Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1668/2023 13.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 noyabr 2023-cü il tarixdə, saat 18:12 radələrində Lənkəran şəhəri Vağzalı küçəsində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 10 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən olunur ki, X2 əmək pensiyası və sosial müavinət alıb almaması barədə X1 Çıxarış iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Rafət Hacızadə tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1668/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1668/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver