömrəli “Təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə Qərarı "xxxx" MMC-nin vəzifəli şəxsi X10 tərəfindən icra edilməsiyi üçün İXM-nin 544.2-ci məddəsinə əsasən xx.xx.2023-ci il tarixli MN № ******* ömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və Lənkəran-Astara regional bölməsinin xx.xx.2023-ci il tarixli MN №0005000 nömrəli qərarına əsasən 4000 manat şərti olaraq cərimə edilmişdir. İnzibati tədbirlər görülərkən qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Belə ki, məhkəmə tərəflərin izahatına və iş materiallarına əsasən, şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, işin məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, AQTA-nın Lənkəran-Astara regional bölməsi tərəfindən xx.xx.2023cü il tarixli, İD**********-007 nömrəli “Təhlükəli malların(məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə Qərarı xx.xx.2023-cü il tarxidə deyil, şirkətin qanuni təmsilçisi X9 xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İnzibati xəta haqqında protokol qərarın rəsmi qaydada təhvil verilməsindən 14 gün sonra yəni xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir (məktuba imza etməklə qəbul etmişdir). İdxalçının qanuni təmsilçisi xx.xx.2023-cü il tarixdə izahat verərək məhsulların əkildiyini bildirmişdir(məhkəməyə ünvanlanmış şikayət məktubunda etiraf edirlər). Nümunə götürülərkən sınaq nəticələri məlum olanadək məhsulların toxunulmazlığının təmin olunacağına dair iltizam verilməsinə baxmayaraq məhsullar əkilmişdir. Sahibkar qərarı icra etmək istəsəydi, elə qərarı təhvil aldığı ilk gündən 10 gün ərzində qərarın birinci bəndində qeyd edilən xüsusata əsasən tinglərin gömrük ərazisinin hüdudlarınndan kənara çıxarılması barədə tədbir görməli idi. Onun tingləri əkməsi və bu barədə xx.xx.2023-cü il tarixindəki izahatında Agentliyə bildirməsi qərarın birinci bəndini icra etməməsi kimi kimi qiymətləndirilir. Qərarın 1-ci bəndinin(gömrük hüdularından kənara çıxarma) icrası üçün verilmiş vaxt tamam olduqda sahibkar Agentliyə ərizə ilə müraciət etməli, məhsulların gömrük ərazisinin hüdudlarından çıxarmasının mümkün olmamasını əsaslandırılmış faktlarla bildirməli və məhsulların məhv edilməsinə köməklik göstərilməsini xahiş etməl idi.Lakin, sahibkar bu müraciətlərin heç birini etməmişdir.Həmçinin qərarın nəticə hissəsində məhsuların 10 gün ərzində gömrük ərasisinin hüdudlarından çıxarılması, bu mümkün olmadıqda isə 10 gün ərizində məhv edilməsi qeyd edilib.Yəni hər bir prosesin aparılması üçün ayrılıqda 10 gün müddət müəyyən olunmayıb.Məhsulların viruslu olduğunu və həşaratlar vasitəsilə ətraf mühiti sirayətləndirmə riskini nəzərə alaraq yük partiysı üzərində fitosanitar tədbirlər qısa zaman aralığında yerinə yetirilməlidir. Özəl laboratoriyada sınaqların aparlması barədə: Mriya MMC-nin qanuni təmsilçisi X7 xx.xx.2023-cü il tarixli izahatında məhsulların əkildiyi bildirilmişdir. Nəticə etibarilə məhsulların toxunulmazlığı təmin olunmamışdır. Toxunulmazlığı təmin olunmamış məhsullardan nümunələrin götürülməsi qannvericilikdə (Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı) nəzərdə tutulmamışdır və bu nümunələrin sınaqlarının aparılması haqqında protokolun hüquqi qüvvəsi yoxdur. Məhsulların sertifikatlarla müşaiyət olunması və virusdan azad olunması barədə: Qanunvericiliyə əsasən məhsullar idxal olunarkən Azərbaycan Respublikasının tələblərinə uyğun olaraq sertifikatlarla müşaiyət olunmalıdır. Lakin bu məhsulların virusdan azad olunmasına əsas vermir. İdxal olunan zaman idxalçı ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq məhsullardan nümunə götürülür və sınaq nəticəsi uyğun olduğu təqdirdə ticarət dövriyyəsinə buraxılmasına icazə verlir. Sınaq analizinin nəticəsinin gec təqdim edilməsi barədə: Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarının 21 –ci maddəsinə əsasən, çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların ekspertizaya verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır. Sınaq protokolundan göründüyü kimi məhsul yüksək risk qrupuna aid əkin-səpin materialıdır, aparılan analizlər virusoloji analizlər qrupuna aiddir, yəni çətin və uzunmüddətli tədqiqatlar qrupuna aiddir. Qanunvericilikdə virusoloji analizlərin 1 ay müddətə qədər aparıla biləcəyi qeyd olunsada Agentlik bu analizlərin cavablarını mütəxəssis rəyi ilə birlikdə 14 günə vermişdir. Həmçinin portağal tingi məhsullarının tez xarabolan məhsullar qrupuna aid olmamasını nəzərə alaraq sahibkar qanunvericiliyin tələblərinə əməl etməli, ölkənin fitosanitar vəziyyətini (virusun ölkə üçün nə qədər fitosanitar riskə malik olduğunu) və gələcəkdəki ixrac potensialını nəzərə alaraq məhsulların sınaq analizinin nəticələri bəlli olanədək toxunulmazlığını təmin etməli idi. Sahibkar bu məhsulların sınaq nəticələri məlum olanadək toxunulmazlığının təmin olunacağına dair iltizam da vermişdir. Tresteza virusunun adı Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarında qeyd olunmuşdur və Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətib edilən zərərli orqanizmlərin A 1-yüksək riskli qrupuna aiddir. Qərarda virus, viroidlər bölməsində Tresteza virusunun adı qeyd olunub. Bu baxımdan sınaq analizinin nəticəsinin 14 gün müddətinə təqdim edilməsi qanuna müvafiq olmuşdur. Tinglərin əkilməməsi ilə bağlı hər hansı bir xəbərdarlıq edilməməsi və sınaq götürülməsi barədə qərar qəbul edilməməsi barədə: Nümunə götürülən zaman "xxxx" MMC-nin qanuni təmsilçisi X10 tərəfindən məhsulların sınaq analizinin nəticələri məlum olanadək toxunulmaması barədə iltizam verilmişdir. İş materiallarına əlavə edilmiş iltizamdan görünür ki, sınaq analizinin nəticələri məlum olanadək portağal tinglərinin anbarda saxlancda saxlanması barədə iltizam tərtib edilmiş, X10 qeyd edilənlər barədə xəbərdar olduğu və bu barədə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti öz üzərinəgötürdüyü barədə həmin iltizama imza etmişdir. Həmçini sınaq protokollarının götürülməsi zamanı Agentlik əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Bu barədə qərarın qəbul edilməsi ilə əlaqadar qanunvericilikdə müvafiq tələb nəzərdə tutulmamışdır. Qanunsuz yoxlama aparılması barədə: AQTA əməkdaşları nəzarət tədbiri olan idxal prosesi zamanı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal edilmiş 3000 ədəd portağal tingi məhsullarından nümunə götürmək üçün Lənkəran rayonu Girdəni kəndində yerləşən anbara baxış keçirmişlər. Baxış keçirmək üçün isə hüquqi əsas sahibkar tərəfindən Türkiyə Respublikasından portağal tingi idxal etmək üçün xx.xx.2023-cü il tarixdə Agentliyə daxil olmuş İD********** nömrəli müraciət ərizəsidir. Fitosanitar Nəzarəti haqqında ARQ-nun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fitosanitar nəzarətini (dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə) X6 həyata keçirir. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarının 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı və ekspertiza Azərbaycan Respublikası X4 regional bölmələri (bundan sonra – regional bölmə) tərəfindən həyata keçirilir.

3. Fitosanitar karantin baxışı aşağıdakı məqsədlərlə aparılır: 3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması; 3.2. ölkəyə gətirilmiş və ya ölkədən aparılması nəzərdə tutulan zaman karantin nəzarətində olan materialların karantin tətbiq edilən zərərli orqanizmlərin və nizamlanan qeyri-karantin zərərli orqanizmlərin aşkar edilməsi; 3.3. karantin tətbiq edilən zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;

4. Ölkəyə gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı üç müxtəlif üsulla yerinə yetirilir: 4.1. yükü müşayiət edən sənədlərin yoxlanılması; 4.2. yükün etibarlılığının və bütövlüyünün yoxlanılması; 4.3. karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunun və digər fitosanitar tələblərə riayət olunmasının vizual və karantin nəzarətində olan materialların zərərli orqanizmlərlə sirayətlənməsi mövcud olduğu müəyyən edildiyi halda ətraflı yoxlamadan keçirilməsi. Sənədlərin həqiqiliyinin yoxlanılması zamanı bitkilərin tipinin və ya bitkiçilik məhsullarının və ya onların növünün alınmış və ya verilməyə hazırlanan fitosanitar sertifikata uyğunluğu müəyyən edilir. Sənədlərin bütövlüyünün yoxlanılması zamanı alınmış və ya verilməyə hazırlanan sertifikatda göstərilmiş yükün miqdarının və statusunun tələblərə nə dərəcədə uyğunluğu müəyyən edilir.

9. Ölkəyə gətirilmiş karantin nəzarətində olan materialların ətraflı fitosanitar karantin baxışı respublika daxilində təyinat məntəqələrində, bitki mənşəli məhsulları emal edən müəssisələrin, ticarət təşkilatlarının anbarlarında və digər saxlanma yerlərində yerinə yetirilir.

10. Fitosanitar karantin baxışı zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti yük sahibinin üzərinə düşür.

18. Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və onların müayinəsi Azərbaycan Respublikasının X6 tərəfindən hazırlanmış təlimat əsasında həyata keçirilir.

19. Fitosanitar karantin baxışı zamanı götürülən bitki mənşəli və digər karantin nəzarətində olan materialların nümunələri ekspertizandan keçirilir.

20. Ekspertizaya aşağıdakılar daxildir: 20.1. bitkilərin karantin zərərvericilərini, xəstəlik törədicilərini və təhlükəli alaq otlarını aşkar etmək məqsədilə - entomoloji, fitopatoloji, virusoloji, bakterioloji, fitohelmintoloji və herboloji təhlillərin aparılması; 20.2. aşkar edilmiş zərərli orqanizmlərin hansı növə aid olduğunun təyin edilməsi; 20.3. təyin edilmiş obyektlərin mümkün olan (potensial) təhlükəsi və onlara qarşı karantin tədbirləri haqqında laboratoriya mütəxəssislərinin rəyi.

21. Karantin tətbiq edilən zərərli orqanizmlər üzrə rəy 2-3 gün ərzində, canlı bitki materialları üzrə isə (tinglər, qələmlər, çiçək soğanaqları, kök yumruları və s.) material alınan günün sonrakı günündən gec olmayaraq verilməlidir. Çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların ekspertizaya verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır.

25. Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materialların ekspertiza hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına aparılır.

26. Hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X6 haqqında Əsasnamənin 3.0.11- 2-ci yarımbəndinə əsasən fitosanitar nəzarətində olan karantin obyektlərində və bitki karantini nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkarlayaraq materialları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki, bitkiçilik məhsulları, pestisidlər, bioloji preparatlar, aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin götürülməsi, saxlanması, zərərsizləşdirilməsi, təkrar emal və ya məhv edilməsi üçün müvafiq tədbirlər görmək; 3.0.19-cu yarımbəndinə əsasən qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək; 3.0.33-16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasına gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq; Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2 maddəsinin məzmununda qeyd edilmişdir ki, “İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir”. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlinin Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Qida X2 regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Azərbaycan Respublikası Qida X2 regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin qanuni təmsilçisi X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X2 regional bölməsinin vəzifəli şəxsinin xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar