Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-168/2025 11.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 11 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2423/2019 saylı, 05 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1583/2021 saylı 24 iyun 2021-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 21.438 manat dəyərində olan əmlakların alınaraq, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2423/2019 icra sənədlərinə əsasən, borclu Şəxs tələbkara 19.055 manat borcu qalmışdır. 2(049)-1583/2021 saylı 24 iyun 2021-ci il tarixli icra sənədini isə borclu Şəxs ümumiyyətlə icra etməmişdir. Eyni zamanda borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, çağırışlardan boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədlər şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər tərtib edilərək, borcluya təqdim edilmişdir. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçıraraq, çağırışlara gəlməmişdir. Borclunun barəsində tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir və məhkəmənin 19 mart 2020-ci il tarixli qərarı ilə onun barəsində 10 gün inzibati həbs, 29 iyul 2020-ci il tarixli qərarı ilə 15 gün inzibati həbs cəzası tətbiq edilmişdir. Borclu Şəxs şöbəyə dəvət edilərək, icra sənədlərinin icrası ilə əlaqadar onun izahatı alınmış, o, icra sənədləri barədə məlumatlı olduğunu bildirərək, izahatında həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin hazıradək borclu qeyd edilən 2 ədəd icra sənədinə əsasən, tələbkara hazıradək cəmi 4.075 manat məbləğində aliment ödəmişdir. Sonuncu aliment ödənişini o, tələbkara 2024-cü ilin oktyabr ayının 18-də etmişdir. Protokolun təmin edilərək, borclu Şəxs olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək, izahatında bildirdi ki, 2(049)-2423/2019 saylı, 05 dekabr 2019-cu il və 2(049)-1583/2021 saylı 24 iyun 2021-ci il tarixli icra sənədi hal-hazıradək borclu Şəxs tərəfindən icra edilməmişdir. Alimentə dair icra sənədinə əsasən, borclunun ona 19.055 manat borcu qalmışdır. Həmin vəsaitin hissəhissə ödənilməsinə razı deyildir. Borclu isə həmin vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarlarını icra etmir. Qeyd edilənlərə əsasən, Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş 2 ədəd icra sənədi ilə əlaqadar icra məmuru tərəfindən 2021-ci ilin avqust ayında məlumatlandırılmışdır. Lakin iş yeri olmadığından və maddi cəhətdən çətinlik çəkdiyindən hazıradək həmin icra sənədlərinə əsasən tələbkara ödəniş edə bilməmişdir. Borcları hissəhissə ödəməyə razıdır. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2423/2019 saylı, 05 dekabr 2019-cı il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs 3 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 120 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1583/2021 saylı 24 iyun 2021-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 21.438 manat dəyərində olan əmlakların alınaraq, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclunun tələbkara ümumilikdə 40493 manat məbləğində, alimentin ödənilməsi barədə icra sənədinə əsasən 4075 manat və əmlak borcu 21.438 manat bocu yaranmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun izahatları alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-231/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün inzibati həb tətbiq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-661/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün inzibati həb tətbiq edilmişdir. Borclu Şəxs icra məmurunun çağırışından boyun qaçırdığı üçün onun barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək, icra edilməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədlərinə dair tələbkara 40.493 manat aliment və digər borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 11 fevral 2025-ci il saat 18:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-168/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-168/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver