Məhkəmə qərarları › İş №3(049)-166/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-166/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-166/2023 07.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin əməkdaşı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx olan Şəxs barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2023-cü il tarixdə, saat 10:01-də Lənkəran şəhəri, Nizami küçəsi ərazisində reyd keçirilən zaman Şəxs idarə etdiyi “Toyota Corolla” markalı ** HK *** dövlət qeydiyyat nömrəli avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olması aşkar edilmiş, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin əməkdaşları tərəfindən saxlanılarkən onun qanunvericiliklə müəyyən olunmuş sənədləri (fərqlənmə nişanını) təqdim etməməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin əməkdaşı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Lənkəran rayonu ərazisində avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün sürücü tərəfindən aylıq ödəniş edilməklə fərqlənmə nişanı əldə olunmalıdır. Bundan əlavə, hər ay sosial sığorta haqqı və tibbi müayinə haqqı ödənilməlidir. Şəxs həmin qaydalara riayət etmədən və fərqlənmə nişanı olmadan sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Nizami küçəsi ərazisində reyd keçirilən zaman onun idarə etdiyi avtomobillə bu növ fəaliyyətlə məşğul olması aşkar edilmişdir. Şəxs qanunvericiliklə müəyyən olunmuş sənədləri (fərqlənmə nişanını) təqdim etməsi tələb olunmuş, lakin o, həmin sənədi təqdim edə bilməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol yazılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, idarə etdiyi “Toyota Corolla” markalı ** HK *** dövlət qeydiyyat nişanlı minik avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Son vaxtlar iş az olduğundan fərqlənmə nişanı götürməmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Nizami küçəsi ərazisində avtomobil idarə edərkən Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq sənədlərini (fərqlənmə nişanı) təqdim etməsi tələb edilmişdir. Lakin, o, müvafiq sənəd təqdim edə bilməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tədqiq edilmiş digər sübutlar -iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildiriş və fotoşəkillə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:01-də Lənkəran şəhəri, Nizami küçəsi ərazisində idarə etdiyi “Toyota Corolla” markalı ** HK *** dövlət qeydiyyat nömrəli avtomobillə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuş, lakin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 idarəsinin əməkdaşları tərəfindən saxlanılarkən o, bu növ fəaliyyətlə məşğul olmaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədləri (fərqlənmə nişanını) təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi inzibati xəta törətmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan 50 manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib 50 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar