Məhkəmə qərarları › İş №3(049)-1676/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1676/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1676/2023 15.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 iştirakları ilə, xx.xx.2000-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “Oskar” YDM-də kassir işləyən, Lənkəran rayonu Tükəvilə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu, Girdəni kəndinə yerləşən “Oskar” yanacaq doldurma nəntəqəsində, uca səslə ucadan nalayiq ifadələr işlətməklə həmin ətrafda xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sosial şəbəkələrdə fələstin yönümlü yazılar yazdığına görə şifahi məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o və Lənkəran ŞRPŞ-nin PPXB-nin sürücüsü, polis nəfəri X2 ilə birlikdə, Lənkəran rayonu, Girdəni kənd ərazisində yerləşən “Oskar” YDM-də Şəxs yaxınlaşaraq barəsində araşdırma material olduğu üçün mobil telefonunu təhvil verərək onlarla birlikdə Polis Şöbəsinə getməsini tələb etmişlər. Şəxs polisin dəvətini qəbul etməyərək uca səslə söyüşlər söymüş və telefonunu yerə çırparaq sındırmaqla polisin qanuni tələbini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, baş vermiş hadisə YDM-nin kameraları tərəfindən qeydə alınsa da, YDM Bakı şəhərində yerləşən mərkəzə bağlı olduğundan görüntüləri əldə etmək mümkün olmamışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs tənbeh tədbiri seçilməsini xahiş etdi. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmədə ərizə verərək ona təklif edilən vəkil yardımından könüllü imtina etdiyini bildirdi. O, məhkəmə iclasında bildirdi ki, Lənkəran rayonu, Tükəvilə kəndində yaşamaqla Girdəni kəndində yerləşən “Oskar” yanacaq doldurma məntəqəsində kassir vəzifəsində işləyir. 13 noyabr tarixində növbədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq telefonu təhvil verməsini və onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, hazırda işdə olduğunu və yalnız səhər növbəni təhvil verdikdən sonra polis şöbəsinə gələ biləcəyini bildirmişdir. Polis əməkdaşları ona mütləq həmin an gəlməli olduğunu bildirdikləri üçün onlarla getmiş və 1 sutkadan artıq polis şöbəsində saxlanılmışdır. Lakin telefonda, ona aid şəxsi məlumatlar olduğu üçün telefonu onlara təhvil verməkdən imtina etmişdir. Şöbədə, sosial şəbəkələrdəki fələstin yönümlü yazıların onun tərəfindən yazıldığı soruşulduqda o, əvvəlcə qorxudan inkar etsə də, sonradan internetdə oxuduğu yazıların təsiri altından həmin yazıları yazdığını etiraf etmişdir. Lakin indi başa düşmüdür ki, yazdığları heç bir əhəmiyyət kəsb etmir və buna görə əməlindən peşmandır. Polis şöbəsində onu heç kəs döyməmiş və təhqir etməmişdir. Qanunun maddələrini tam yaxşı bilməsə də, özünü yalnız İXM-nin 510-cu maddəsi ilə təqsirli bilir. Məhkəmənini ədalətli qərar verəcəyinə güvəni tamdır. Məhkəmə iclasında şahid ŞRPŞ-nin PPXB-də sürücü işləyən polis nəfəri X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin PPXB-nin manqa komandiri Mehti Zeynallı ilə xidmətdə olarkən təxminən saat 17 radələrində Girdəni ərazisində yerləşən “Oskar” adlı YDM-də polsin qanuni tələbinin yerinə yetirilmədiyi üçün onları əlaqə vasitəsi ilə köməyə çağırmışlar. Hadisə yerinə gəldikdə sonradan bildikləri Şəxs uca səslə səs-küy saldığını və polisi qanuni tələbinə qəsdən tabe olmadığını görüb ona yaxınlaşmış və onu maşına otuzduraraq polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid ŞRPŞ-nin PPXB-də manqa komandiri vəzifəsində işləyən X6 da şahid Ramal Şərəflinin izahatının məzmununa uyğun izahat verərək YDM-nin həyətində Şəxs sakitləşdirməyə çalışdıqlarını, lakin onun səs-küy salaraq söyüş söydüyünü və polisin qanuni tələbinə tabe olmaq istəmədiyini bildirdi. Nəticədə onu polis maşınına otuzduraraq şöbəyə gətirmişlər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ pensiya və müavinət almır. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 19:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu, Girdəni kənd ərazisində, “Oskar” yanacaq doldurma məntəqəsində ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, polisin xidməti iş ahənginin pozulmasına səbəb olmuş hərəkətlərə yol vermişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən saat 19:30-dan hesablansın. Həbsin sonu 20 noyabr 2023-cü il tarix saat 19:30 hesab edilsin Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar