Məhkəmə qərarları › İş №3(049)-1660/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1660/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1660/2023 07.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Şəxs haqqında Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialı Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Şəxs haqqında Lənkəran şəhər-rayon Polis Şöbəsinin İTB-nin Liman polis bölməsinin polis sahə rəisi Fəxri Qasımov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin material məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Göyşaban kəndində vətəndaş Şəxs məxsus BM-16 markalı, 16 kalibrli, qoşa lüləli, 75556 nömrəli ov tüfəngi tərəfimdən aşkar olunaraq götürülmüşdür”. Hazırki işin materiallarından müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin izahatı alınmamış, protokol və sənədlərdə BM-16 markalı, 16 kalibrli, qoşa lüləli, 75556 nömrəli silah kimi qeyd olunan ov tüfənginə dair müvafiq orqandan həmin silaha dair qeyd olunan xüsusiyyətləri özündə əks etdirən müvafiq sənəd, həmçinin, həmin ov tüfənginə dair hər hansı şəxsin müvafiq icazə sənədinin olub-olmamasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarı ilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda qeyd edilən sübutlar əsasında baxmalıdır. Qeyd olunanlarla yanaşı, hazırki işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri ilə tanış edilməsi, həmçinin, onun inzibati xəta haqqında işin materialları ilə tanış edilməsi barədə protokollarda tarixlər (gün və ay) yazılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixli ərizəsində müdafiəçiyə ehtiyacı olmadığını, öz hüquqlarını özünün müdafiə edəcəyini göstərmiş olsa da, qeyd olunan ərizənin üzərində xx.xx.2023-cü il tarixli dərkənar qoyulmuş, habelə, həmin şəxsin barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol da xx.xx.2023-cü il tarixdə, yəni qeyd olunan ərizənin verilməsindən 1 ay 16 gün əvvəlli tərtib edilmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəməyədək icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericilikdə nəzərdə tutulan müdafiə hüququ formal şəkildə tərtib edilmiş sənədlərə əsaslanmaqla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Eyni zamanda, iş materiallarından görünür ki, Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, həmin material protokolun tərtib edildiyi vaxtdan 2 aya yaxın müddət keçdkdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin məcəllənin 103-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məhkəməyə vaxtında göndərilməməsi işin qaytarılması üçün əsas olmasa da, inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydaları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəaların tələblərinin pozulması hesab edilir. Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında material qanunvericiliyin tələbinə uyğun tərtib olunmadığından, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material Lənkəran şəhər-rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar