Məhkəmə qərarları › İş №3(049)-167/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-167/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-167/2025 11.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin baş icra məmuru Nümayəndə iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-416/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, özü kababçıdır, müvəqqəti işlər olanda işləyir. Əvvəllər işsiz olduğu üçün alimenti ödəməmişdir, sonuncu dəfə barəsində seçilmiş həbs qərarından sonra ödəniş etməyə başlamış və iyun, iyul, avqust aylarında 200-300 manat olmaqla cəmi 600 manat ödəmişdir. Barəsində olan axtarış qərarından xəbərsiz olmuş, “Asan xidmət”də şəxsiyyət vəsiqəsini alarkən təxminən, saat 15 radələrində saxlanılmışdır. Həbsdə olarsa aliment ödəyə bilməyəcək. Məhkəmədən protokolun təmin olunmamasını və ona cəza verilməmisini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, özü firmada, merçendayzer vəzifəsində işləyir və uşaqları təkbaşına böyüdür. Borclu qərəzli olaraq icra sənədini icra etmir və borcu ödəmək fikri yoxdur. Borclu İcra sənədini icra etmədiyinə görə artiq 2 dəfə həbs edilib. Məhkəmədən borcu ödəmədiyinə görə borclu barəsində həbs seçilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş icra məmuru Nümayəndə bildirmişdir ki, Şəxs Lənkəran Rayon Məhkəməsi tərəfindən verilən icra sənədini icra etməkdən qərəzli olaraq yayınmış və icra tələbini tam olaraq icra etməmişdir. Bununla əlaqədar borclu barəsində Lənkəran Rayon Məhkəməsinin müvafiq qərarları ilə birinci dəfə 15 gün, ikinci dəfə isə 30 gün olmaqla inzibati qaydada həbs tənbeh tədbiri seçilmişdir. Hazırda onun 6830 manat borcu var. Barəsində axtarış elan olunduğundan, borclu bu gün polis tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-416/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilib. İcraata başlamaq haqqında 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-416/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 3(049)-1372/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, borclu Şəxs İXM-nin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-268/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının çıxarışından görünür ki, Şəxs İXM-nin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə borcluya icra sənədi üzrə tələbi təmin etməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə məlumat verilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemi üzrə Çıxarışdan və izahatından görünür ki, X3 heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və tələbkarın nümayəndəsinin izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmiş və bununla da o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hal müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, 02 il ərzində qətnaməyə etinadsız, saymazyana yanaşaraq qərəzli olaraq icra etməməsini, inzibati təndeh növündə cərimə və həbs olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (gün) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 11 fevral 2025-ci il tarix, saat 15.00-dan hesablansın. Həbsin sonu 11 mart 2025-ci il tarix, 15:00 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar