Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-168/2024 05.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu, Daşdatük kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respulikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx olan Şəxs barəsində Lənkəran şəhər rayon polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə mülki ov silahlarının yoxlanılması zamanı Lənkəran rayonu, Daşdatük kənd sakini Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə etdiyi bir ədəd 181013 nömrəli, Toz markalı, 16 kalibrli, 55886-59 qundaqlı, iki lüləli ov tüfəngini özündə saxlaması aşkar edilərək götürülmüş və həmin faktı üzrə Lənkəran şəhər-rayon X1 Təhlükəsizlik Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 181013 nömrəli, Toz markalı, 16 kalibrli, 55886-59 qundaqlı, iki lüləli ov tüfəngi onun mərhum babasına məxsusdur. Lakin onun həmin silahı əldə etməsi, saxlaması və üzərində gəzdirməsi üçün müvafiq sənədləri yoxdur. O, həmin silahla əvvəllər də ova getmişdir. xx.xx.2024-cü il tarixdə ova gedərkən Lənkəran rayonu, Daşdatük kəndi ərazisində polis əməkdaşları tərəfindən ov tüfəngi ondan aşkar edilmişdir. Sənədlərini tələb etmişlər, lakin o, heç bir sənədinin olmadığını, tüfəngin mərhum babasına məxsus olduğunu bildirmiş və sonra da ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. O, ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığına görə əməlindən səmimi peşman olmuşdur. Məhkəmədən qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs mərhum babasına məxsus bir ədəd 181013 nömrəli, Toz markalı, 16 kalibrli, 55886-59 qundaqlı, iki lüləli ov tüfəngini qanunsuz olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan özündə saxlamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimənin aşağı həddində - 80 manat miqdarında inzibati cərimə tətbiq edilməsini, bir ədəd 181013 nömrəli, Toz markalı, 16 kalibrli, 55886-59 qundaqlı, iki lüləli ov tüfənginin müsadirə edilməsini qanuna uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib bir ədəd 181013 nömrəli, Toz markalı, 16 kalibrli, 55886-59 qundaqlı, iki lüləli ov tüfəngi müsadirə edilməklə 80 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(049)-168/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-168/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver