Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1675/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Bala Şürük kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 208-ci km-də şəxsi təsərrüfatına məxsus 1 baş iribuynuzlu heyvanı yol kənarında nəzarətsiz qoymuş, nəticədə heyvan asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi BMW minik markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, həmin avtomaşının sahibi Zərərçəkmiş şəxs maddi zərər vurulmasına səbəb olmuşdur. Buna görə də Xİ X3 xidməti inspektrou X1 tərəfindən Şəxs barəsində İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol ərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdi ki, xx.xx.2023-cü ildə təxminən saat 18:10 radələrində Ələt Astara yolunun 208-ci km-də onun təsərüfatına aid 1 ədəd qara rəngli iri buynuzlu heyvan (inək) vurulması barədə ona məlumat verilmiş, hadisə yerinə gəlib görmüşdür ki, BMW minik markalı ** AJ *** nömrəli maşın Ələt istiqamətində hərəkətdə olarkən heyvanı vurmuşdur. O həmin heyvanı xx.xx.2023-cü il tarixdən axtarırdı, həmin heyvan həyətindən çıxıb getmişdir. Heyvan xəsarət alsada ona qaytarılmışdır. Zərərçəkmiş şəxs oğlu xx.xx.2023-cü ildə təxminən saat 18:10 radələrində idarə etdiyi BMW markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt Astara yolunun 208-ci kilometrliyində hərəkət edərkən yolun sağ kənarından bir inək qəflətən qarşısına çıxmış, avtomobili saxlamağa imkanı olmamış, nəticədə inəyi vurmuşdur. Heyvanın sağ qulağında baytarlıq tərəfindən verilmiş 30268 №-li nişan var idi. Bir qədər keçdikdən sonra 1 nəfər ona yaxınlaşaraq özünü heyvan sahibi olduğunu bildirdi. Onun avtomobilinə xeyli miqdarda ziyan vurulmuşdur. Şəxs şikayətçidir. İş materiallarında olan 05 noyabr 2023-cü il tarixli 000824 №-li protokollaşdırmadan görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs 0.000% alkoqol sərxoşluğu aşkar edilmişdir. Kamran MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ziyan Aktından görünür ki, BMW markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 1170 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə görə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir Həmin Məcəllənin 338.7-ci maddəsinə görə həmin Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, həmçinin tərtib edilmiş inzibati xəta haqqında protokol, tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150(bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1675/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1675/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver