Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1680/2023 15.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsi tərəfindən hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində 02 noyabr 2023-cü il tarixdə EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6311/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Həmin hərəkətləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, o, "xxxx" ASC-də baş mühasib vəzifəsində işləyir. Hazırki iş üzrə Mərkəzi Bankın inzibati xəta haqqında protokolunda qeyd edilən 2022-ci ilə dair emitentin illik hesabatının təqdim edilməsi ilə əlaqadar xx.xx.2023-cü il tarixli, 6-1- 26/2-6311/2023 saylı məktub heç vaxt "xxxx" ASC-yə təqdim edilməmişdir. Həmin sənədi ASC-nin heç bir əməkdaşı qəbul etməmişdir. Hazırki inzibati xəta haqında iş üzrə məhkəmədən ASC-yə bildiriş gəldikdən sonra məhkəmə portalında olan elektron kabinet vasitəsilə Mərkəzi Bank tərəfindən təqdim edilən protokol və və ona əlavə edilən sənədlərlə tanış olmuşdur. Həmin vaxt qeyd edilən protokolun tərtib edilməsinə əsas olan Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1- 26/2-6311/2023 saylı məktubu ilə tanış olmuş və həmin məktubun cavabını, yəni maliyyə hesabatını hazırlayaraq xx.xx.2023-cü il tarixdə 116/L/2023 saylı məktubla Mərkəzi Banka göndərmişdir. Həmçinin protokola əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, həmin xəbərnamədə məktubu qəbul edən şəxsin adı, soyadı və imzası mövcud deyildir. Həmin məktubda məktubu qəbul edən şəxs “6311” nömrə ilə qeyd edilmişdir. "xxxx" ASC-də əməkdaşlara məxsus belə bir nömrə mövcud deyil. Eyni zamanda 2022-2023-cü illər ərzində "xxxx" ASC-də Şahid adlı şəxs fəaliyyət göstərməmişdir və hazırda da fəaliyyət göstərmir. Həmin illər ərzində Şahid ilə "xxxx" ASC arasında heç bir xidməti və ya əmək müqaviləsi bağlanmamış və ASC-nin həmin şəxs adlı qeyri rəsmi əməkdaşı olmamışdır. Qeyd edilənlərə əsasən, "xxxx" ASC-nin barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankı lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin məzmununa əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixdə EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nin AR İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir və inzibati xəta tərkibi mövcud deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixdə EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, "xxxx"Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2023cü il tarixli, 6-1- 26/2-6311/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Mərkəzi bank tərəfindən "xxxx"ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-1- 26/2-6311/2023 saylı məktubda 2022-ci ilə dair emitentin illik hesabatının Mərkəzi Banka təqdim edilməsi qeyd edilmiş və məktubun icrası üçün 5 gün icra müddəti təyin edilmişdir. Protokola əlavə edilmiş poçt xəbərnaməsində "xxxx" ASC-yə göndərilən poçt göndərişinin xx.xx.2023-cü il tarixdə təhvil verildiyi qeyd edilsə də sənədi qəbul edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi qeyd edilməmiş, həmçinin xəbərnamədə bu barədə imza edilməmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 6-1-16/2-9676/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən bildirilmişdir ki, "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6311/2023 nömrəli məktub (izləmə kodu SX006122427AZ) xx.xx.2023-cü il tarixdə ASC-yə təqdim edilmişdir. Bundan başqa, Lənkəran rayonu Şürük kənd Poçt şöbəsindən göndərilmiş teleqramda qeyd edilmişdir ki, məktub ASC-nin əməkdaşı Şahid xx.xx.2023-cü tarixdə təhvil verilmişdir. Lənkəran rayon Şürük Poçt şöbəsi tərəfindən təqdim edilmiş teleqramda qeyd edilmişdir ki, Yol Tikinti ASC-yə gələn SX006122427AZ saylı məktub ASC-nin əməkdaşı Şahid xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan 121/L/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2022-2023-cü illər ərzində "xxxx" ASC-də Şahid adlı şəxs fəaliyyət göstərməmişdir və hazırda da fəaliyyət göstərmir. Həmin illər ərzində Şahid ilə "xxxx" ASC arasında heç bir xidməti və ya əmək müqaviləsi bağlanmamış və ASC-nin həmin şəxs adlı qeyri rəsmi əməkdaşı olmamışdır. "xxxx" ASC-nin 2023-cü ilin sentyabr ayı üçün tərtib edilmiş “ödəniş haqq-hesab cədvəli”ndə və “tabel cədvəli”ndə Şahid adı mövcud deyildir. “Elektron məhkəmə’” İnformasiya sistemində edilən sorğunun nəticəsindən müəyyən edilmişdir ki, Şahid adlı şəxs “7 №-li X1” MMC-də xadimə vəzifəsində işləyir. Həmçinin protokola əlavə edilmiş poçt xəbərnaməsində sözügedən xx.xx.2023-cü il tarixli məktubun "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə çatdırılması qeyd edilsə də Mərkəzi Bankın məktubunda və Poçt şöbəsinin teleqramında həmin məktubun xx.xx.2023cü il tarixdə çatdırılığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, hazırki iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan “2022-ci ilə dair emitentin illik hesabatının təqdim edilməsi”nə dair Azərbaycan Resbublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6311/2023 saylı məktubunun "xxxx" ASC-yə çatdırılmasında şübhələr mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 101.1 maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2 maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3 maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5 maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. İşin faktiki hallarından həmçinin müəyyən edilmişdir ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokol qanunvericiliyinin yuxarıda qeyd edilən müddətlə əlaqadar tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1680/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1680/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver